Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Ermənistanın nümayəndəsi, Ermənistan parlamentinin deputatı Gevorq Kostanyan Məhkəmənin “Çıraqov və başqaları Ermənistana qarşı” və “Sarkisyan Azərbaycana qarşı” iddiaları üzrə çıxardığı qərarları Ermənistan İctimai Televiziyasının efirində şərh edərək elə bir bəyanat səsləndirib ki, bunu erməni məntiqindən başqa heç bir məntiqlə izah etmək olmaz. Məsələn, o deyib ki, hər iki iddiada tərəflər “hökmən Artsax Respublikası ilə üzləşəcəklər” (bax: https://www.panorama.am/ru/news/2017/12/12/Геворк-Костанян-Арцах-ЕСПЧ-Чирагов-Саркисян/1877886).
Q.Kostanyan beynəlxalq hüququ və “yurisdiksiya” terminini necə “anlaması” ilə hamını heyrətləndirərək deyib: “Bizim halda (“Çıraqov və başqaları Ermənistana qarşı” işində - V.S) söhbət təkcə Azərbaycan qaçqınlarından və Ermənistan hökumətindən getmir. Biz hökmən (!) üçüncü subyektlə - “Artsax Respublikası” ilə (burada və sonrakı mətndə dırnaq işarələri bizimdir – V.S.) ilə üzləşəcəyik. Bu iki iş arasında ən mühüm fərq məhz bundan ibarətdir və bu, Avropa Şurası Nazirlər Komitəsində (AŞNK) də qeyd olunub. Hətta bu respublika beynəlxalq hüquq baxımından tanınmamış olsa da, o, öz dövlətçiliyi ərazisində, öz yurisdiksiyası ərazisində hüquqların bərpa olunması məsələlərinə cəlb edilməyə bilməz”.
Təbii ki, Kostanyanın dedikləri daxili auditoriyanı sakitləşdirmək üçün nəzərdə tutulan növbəti sərsəmlikdir. Əgər təbiətdə “Artsax Respublikasının dövlət ərazisi” və ya bundan daha absurd olan həmin qurumun “yurisdiksiya ərazisi” kimi anlayışlar mövcud olsaydı, onda AİHM iddiaçının ərizəsini lap əvvəldən qəbul etməz və ondan xahiş edərdi ki, öz şikayətini təzədən köçürüb Laçın rayonunun ərazisi üzərində real yurisdiksiyanı həyata keçirən subyekt göstərilsin. Lakin Məhkəmə iddianı qəbul edib və məhz çıxarmalı olduğu qərarı çıxarıb və bu qərar iki faktı: “Artsax Respublikasının yurisdiksiya ərazisi” deyilən anlayışın olmaması faktını və eyni zamanda, həmin əraziyə məhz Ermənistan Respublikası tərəfindən səmərəli nəzarət edilməsi faktını tam əks etdirir.
Bununla hər şey deyilib. Məhkəmə təkcə iddianı qəbul etməklə və sonradan qərar çıxarmaqla “Artsax” sözünü və onun mövcud olmayan yurisdiksiyası anlayışına əsla əhəmiyyət verməyib və subyektlər qismində yalnız iddiaçını və yeganə cavabdeh olan Ermənistan Respublikasını saxlayıb.
Kostanyan qaranlıq otağa heç vaxt ayağı dəyməyən qara pişiyi orada tutmaq üçün nə qədər çalışsa da, Məhkəmənin qərarında heç bir Artsax yoxdur, olmayıb və olmayacaq.
Ermənistanın cavabdeh tərəf kimi kompensasiyanı hansı şəkildə - birbaşa öz xəzinəsindən, yoxsa özünün bic doğulmuş və heç kəs tərəfindən tanınmamış oyuncaq qurumunu bu prosesə cəlb etməklə ödəyəcəyinə gəldikdə, bu, ermənilərin daxili araşdırma məsələsidir və heç kəs üçün, xüsusən bizim üçün maraqlı deyil. Bizim üçün əhəmiyyətli fakt odur ki, Çıraqov və başqaları kompensasiyanı qulyandan, saakyandan, babayandan və ya mirzəyandan deyil, AİHM tərəfindən de-yure Azərbaycan Respublikasının yurisdiksiyasında olan, lakin de-fakto onun effektiv nəzarətindən kənarda olan ərazi üzərində effektiv (yəni, de-fakto) nəzarəti həyata keçirən beynəlxalq hüququn yeganə subyekti kimi tanınmış rəsmi Yerevandan almalı olacaqlar. Bu sxemdə “artsax” ləqəbli “qara pişiyi” yalnız erməni görə bilərdi. Əslində isə o, burada yoxdur və olmayıb.
Gevorq, Məhkəməyə məlum olmayan “artsax” sözündən yox, bu cür hüquqi anlayışlardan istifadə etmək lazımdır. Avropa Şurasının Nazirlər Kabinetinin iclasında statusu Avropa Şurasının özünə də məlum olmayan birisinin çıxış etməsinə və həmin “birisinin” qarşısında hansı lövhə qoyulmasına, bu çıxışın işğal olunmuş Dağlıq Qarabağda oyuncaq xuntanın legitimləşdirilməsi xeyrinə 1933-cü il Montevideo Konvensiyasını irəli çəkməsinə gəldikdə isə, ermənilərin bütün bu hoqqaları beynəlxalq yurisdiksiya üçün deyil, yalnız rusdilli vikipediya və ya levonun voskanapatı üçün yarayar. Biz belə hoqqaları 1994-cü ildə ATƏT-in Budapeşt sammitində qəbul edilmiş bəyannaməni Yerevan Qarabağdakı marionetlərinin “münaqişə tərəfi” qismində tanınması kimi şərh etməyə cəhd göstərdikləri vaxtda da, Azərbaycanın müstəqillik haqqında bəyannaməsinin voskanapat.info saytının təsisçisi, bədnam Levon Melik-Şahnazaryan Azərbaycanın guya 1918-1920-ci illərdə Birinci Respublikanın tərkibinə “daxil olmayan” Dağlıq Qarabağdan “əl çəkməsi” kimi yozanda müşahidə etmişik. Ermənistanın təbliğat-təşviqat maşını əvvəlcə sərsəm bir batut yaradır, sonra isə həmin batutun üzərində tullanmağa başlayır.
Bu dəfə də belə oldu. Strasburqda kimsə çıxış edib, vəssalam – “artsax legitimləşdirilib”. Buyurun, bu da Montevideo “JEK”inin arayışı.
Ey qonşular, Ermənistan təbliğat-təşviqat batutu sayəsində uydurduğunuz bu psevdopolitoloji hoqqabazlıqlar sizin özünüzdən başqa heç kəs üçün maraqlı deyil və beynəlxalq münasibətlərdə onların heç bir təsiri yoxdur. Gördüyümüz kimi, AİHM sizə növbəti dəfə hər şeyi izah edib, başa salıb ki, emil babayanların Strasburqdakı çıxışları Məhkəmənin qərarına heç bir təsir göstərməyib. Yekun belədir: heç bir “artsax” yoxdur – istər öz yurisdiksiyası ilə bərabər, istərsə də onsuz. Məhkəmənin verdiktinə görə de-yure Azərbaycanın yurisdiksiyasında olan ərazi üzərində effektiv (yəni, de-fakto) nəzarəti həyata keçirən Ermənistan var. Kostanyan, siz öz yöndəmsiz tezislərinizlə öz vətəndaşlarınızın başını ağrıtmayın.
Nəhayət sonuncu. Kostanyan öz şərhində deyib ki, Ermənistan verdiktin icrasından imtina etmir, o, yalnız “barışıq rejiminin tez-tez pozulması” kimi obyektiv çətinliklərə görə həmin verdiktin icra edilməsinin mümkün olmadığını göstərir. O, özü də başa düşmədən özünün əvvəlki tezisini heçə endirərək açıq-aşkar etiraf edib ki, Ermənistan bu verdikti icra etməyə şad olardı, amma barışıq rejiminin pozulması bunu etməkdə ona mane olur. Belə çıxır ki, Kostanyan Məhkəmənin cavabdeh qismində hansısa “artsaxı” deyil, məhz Ermənistanı təyin etməsinin düzgün olmasını etiraf edir. Axı, o belə deməyib: “bu sözlər bizə yox, qarabağlılara aiddir”. O, səmimi etiraf edib ki, məsələ belədir, bu “obyektiv” maneələr olmasa, Ermənistan verdikti yerinə yetirəcək, lakin təqsir Azərbaycandadır ki, o, hərdənbir atəş açır. Bu bir. Lakin daha maraqlı olan ikinci məsələ var: Kostanyan “hər gün atəş açılan, hərbi qulluqçuların və dinc sakinlərin həlak olduğu ölkənin ərazisində verdikti icra etmək məntiqə uyğun deyil” deməklə Azərbaycanın Laçın üzərində rəsmi yurisdiksiyasını açıq etiraf etmiş olur. Axı, əgər Ermənistan iddiaçıların Laçında pozulmuş hüquqlarının bərpa edilməsi barədə Məhkəmənin verdiktini icra etməyə şad olarsa, lakin Azərbaycan ərazisində “hər gün atəş açıldığına, hərbi qulluqçular və dinc sakinlər həlak olduğuna görə” bu verdikti icra edə bilmirsə, bu, Kostanyanın ehtiyatsızlıq edərək “quş buraxması” deyilmi, bu “quşa” görə Ermənistanda onun başını tumarlamayacaqlar.
Aydındır ki, AİHM-nin qərarından sonra Ermənistan damage control üçün arqumentlər axtarır, lakin yəqin ki, bu məsələdə Kostanyana ümid etməyə dəyməz, çünki o, öz şərhi ilə Yerevanı daha da biabır edib.
Vüqar Seyidov
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM