Azərbaycanda yaşlı əhali qruplarına düşən pensiya xərcləri inkişaf etmiş ölkələrin göstəricisinə uyğundur.
Strategiya.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, son vaxtlar bəzi kütləvi informasiya vasitələrində dərc olunmuş yazılarda adambaşına pensiya xərcləri üzrə Azərbaycanın guya inkişaf etmiş ölkələrdən təxminən 20 dəfə geri qalması barədə əksini tapan fikirlər mövzunun tam araşdırılmamasının nəticəsi kimi qiymətləndirilə bilər. Bu qəbildən olan yazılarda pensiya xərclərinin ümumi daxil məhsulda xüsusi çəkisi ilə bağlı natamam təhlillər, eləcə də ölkəmizdə pensiya təminatına dair mənbəyi bəlli olmayan məlumatlar cəmiyyəti çaşdırmağa, ölkəmizin sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun aparılmış islahatların müsbət nəticələrini gözdən salmağa yönəlib.
Pensiya təminatı kimi çoxşaxəli sosial-iqtisadi və demoqrafik amillər sisteminn təsirlərinə məruz qalan bir sahəyə dair əsaslı qiymətləndirmə aparmadan, demoqrafik xüsusiyyətlər, əhalinin yaş tərkibi və pensiya xərclərinin əsaslı hissəsinin benefisiarı olan yaşlı əhalinin xüsusi çəkisi, bütövlükdə demoqrafik proseslər və qlobal miqyasda əhalinin yaşlanması meylləri, bütün bunların milli iqtisadiyyatın müxtəlif sektorları ilə qarşılıqlı təsirləri nəzərə alınmadan, Azərbaycanın müxtəlif ölkələrlə "müqayisəli təhlil” cəhdləri baxılan məsələnin mürəkkəb və dərin mahiyyətinə tam varılmadığını göstərir. Bu amillərin vacib rolu barədə çox kiçik bir araşdırma aparmaqla, qeyd olunan yazılarda istinad edilən adambaşına pensiya xərci kimi bir göstəricinin müqayisə üçün uyğun olmadığını anlamaq mümkündür.
Təkcə onu demək yetərlildir ki, BMT-nin 2017-ci il üçün proqnozlarına əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət pensiya sisteminin dominant rola malik olduğu üzv ölkələrindən Polşa, İspaniya, Avstriya, Belçika, Fransa, Almaniya, İtaliya üzrə yaşı 60 və yuxarı olanların əhalinin ümumi sayında xüsusi çəkisi Azərbaycanın eyni göstəricisindən 2,4-2,9 dəfə çoxdur. Digər tərəfdən, sadalanan ölkələrdən bəzisinin əhalisinin sayının Azərbaycan əhalisinin sayından 4-8 dəfə (Polşa, İspaniya, İtaliya, Fransa və Almaniya) çox olması da nəzərə alınmalı vacib amildir. Aydındır ki, bütün bunlar ölkələr üzrə pensiya sistemi benefisiarlarının sayının və nəticə etibarı ilə pensiya xərclərinin həcminin, eləcə də bu xərclərin ÜDM-ə nisbətinin ciddi şəkildə fərqlənməsini şərtləndirir. Meydana çıxan belə fərqlər isə ölkələrin pensiya təminatı vəziyyətinin müqayisəli qiymətləndirilməsində yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbətinin daha məqsədəuyğun göstərici olduğunu ortaya qoyur.
Çünki bu meyar ölkələr arasında müqayisəli təhlilin nəticələrində demoqrafik xüsusiyyətlərin uzlaşmamasından doğa biləcək fərqləri aradan qaldıraraq, tutuşdurulan göstəriciləri ahəngləşdirməklə daha dolğun və obyektiv müqayisəni təmin edir.
OECD üzrə ən son açıqlanan məlumatlar əsasında hesablamalar göstərir ki, yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti Polşada 0,43 faiz, İspaniyada 0,46 faiz, Avstriyada 0,54 faiz, Belçikada 0,41 faiz, Fransada 0,53 faiz, Almaniyada 0,36 faiz, İtaliyada 0,56 faiz olmaqla Azərbaycan üzrə eyni göstəriciyə (0,5 faiz) yaxındır və göründüyü kimi, hətta bəzi hallarda aşağıdır. Bu isə respublikamızda yaşlı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,5 faizi həcmində düşən pensiya xərcinin dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin göstəricisinə uyğun olduğunu əyani şəkildə təsdiqləyir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan üzrə 0,5 faizlik bu göstərici postsovet ölkələrindən Belarus (0,45 faiz), Gürcüstan (0,22 faiz), Qazaxıstan (0,34 faiz), Rusiya (0,36 faiz), Ukrayna (0,46 faiz), eləcə də Baltikyanı ölkələrin (orta hesabla 0,28 faiz) göstəricilərini üstələyir.
Ayrıca vurğulamaq istərdik ki, əksər ölkələrin getdikcə artan maliyyə təzyiqləri səbəbindən sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda ölkəmizdə əhalinin sosial müdafiəsi məsələlərinin daim xüsusi diqqət mərkəzində saxlanması nəticəsində sosial proqramlar vaxtında və tam icra edilir, yeni-yeni sosialyönümlü təşəbbüslər reallaşdırılır. Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 460 min nəfər müxtəlif növ müavinətlər, 97 min ailənin 400 min nəfər üzvü isə ünvanlı sosial yardım alır və onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları vasitəsilə hər ay 326 milyon manatdan çox vəsait ödənilir.
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının ötən ilin yekunları üzrə statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbətinə görə postsovet ölkələri arasında ilk ikilikdə yer alan Azərbaycan 42,8 faizlik yaşa görə pensiya üzrə əvəzetmə əmsalı ilə 1-ci yerdə qərarlaşmışdır (qeyd edim ki, 1 oktyabr 2017-ci il tarixə bu göstərici bir qədər də artaraq 43,4 faiz təşkil etmişdir).
Hazırda ölkəmizdə dünyada ən sadə və hər kəsin öz fərdi hesabına ödədiyi sosial sığorta haqlarının formalaşdırdığı bir pensiya sistemi fəaliyyət göstərir və beynəlxalq təşkilatlar tərəfindən bu sahədə aparılan islahatlar yüksək qiymətləndirilir.
Eyni zamanda, pensiya islahatlarının baza prinsip və əsaslarını özündə ehtiva edən 2014-cü ildə təsdiq olunmuş Konsepsiyaya uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə mütərəqqi islahatların davam etdirilməsi, bu əsasda məcburi dövlət sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi, könüllü sosial sığortalanmaya söykənən müasir pensiya alətlərinin, o cümlədən qeyri-dövlət pensiyalarının tətbiqi nəzərdə tutulur.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM