Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib

18:13 / 15.12.2017

Gənc alimlərimiz dövlətin diqqət və qayğısına cavab olaraq Azərbaycanın inkişafına yeni töhfələr vermək əzmindədirlər

 

Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qurultayın açılış mərasimindən əvvəl gənc alimlərin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış olub. Respublika gəncliyinin fəaliyyətini əks etdirən videokontentlər sərginin baş monitorunda yayımlanıb. Sərgini ziyarət edənlərə AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdikləri innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub (məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunduğunu bildirib. O, qurultayın intellektual gəncliklə bağlı proqramda nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Akademik Akif Əlizadə müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr qoyduğunu söyləyib. Vurğulayıb ki, ölkədə və xaricdə yaşayan gənc azərbaycanlı alimlərin elmi fəaliyyəti müasir tələblər səviyyəsində əlaqələndirilməli, gənclər daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunmalıdırlar. Akademiyada gənclərin intellektual potensialının inkişafı, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc aliminin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunduğunu bildirən akademik prosesin hazırda da davam etdirildiyini vurğulayıb.

AMEA-nın gənc alimlərinin bir çox elmi nailiyyətlər əldə etdiyini, yeni kəşflərə imza atdıqlarını diqqətə çatdıran akademik Akif Əlizadə deyib: “Gənclərimiz Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Cenevrədəki Avropa Nüvə Tədqiqatları Təşkilatı və digər beynəlxalq elmi mərkəzlərdə aparılan qlobal elmi layihələrdə yaxından iştirak edirlər. Molekulyar biologiya və biotexnologiyalar sahəsində gənc alimlərin apardığı tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə xüsusi bitkilərdə fitoplazma patogeni aşkar olunub, dünya elmi üçün dörd yeni genotip müəyyənləşdirilib. Onların yaxından iştirakları ilə yeni sinif unikal funksional materiallar – topoloji izolyatorlar sintez olunub, Avropa ölkələri və Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq edilib”.

Qurultay iştirakçılarını təbrik edən AMEA rəhbəri gənc alimlərə elmi fəaliyyətlərində uğurlar arzulayıb, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıya görə

Prezident İlham Əliyevə bütün tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirib.

Ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışan gənclər və idman naziri Azad Rəhimov deyib: “Gənclər və İdman Nazirliyi yeniyetmə və gənclərin elmə marağının artırılması istiqamətində bir sıra layihələr icra olunur. Belə ki, “İstedadların hazırlığı laboratoriyası” layihəsi artıq beş ildir həyata keçirilir. Layihə riyazi düşüncəyə malik məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. Bu müddət ərzində səkkiz min yeniyetmə fizika, riyaziyyat və kimya üzrə olimpiadada iştirak edib. Qaliblər artıq beynəlxalq fənn olimpiadalarında da uğurla iştirak edirlər”.

Nazir, həmçinin rəhbərlik etdiyi qurum tərəfindən ilk dəfə keçirilən milli “İdeya var!” müsabiqəsi haqqında məlumat verib, belə layihələrin kadrların yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin elm və təhsilin inkişafı məqsədilə bir çox fərman və sərəncamlar imzaladıqlarını xatırladıb. Qeyd edib ki, bu gün ölkə iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksəkixtisaslı mütəxəssis və alimlər hazırlanır. XXI əsrin milli təhsil quruculuğunun “yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdən söz açan Ceyhun Bayramov ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və formalaşdırılması üzrə görülən işlərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib. Təhsilin keyfiyyətinin yüksəldilməsindən və kadr hazırlığının təmin edilməsindən danışan nazir müavini qeyd edib ki, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla reallaşdırılması gənclərimizin elmə daha yaxından cəlb olunması və dünya elminə inteqrasiyası baxımından atılmış mühüm addımlardan biridir. Eyni zamanda, “SABAH” qruplarının yaradılması, “Sabahın alimləri” respublikası müsabiqəsinin keçirilməsi, respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemilə tədrisin təşkili Qaydaları”na dəyişikliklərin edilməsi və tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi onların təhsilalma imkanlarının genişləndirilməsində böyük rol oynayıb.

Hazırda respublikamızın orta ümumtəhsil məktəblərində “Kiçik akademiya”ların fəaliyyətindən bəhs edən Ceyhun Bayramov həmin akademiyaların alimlərlə əlaqələrin yaradılması, şagirdlərə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqlarının aşılanması, məktəblilər üçün konfrans və müsabiqələrin təşkil olunması işində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Avropa Komissiyası, AMEA və bir sıra ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilən “Nizami” layihəsinə, 2017-ci ildə “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”nın təsdiq olunmasına, elmlə təhsilin inteqrasiyasına və digər bir sıra aktual məsələlərə toxunan nazir müavini ilk növbədə aparılan tədqiqatların keyfiyyətinin artırılmasının vacibliyini bildirib. Ceyhun Bayramov deyib: “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən aktual elmi araşdırmalara vəsaitin ayrılması, ali təhsil müəssisələrinin və elmi təşkilatların maddi-texniki bazasının gücləndirilməsi, elmi məqalə və elmi jurnalların keyfiyyətinin təmini, informasiya kommunikasiya resurslarından istifadənin genişləndirilməsi davamlı inkişafa xidmət edir”.

Sonra qurultayın bəyannamə layihəsinin hazırlanması məqsədilə işçi orqanının yaradılması təklif olunub. Tədbirdə qurultayın mandat komissiyası və katibliyinin tərkibi təsdiq edilib.

Qurultayda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Prezident mükafatçısı, Bakı Dövlət Universitetinin müəllimi Aygün İsrailova, Milli Aviasiya Akademiyasının magistratura və doktorantura şöbəsinin metodisti, texnika üzrə fəlsəfə doktoru Ramil Muxtarov, AMEA Neft və Qaz İnstitutunun təhsil şöbəsinin əməkdaşı, akademiyanın ilk məzunu Səfiyyə Əliyeva və digərlərinin çıxışları dinlənilib. Elmi fəaliyyətlə məşğul olmağın üstünlüklərindən və perspektivlərindən bəhs edən gənclər dövlətin elmi gənclik üçün yaratdığı şəraitdən söz açıb, bunun elmi tədqiqatların genişləndirilməsində güclü stimul olduğunu vurğulayıblar. Çıxışlarda Azərbaycan elminin inkişafı istiqamətində bir sıra əhəmiyyətli təkliflər səsləndirilib, geniş müzakirələr aparılıb. “Gənc alimlərimiz dövlətin diqqət və qayğısına cavab olaraq müstəqil Azərbaycanın inkişafına yeni töhfələr vermək əzmindədirlər” - qurultayda belə bir yekdil fikir ifadə olunub.

Qurultayın mandat komissiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev science.az portalında yaradılmış analitik informasiya sisteminə əsasən məlumatları təqdim edib və qurultayın səlahiyyətli olduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycanın gənc alimlərinin birinci qurultayının bəyannaməsi qəbul olunub. Sənəddə bildirilir ki, intellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi vacibdir. Qurultay iştirakçıları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə nail olmaq üçün elm və təhsilin inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində bundan sonra da səyləri birləşdirməyə çağırır. Bəyannamədə gənc alimlərin intellektual fəaliyyəti ilə bağlı mövcud qanunvericilik bazasının gücləndirilməsinin, müasir tələblər səviyyəsində normativ hüquqi sənədlərin hazırlanmasının vacibliyi qeyd olunur.

Sonda qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Müraciəti AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Eşqanə Babayeva səsləndirib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM