Bu gün Azərbaycanda kifayət qədər “Whatsapp” istifadəçiləri var. Bu şəbəkə vasitəsilə mütəmadi olaraq məlumatlar paylaşılır. Həmin məlumatların əsas hissəsini dini mövzular təşkil edir. Məsələn, bu yaxınlarda “kim azan oxunan vaxtı mahnıya qulaq asarsa, ölüm anında şəhadət kəliməsini gətirməyə gücü çatmaz” tipli məlumat istifadəçilər arasında sürətlə yayıldı.
Ümumiyyətlə “Whatsapp”da yayılan məlumatları kimin, necə göndərdiyi məlum deyil. Amma fakt odur ki, çox zaman bu informasiyaların əsası olmur. Bu cür hallar, bir növ dini gözdən salır.
Strategiya.az xəbər verir ki, bununla bağlı ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov Modern.az-a açıqlamasında bildirib ki, qarşımıza çıxan hansısa məlumatın doğruluğunu araşdırmaq məcburiyyətindəyik:
“Texnika-texnologiya, xüsusilə də informasiya texnologiyaları inkişaf etdikcə, gündəlik məlumat bolluğunun meydana gəldiyinin şahidi oluruq. Lakin bu inkişafın müsbət tərəfi olduğu kimi mənfi tərəfləri və zərərləri də var. Müsbət tərəflərindən biri odur ki, biz qısa zamanda ehtiyacımız olan və ya olmayan məlumatı əldə edə bilirik. Mənfi tərəfi isə odur ki, bu məlumatın nə qədər doğru və ya sağlam olduğunu bilmirik. Dini mövzuda da vəziyyət eynidir. Əgər qarşımıza çıxan bir məlumatın doğru olub-olmadığını bilmək istəyiriksə, onu araşdırmaq məcburiyyətindəyik. Dinimiz bizim mənəviyyatımız və ruhaniyyatımız üçün çox mühüm məsələdir. Bu baxımdan dini məlumatları özümüz mötəbər qaynaqlardan, sağlam mənbələrdən və etibarlı mütəxəssislərdən öyrənsək, çox yaxşı olardı. Araşdırmaq, tədqiq etmək, mütəxəssisdən soruşmaq və bunun nəticəsində qərar vermək və ya bizə gələn məlumata inanmaq daha məqsədəuyğundur. Əks təqdirdə dinə dindən olmayan çox şey qarışır və bu da öz mənfi nəticəsini göstərir”.
E.Mahmudov qeyd edib ki, din mənəvi və insan üçün zəruri olan bir ehtiyacdır:
“Buna görə də mütləq təbliğ edilməlidir. Bu sahədə boşluğa yol vermək çox mənfi nəticələr meydana gətirir. Ona görə bu sahədə müasir dövrün tələblərinə uyğun olaraq və informasiya texnologiyalarından da istifadə edərək maarifçilik işi aparılmalıdır. Günün tələbi nədirsə, onu etməliyik. Lakin bu iş səlahiyyətli qurumlar, təlim və təhsil müəssisələri, etibarlı, savadlı kadrlar tərəfindən, etimad edilən, sağlam və mötəbər qaynaqlara müraciət edilərək yerinə yetirilsə, daha gözəl nəticələr əldə etmək mümkündür”.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib ki, “Whatsapp” kimi şəbəkələrdə yayılan məlumatlar etibarlı deyil:
“Ümumiyyətlə sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılır. Təbii ki, bu, insanların hüququdur və bundan istifadə edə bilərlər. Bu məlumatların içərisində doğru-dürüst məlumatlar da ola bilər, yanlış da. Təəssüf ki, bu gün istər sosial şəbəkələrdə, istərsə də “Whatsapp” və digər vasitələrlə dini məlumatlar sürətlə yayılır. Xüsusilə də bunlar “bu məlumatı paylaşmasan, səni bəla gözləyir” yaxud “məlumatı göndərsən, şad xəbər alacaqsan” tipli olur. Bir çox hallarda dini məlumatlar həqiqəti əks etdirmir. Bu, insanların inancından sui-istifadə etməkdir. Bəzən dini gözdən salmaq, insanları inanc barədə bədbinliyə düçar etmək üçün belə məlumatları kimlərsə məqsədli şəkildə paylaşa və yaya bilər”.
Hacı Şahin Həsənli düşünür ki, din haqqında istənilən məlumatı səlahiyyətli şəxslərdən eşitmək daha doğru olar:
“Təbii ki, bu cür manipulyasiyalar edilir. Din hər zaman aktualdır və bu baxımdan insanların dini inanclarında istifadə edən dairələr də var. Bəzən dinin mahiyyətinə zidd olan bilgilər din adı altında təqdim olunur.
Bu halları qadağan etmək mexanizmi yoxdur. Amma insanlar oxuduqları məlumatı dəqiq təhlil etməli və məlumatın həqiqətə uyğunluğunu yoxlamalıdır. Sosial şəbəkələr ümumiyyətlə etibarlı mənbə deyil. Din haqqında istənilən məlumatı səlahiyyətlə şəxslərdən eşitmək daha doğru olar”.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM