Qüds məsələsində Türkiyə ilə Rusiyanın mövqeləri oxşardır

15:05 / 12.12.2017

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını barədə sənəd imzalaması dünyanın siyasi nizamına əhəmiyyətli dərəcədə təsir göstərib. ABŞ-ın bu qərarı dünya birliyinin sərt qınağı ilə nəticələnib. Belə demək olar ki, hazırkı proseslər ABŞ ilə dünya birliyi arasında qarşıdurma yaratmaqdadır.
 
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dekabrın 11-də Türkiyəyə səfəri də ABŞ-ın Qüds qərarı ilə bağlıdır. Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını Qüdslə bağlı yaranmış vəziyyəti müzakirə etmək üçün öz ölkəsinə dəvət edib. Bununla bərabər, Ankarada bir araya gələn prezidentlər iki ölkə arasında bir sıra digər məsələləri də müzakirə ediblər. Bu barədə az sonra davam edəcəyik. İndi isə ABŞ-ın Qüds barədə məlum qərarından sonra baş verən proseslər barədə fikir və mülahizələrimizi bölüşək. Hadisələrin gedişatı göstərir ki, hələlik Qüds barədə məlum qərarı ABŞ və İsraildən başqa dəstəkləyən dövlət yoxdur. Bu halda haqlı olaraq belə bir sual ortaya çıxır: ABŞ Qüds barədə qərar qəbul edərkən dünya birliyinin hansı reaksiya verəcəyini nəzərə almamışdırmı? İnanılası deyil. Hazırda özünü fövqəldövlət hesab edən ABŞ-ın bütün dünya üçün xüsusi əhəmiyyət daşıyan bir məsələ barədə qərar qəbul edərkən baş verə biləcək fəsadları nəzərə almaması inandırıcı görünmür. Prezident Donald Tramp bu qərarı verərkən "Mən verdiyim sözü yerinə yetirdim” ifadəsini işlədib. Deməli, bu, ABŞ dövlət başçısının prezident seçkilərində ona göstərilən yardımların müqabilində götürdüyü öhdəliyin yerinə yetirilməsi kimi də başa düşülə bilər. Lakin Amerika Birləşmiş Ştatlarının xarici siyasətindəki davamlılığı nəzərə alaraq qeyd edə bilərik ki, ABŞ bu qərarı ilə dünya siyasətinə təsir edən güclər üçün yeni bir müzakirə mövzusu ortaya çıxarmaqla öz böyük məqsədlərinə çatmaq niyyətindədir. Göründüyü kimi, hazırda liderlər arasında müzakirə mövzusu Qüdsdür. Bu qərardan sonra ayır-ayrı ölkələrdə, hətta Avropada da ABŞ-ın Qüds qərarına qarşı nümayişlər keçirilməkdədir. Təbii ki, baş verənlər, ilk növbədə, ABŞ-ın imicinə zərbə vurmuşdur. Qeyd etmək lazımdır ki, Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ərəb dünyasında da sərt reaksiyaya səbəb olub. Fələstinlilər və israillilər arasında toqquşmalar başlayıb və üsyana çağırışlar edilib. İordan çayının qərb sahilində və Qəzza sektorunda baş verən toqquşmalar nəticəsində 100-dən çox fələstinli yaralanıb. Mahmud Abbasın liderlik etdiyi FƏTH hərəkatının yüksək vəzifəli üzvlərindən biri olan Cəbrayıl Racub ABŞ-ın vitse-prezidentinin Fələstin administrasiyasının başçısı ilə görüşünün dekabr ayında baş tutmayacağını bildirib. Mahmud Abbasın özü isə bu barədə şərh verməkdən yayınsa da, Trampın Qüds barədə qərarının ABŞ-ın Yaxın Şərqdə sülh prosesindən uzaqlaşdığı mənasına gəldiyini deyib. Bəzi mənbələrdə bildirilir ki, Fələstin tərəfi sülh danışıqlarında ABŞ-ın vasitəçilik missiyasından imtina edib.
 
İndi isə Prezident Vladimir Putinin Türkiyəyə səfərinə nəzər yetirək. Rəsmi məlumata görə, Türkiyə və Rusiya prezidentləri Qüds böhranı, hərbi sahədə əməkdaşlıq, o cümlədən S-400 raket əleyhinə müdafiə kompleksi, Suriya müharibəsinin vəziyyəti, eləcə də regional proseslərə dair müzakirələr aparıblar. Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında tərəflər müzakirə olunan məsələlər barədə ümumi məlumat veriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Rusiya ilə Türkiyə arasında əməkdaşlıq hər keçən gün daha da güclənir. Siyasi səviyyədə ahəngdar iş şəraitimiz var". Rusiya Prezidenti Vladimir Putin isə bəyan edib: "Qüdsün statusu İsrail ilə Fələstin arasında birbaşa danışıqlar yolu ilə həll oluna bilər”.
 
Qeyd etdiyimiz bu iki sitat deməyə əsas verir ki, ABŞ-ın Qüds barədə qərarı Rusiya və Türkiyə arasında əməkdaşlığa zərər vurmayıb, əksinə, bu qərar tərəfləri daha da yaxınlaşdırıb. Digər tərəfdən, müşahidə olunur ki, Rusiya və Türkiyə ikitərəfli əməkdaşlıq formatını bir az da genişləndirmək niyyətindədirlər.
 
Bəzi ekspertlər hesab edirlər ki, Amerika Birləşmiş Ştatları Prezidentinin Qüds barədə qərarı ABŞ-ın hərbi sənaye kompleksində canlanma yaradacaq. Belə ki, uzun illərdən bəri səngimək bilməyən Yaxın Şərq böhranın daha da dərinləşməsi region dövlətlərini silahlanmanı daha sürətlə davam etdirməyə vadar edəcək. Bu isə silah ixracatçısı olan bütün tərəflərin maraqlarını təmin edir. Qarşıdan isə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Zirvə toplantısı gəlir. Dekabrın 13-də İstanbulda keçirilməsi nəzərdə tutulan bu Zirvədə müsəlman ölkələrinin Qüdslə bağlı mövqeləri açıqlanacaq. İstənilən halda, ABŞ-ın Qüds qərarı tarixə dünyada sülhün və əmin-amanlığın bərqərar edilməsinə böyük zərbə kimi daxil olub. Hətta ABŞ tərəfi yaxın günlərdə Qüds qərarını ləğv etsə belə, regionda yaranmış gərginliyin səngiməsi gözlənilmir. ABŞ-ın bu qərarı ləğv edəcəyi isə gözlənilən deyil. Deməli, hərbi sənaye kompleksinə dair iqtisadi maraqlar ABŞ üçün daha yüksəkdə dayanır.
 
Qeyd etmək lazımdır ki, ABŞ Qüdsə dair ədalətsiz qərarı BMT-nin bu şəhərin statusu barədə 1980-ci il qərarına ziddir. (AZƏRTAC)

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM