Vətən və xalq uğrunda mübariz elm fədaisinin ibrətamiz həyat dastanı

12:36 / 16.12.2017

Akademik Cəmil Quliyev Azərbaycan tarix elminin yaradıcılarından biridir

 

XX əsrdə Azərbaycanın tarix elmi çətin, ziddiyətli, eyni zamanda, şərəfli səhifələrlə dolu yol keçib. Bu dövrün 70 ili Azərbaycanın sovet dövrü tarixi ilə bağlıdır. Müharibədən qabaqkı və sonrakı illərdə Azərbaycan tarix elminin nəhəngləri yaşayıb, fəaliyyət göstəriblər. Onların fəaliyyəti nəticəsində Azərbaycan xalqının mənşəyi, keçdiyi tarixi yol araşdırılıb. Bütün çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, Azərbaycan tarixçilərinin böyük zəhməti hesabına beynəlxalq ensiklopediyalarda qüdrətli imperiyalar yaradan, dünya miqyasında tanınmış dövlət xadimləri, şairlər, alimlər yetişdirən xalq kimi tanınmışıq. Azərbaycan xalqının keçdiyi tarixi yolu qələmə alıb bizə təqdim edən həmin elm nəhəngləri ancaq təşəkkürə layiqdirlər. Bu elm nəhənglərinin arasında mərhum akademik Cəmil Quliyevin xüsusi yeri var.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun unudulmaz alim Cəmil Quliyevin doğum günü ilə bağlı qələmə aldığı qeydlərini təqdim edir.

Akademik Cəmil Quliyev möhkəm iradəli insan, böyük şəxsiyyət, istedadlı və qələminə inanan zəhmətkeş alim idi. O, əlinə qələm aldığı gündən Azərbaycanda tarixi hadisələri vicdanla araşdırıb, imkanı, bacarığı çərçivəsində bu şərtlərə əməl edib. Cəmil Quliyev Azərbaycan tarix elminin yaradıcılarından biridir. Mürəkkəb, ziddiyyətli, dramatizmlə dolu Azərbaycan tarixi onun mənəviyyatının və həyat mövqeyinin formalaşmasına ciddi təsir göstərmişdi. Onun yaşadığı 83 illik enişli–yoxuşlu ömür yolu böyük şəxsiyyətlərin Vətən və xalq uğrunda mübariz elm fədaisinin ibrətamiz həyat dastanıdır.

Cəmil Quliyev Azərbaycanın ən dilbər guşəsi olan Qarabağda dünyaya göz açmış, vətənimizin bu incisinin ətrini duymuş, müqəddəs suyunu içmişdi. O, 1944-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə qəbul olunub, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. O dövrdə bu şərəfə Azərbaycanın say-seçmə oğulları və qızları, ən istedadlı gəncləri layiq görülürdü. Moskavada təhsil aldığı dövrdə Cəmil müəllim ictimai-mənəvi varlığını şüurla sezməyə, tarixi müasirlik işığında dərk etməyə çalışırdı. Tarix elmini dərindən öyrəndikcə, onun mənəvi aləmində, həyat mövqeyində təbəddülat yaranırdı. O, 1949-cu ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra aspiranturada saxlanılır, 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilir. 1952-ci ildən Azərbaycan Dövlət Universitetində müəllim, dosent, 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləyir.

Cəmil müəllimin elmi yaradıcılığının böyük hissəsi sovet dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycan tarix elminin vəziyyətini alim belə xatırlayırdı: “Sovet hakimiyyəti illərində tarixi bir konsepsiya əsasında yazırdılar. Bu konsepsiya tarix elmini hörmətdən saldı”. Lakin bütün maneələrə baxmayaraq, bu illər alimin yaradıcılığında ən məhsuldar dövr idi. Cəmil Quliyevin 1970-1972-ci illərdə Azərbaycan SSR-də milli məsələyə həsr olunmuş iki fundamental əsəri nəşr edilir. Sovet tarix elminin qoyduğu məhdudiyyətlərə baxmayaraq Cəmil müəllim bu əsərlərində Azərbaycanda sovet hakimiyyətinin ilk illərində həyata keçirilən milli siyasətin bir çox qaranlıq, ziddiyyətli tərəflərinə işıq salıb. Onun həmin əsərlərində Nəriman Nərimanova münasibəti çox mühüm yer tuturdu. Cəsarətlə deyə bilərik ki, Azərbaycan xalqının çox görkəmli oğlu, böyük dövlət xadimi, misilsiz maarifçi-pedaqoq, publisist, dramaturq Nəriman Nərimanova, onun dövlətçilik təfəkkürünə, elmi və ədəbi irsinə müxtəlif dövrlərdə bəslənilmiş münasibətin necə təkamülə uğraması, doğma Azərbaycanın qurucularından biri kimi onun tarixi xidmətlərinin obyektiv elmi mövqedən işıqlandırılması baxımından Cəmil müəllimin əsərlərinə olduqca ciddi materiallar daxil edilib. Bu əsərlərdə Nəriman Nərimanovun şəninə dəyərli elmi faktlar, tutarlı dəlillər gətirilib. Bu, həmin dövr idi ki, yenicə Azərbaycan rəhbərliyinə gəlmiş ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Nəriman Nərimanovun Bakıda heykəli ucaldılmışdı. Heykəlin açılışı 1970-ci ildə olmalı idi. Lakin Moskvadan olan təzyiqlər bu işi bir qədər ləngitdi. Amma Ümummilli Lider inadından dönmədi və N.Nərimanova Azərbaycan tarixində layiqli qiymətini verdi. Bunun üçün hətta Ulu Öndərin xüsusi tapşırığı ilə Cəmil Quliyev Moskvada tam məxfi partiya arxivindən V.Leninin belə bir əlyazmasını aşkar etmişdi ki, Nəriman Nərimanova etimad göstərmək olar.

Həmin əsərlərində Cəmil müəllimin Dağlıq Qarabağ problemi ilə bağlı çox dəyərli mülahizələri, elmi düşüncələri, kəsərli-tutarlı fikirləri öz əksini tapıb. Nəriman Nərimanovun və onun Dağlıq Qarabağ probleminin həllində tutduğu mövqeyinin daha aydın başa düşülməsində alimin tarixi faktlara əsaslandığı fikirləri, həm Dağlıq Qarabağın Ermənistandan alınıb Azərbaycana “bağışlanması” haqqında elə bu günlərimizdə də səslənən erməni uydurmasının ifşası baxımından, həm də Nəriman Nərimanovun siyasi mövqeyinin düzgün dərk edilməsi üçün olduqca əhəmiyyətlidir.

Artıq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1997-ci ildə işıq üzü görmüş “Azərbaycanın ikinci respublikasının yaradılması tarixinə dair” yeni fundamental əsərində Cəmil Quliyev Azərbaycanın sovet dövrü tarixinin “ağ ləkələri” sayılan məsələlərə nadir arxiv sənədləri əsasında qiymət verib. Öz yeni əsərində Cəmil müəllim Yuxarı Zəngəzurun Ermənistana verilməsində və Dağlıq Qarabağda ermənilərə qondarma muxtariyyətin yaradılmasında Moskvadakı bolşevik rəhbərliyinin, başda İosif Stalin olmaqla, Kremlin Qafqazdakı canişini Q.Orconikidzenin məkrli siyasətinə, Azərbaycan partiya rəhbərliyində N.Nərimanov başda olmaqla milli təmayüllü kommunistlərin qeyri-millətlərdən, əsasən də ermənilərdən ibarət olan Bakı partiya təşkilatı ilə Azərbaycanın milli maraqlarının, iqtisadi suverenliyinin qorunması uğrunda apardığı mübarizə və bu vaxta kimi Azərbaycanın sovet tarixinin yazılmamış səhifələrinə aydınlıq gətirib və qiymət verib.

Cəmil Quliyev 1972–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (EA) Tarix İnstitutunun direktoru, 1981–1990-cı illərdə EA-nın vitse-prezidenti, 1989–1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin rektoru olub. O, 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib, 1976–1991-ci illərdə və 1997-ci ildən 2001-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Rəyasət Heyətinin üzvü olub.

1975–1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru olan Cəmil Quliyev öz xatirələrində iftixar hissi ilə yazırdı: “Kimsə məndən soruşanda ki, həyatında ən mühüm iş nədən ibarət olub, mən məmnuniyyətlə, böyük fəxrlə Azərbaycan Ensiklopediyasının hazırlanmasını qeyd edirəm. Çünki belə bir fikir var ki, hər hansı xalqın, millətin, dövlətin ensiklopediyası varsa, o milli rəmz kimi həmin xalqın həm himninə, həm bayrağına, həm Konstitusiyasına bərabərdi. Xalqımın yolunda çəkdiyim bu əziyyətə sərf etdiyim əməyə görə fəxr edirəm”. 1999-2001-ci illərdə Cəmil Quliyevin rəhbərliyi və redaktorluğu ilə Naxçıvan Muxtar Respublikası Ensiklopediyası və miniatür ensiklopedik kitab hazırlanıb kütləvi tirajla nəşr olunması da təqdirəlayıq hadisə idi.

Əməkdar Elm Xadimi Cəmil Quliyev 1997-ci ildə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Üç yüzdən çox məqalənin müəllifi olan Cəmil müəllimin yazılarında, məruzələrində və çıxışlarında dərin elmilik, ciddi təhlil, fikir aydınlığı var idi. Belə desək, qətiyyən səhv etmərik ki, o, çox güclü, ötkəm fəlsəfi təfəkkürə malik idi. Bunu alimin elm tarixi, o cümlədən fəlsəfi fikir tarixi, keçmiş dövrlərin görkəmli mütəfəkkirləri ilə söhbətlərində dəfələrlə müşahidə etmişəm. Elə bu fəlsəfi təfəkkürünə görə onun böyük Azərbaycan alimi, dahi mütəfəkkiri Nəsirəddin Tusinin elmi irsinin təhlilinə və şərhinə həsr olunmuş yazısı çox maraqla oxunur. Belə təsəvvür yaranır ki, Cəmil müəllim bu cür materiallar üzərində işləyərkən mükəmməl elmi-fəlsəfi mütaliə ilə məşğul olub. Nizami Gəncəviyə, İmadəddin Nəsimiyə və Məhəmməd Füzuliyə, Mirzə Fətəli Axundzadəyə, Mirzə Kazım bəyə, İsmayıl bəy Qaspıralıya, Əlimərdan bəy Topçubaşova həsr olunmuş yazıları da söylədiyimiz bu fikri bir daha təsdiq edir. Cəmil Quliyevin Azərbaycanın tanınmış elm xadimlərinə həsr olunmuş yubiley yazıları da öz elmi ciddiliyi ilə seçilir. Bunlar istər bir şəxsiyyət kimi, istərsə də müqtədir qələm sahibi, görkəmli tarixçi alim kimi Cəmil müəllimin həyat yoluna nəzər salmaq üçün olduqca əhəmiyyətlidir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM