İŞIĞIN İŞİDƏ ÇEVRİLMƏSİ

09:48 / 17.06.2014

  İŞİD adı ilə tanınan İraq Şam İslam Dövləti militanlarının Mosulu ələ keçirməsi və Türkiyə konsulluğunu tam tərkibdə girov götürməsi gözlənildiyi kimi dünyanı ciddi həyəcanlandırmağa başlayıb. Mosuldan və ətraf bölgələrdən böyük bir köç axını başlamış, müdafiəsiz qalmış xalq həyatlarını risqə ataraq başıpozuq şəkildə İraq çöllərinə yayılmaqdadır. Hamını maraqlandıran əsas sual ABŞ-ın Səddam sonrası bu ölkədə yaratdığı boşluğun artıq elə də böyük olmayan terrorçu qrup tərəfindən niyə və necə doldurulmasıdır. İllərdir təchizat üstünə təchizat qoyulan İraq ordusunun ideyasız və əqidəsiz korrupsiyaımış birlikləri silahlarını ataraq geri çəkilmiş oldular. Demək ki, ABŞ-ın Əfqanıstanda, Pakistanda siyasətinin iflası, ardından Suriya iflası, və nəhayət İraqda belə asanlıqla bir terrorçu qrupun iri şəhərləri bir-bir ələ keçirməsi bizi də hamı kimi narahat etməlidir. Qulaqlarını ABŞ-dakı Azərbaycan barədə dinləməyə şəkləyən hər kəs üçün bir daha nəyə və kimə güvənmək sualına cavab tapmaq günün ən təxirəsalınmaz məsələsi olmalıdır. Əməllər niyyətə görədir, deyərlər. ABŞ hara ki, demokratiya və azadlıq niyyəti ilə girməyibsə, orada ilər uzunu faciələr yaşanıb. İndi də Ukraynadan yavaş-yavaş başı ayilan Rusiya Avrasiya İttifaqı ilə qamçısının ucunda Azərbaycana da piroq göstərir. İran, Azərbaycanın Rusiya zolağına girməsini öz təhlükəsizliyi üçün əsas şərtlərdən biri sayır. Türkiyə də Rusiya ilə özünün qarışmağa məcbur olacağı bir problem çıxarmamazı istəyir. Ermənistan onunla birlikdə nəzarət altında tutula biləcəyimiz Rusiya modelli birlikdə bizi görmək istəyir. Bircə ABŞ nə istəyir, bunun cavabı artıq aydınlaşmağa başlayır. Pakistanda istədiyini istəyir. Əfqanıstanda istədiyini istəyir. Ən son nümunə kimi, İraqda istədiyindən fərqli bir şey istəmir.

İraq əslində Səddam zamanında da faktiki dövlət deyildi, tarixi dövlət idi. Səddam sonrası dövrdə ilk öncə şiə-kürd ittifaqı üzərində ABŞ silahının gücünə formal bir hakimiyyət quruldu. Son düşünülmüş addım isə uzun illərdir yetişdirildi, hazırlandı və atıldı. İraqdan üç dövlət çıxarma siyasəti uğurla yekuna doğru gedir. Şiələrin, Kürdlərin və Sünnilərin dövləti. Həm də İzraili rahatladacaq qədər hər zaman bir-biri ilə savaş içində olacaq, zəifləyəcək üç dövlət. Buraya xaos içində olan Suriyanı da əlavə edərsək bölgənin Amerika ağırlıqlı gələcəyinin nədən ibarət olduğunu anlamaq mümkündür.

Sələfi görüşlərinə sahib olduğu iddia edilən İŞİD təqribən Suriyada 10 min, İraqda 4 min adam civarında hesablanır və sayları bir aşirət sayını keçməz. Demək ki, bölgədə olan dövlətlərin gücləri ilə baş edəcək səviyyədə deyildir. Lakin bu qədər küstahcasına Türkiyə kimi bir dövlətin konsulluğuna hücum edib, diplomatları girov götürməsi bütün hallarda təlimatın daha ciddi güclərdən gəldiyindən xəbər verir. Bu təşkilat Surayada Əsadla da amansız döyüşləri girmişdi, sinradan müəmmalı şəkildə sükunətə üstünlük verdi və savaşı ayrı-ayrı dirənişçi qruplara və İraqın Maliki liderliyindəki şiə hakimiyyətini devirməyə yönəltdi. Eyni Talibanın vaxtilə Əfqanıstanda hakimiyyətə gəldiyi zamanlardakı davranışları təkrarlayırlar.

Bu çoxbaşlı oyunun əsas hədəfində Türkiyə olduğu da aşkardır. Ancaq bundan da böyük hədəf İslam dinidir. Artıq İslamın gözəlliklərinin alternativi olaraq ayrıca təbliğata gərək qalmır. Qan tökməkdən həzz alan terrorçu obrazı ildən-ilə öz populyarlığını artırmağa davam edir. Hamısının da yeganə səbəbi, təhsilsizlikdir, savadsız kütlənin çoxluğudur.

Dünən Qafqaz Universitetində məzun törəninə dəvət olunmuşdum. Bu ənənəni uzun illərdir ki, yaşadırlar. Burada məzun həm də şəxsiyyətinə universitetin sayğısını hiss edir. Özünü universitetin əşyası, pul qabı kimi düşünmür. Gözəl, duyğulu bir vaxt keçirdim. Xüsusilə də universitetin ən yüksək nəticə qazanan məzunlarının içində çoxluğu qızlarımızın təşkil etdiyinə sevindim. Bax budur, rüşvətsiz ali məktəbin effekti...Cender problemi özlüyündən həllini tapır. İnsanlar universiteti sevərək oxuyurlar. Uşağ bağçasına, orta məktəbinə, litseyinə rüşvətlə, tapşırıqla yavrularımızın daxil olduğu şərtlər əvvəl-axır bir İŞIQ deyil, bir İŞİD doğuracaqdır. Təhsilsizlik, savadsızlıq artdıqca İslam qiyafəsində oğruların, dələduzların, saxtakarların, hacı-kərbəla-məşhəd turistlərinin dinçiliyinin və ən sonda da Allahın adıyla insan başı kəsənlərin sayı daha da artır. Ədalətli insanlar üçün ən ciddi qorxu mənbəyinə bu ədalət dininin özü çevrilməyə başlayanda cahilin dinçiliyindən, ibadətçiliyindən Allaha sığınan Peyğəmbəri daha dərindən dərk etməyə başlayırsan. Bir xatırlayın Fateh Sultan Mehmedin xristianların yaşadığı Konstantinopola girişini. İslam adı ilə qorxu içində qalmış əhaliyə necə bir ədalət duyğusu bəxş edə bilmişdi. Bu günədək insanlıq nümunəsi olaraq vurğulanmaqdadır.Və bir də baxın müsəlmanların yaşadığı Mosula girmiş İŞİD birliklərinin vahiməsinə. Dinc müsəlman əhali başqa müsəlmanların vəhşilikləri ilə üzləşməmək üçün evini, yurdunu buraxıb qaçır. İslam adına baş verən inqilab zamanı İranda edam edilən yüz minləri günahsız insanı xatırlayın. Əfqanıstanda Budda abidəsini uçuran, ölkəni viran qoyan, qızlara təhsili yasaqlayan Taliban vəhşətini xatırlayın... Tarixdə də, bu gündə bütün bu hərəkətlər mənbəyini İslamdan almış. Demək ki, bulağın gözəlliyini içənin natəmizliyi korlaya bilir...Bunu anlamayanlar çoxaldıqca İŞIĞın İŞİDə çevrilməsi bir anın məsələsidir...

Milli Məclisin deputatı,
Fazil Mustafa

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM