Dekabrın 12-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin iştirakı ilə növbəti “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat” sənədi qəbul edilib.
AZƏRTAC xəbər verir ki, hesabat əhəmiyyətinə görə AP-nin Xarici Əlaqələr Komitəsinin il ərzində hazırladığı və qəbul etdiyi ən vacib sənəd hesab olunur. Müəllifi komitənin sədri Deyvid Makkalister olan bu sənəd doktrinal xarakter daşıyır və bir qayda olaraq, Aİ və onun üzv dövlətləri tərəfindən yürüdülmüş xarici siyasətin illik nəticələri və perspektivlərini əhatə edir. Sənədin mətnində son illər Şərq Tərəfdaşlığı ölkələrindən yalnız Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə dəstək ifadə olunurdu.
Böyük səs çoxluğu ilə (408 lehinə, 132 əleyhinə) qəbul edilmiş builki hesabatın mətnində ölkəmiz üçün prinsipial maraq kəsb edən müddəalar əks olunub. Belə ki, sənədin 20-ci bəndində Ukraynadakı müharibə misal gətirilərək, ilk dəfə olaraq bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə öhdəlik ifadə edilir. Digər tərəfdən, hesabatın əvvəlində suverenlik, ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə bütün Aİ üzv dövlətləri tərəfindən hörmət edildiyi qeyd olunur, bu xüsusda Aİ-nin icbari Qlobal Strategiya sənədinə istinad edilir. Qeyd olunmalıdır ki, AP-nin ermənipərəst üzvləri tərəfindən həmin müddəaların mahiyyətini təhrif edən düzəliş irəli sürülsə də, qurumun üzvlərinin böyük çoxluğu həmin düzəlişin əleyhinə səs verib.
Sənədə dair aşağıdakı məqamlar xüsusi qeyd olunmalıdır:
Birincisi, Aİ institutları tarixində ilk dəfə olaraq bütün Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü AP-nin öhdəliyi kimi qəbul edilir.
İkincisi, Aİ institutlarının tarixində ilk dəfə olaraq, Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək bu ölkələrdə baş verən münaqişələrin həlli kontekstində verilir.
Üçüncüsü, Şərq Tərəfdaşlığı ölkələrində baş verən münaqişələrə AP-nin vahid mövqedən yanaşması ilk dəfə olaraq vurğulanır. Brüsseldə cari il noyabrın 24-də keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində bu yanaşma artıq nümayiş etdirilib. Göstərilən münasibətin Aİ-nin həm icra, həm də permanent institutları tərəfindən ardıcıl qaydada bildirilməsi tərəfdaş dövlətlərin ərazi bütövlüyü və bu ölkələrdə baş verən münaqişələrin həllinə dair Avropa İttifaqında vahid dayanıqlı trendin formalaşmasına işarə verir.
Dördüncüsü, Avropa Parlamentinin Aİ-nin “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat”ı ilə bağlı qətnaməsi AP tərəfindən qəbul edilən digər tövsiyə sənədlərindən fərqli olaraq xüsusi əhəmiyyətə malikdir. Məhz bu sənəd əsasında F.Moqerini AP-də ildə iki dəfə olmaqla onun icrasına dair hesabat verir. Cari ilin iyulunda BMT-nin Baş Məclisinin 72-ci sessiyası, eləcə də noyabrda Şərq Tərəfdaşlığının Brüssel Sammitinə dair AP tərəfindən qəbul edilmiş tövsiyə sənədlərində erməni lobbiçilərinin fəaliyyəti nəticəsində “xalqların öz müqəddəratını təyin etməsi” prinsipi daxil edilsə də, bu qətnamələr tövsiyə xarakteri daşıdığına görə Aİ-nin icra qurumları tərəfindən nə Nyu-Yorkda, nə də Brüsseldəki tədbirlər zamanı nəzərə alınmayıb. Beləliklə, qəbul edilmiş və Aİ institutları üçün xüsusi əhəmiyyət daşıyan qətnamədə əks olunmuş maddələr ermənilər tərəfindən “nailiyyət” kimi qələmə verilmiş əvvəlki tövsiyə sənədlərində olan ifadələri aradan qaldırır.
Beşincisi, hazırda Aİ-nin həm icraçı, həm də Avropa Parlamenti tərəfindən qəbul edilən doktrinal və icra üçün icbari sayılan sənədlərində bütün qonşu dövlətlərin ərazi bütövlüyünün sərhədlərinin toxunulmazlığı prinsipi əsasında dəstəklənməsi əks olunub. Bu, Avropa İttifaqının faktiki olaraq qonşuluqda baş verən münaqişələrə dair yeni vahid mövqeyinin formalaşmasını göstərir.
Nəhayət, qeyd olunmalıdır ki, həm Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsində əks olunmuş, həm də AP tərəfindən qəbul edilən qətnamədə milli maraqlarımıza tam cavab verən müddəaların yer alması son aylar beynəlxalq media orqanlarında aparılan antiazərbaycan kampaniyası fonunda baş verib. Beləliklə, ölkəmiz üçün beynəlxalq aləmdə prinsipial əhəmiyyət daşıyan mövqelərimiz daha da güclənib. Faktiki olaraq, ermənilər və onlara havadarlıq edən qüvvələrin bu kampaniya zamanı nəzərdə tutduqları məqsədlərin iflasa uğradığı aydın şəkildə nəzərə çarpmaqdadır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM