Hakim Ermənistan Respublika Partiyasının (ERP) ideoloji əsas kimi qəbul etdiyi Qaregin Njdenin “Tsexakron” təliminin son dərəcə irqçi, nasist yönümlü təlim olması tamamilə göz qabağındadır.
Bunu politoloq Fuad Axundov deyib.
“”Tsexakron” termini tayfa, nəsil, irq deməkdir. Erməni hakimiyyəti bu terminə “-izm” şəkilçisi əlavə edərək, “Tsexakronizm” sözünü əldə edir. Amma onlar dünyanın başqa dillərində, xüsusilə rus dilində danışanda və yazanda, “tsexakron” sözünün dəqiq tərcüməsinə (irq) bu şəkilçini əlavə etmirlər – Allah eləməsin, birdən “irqçilik” sözü alınar və onu erməni “tsexakronizm”i ilə əvəz edirlər. Təlim bir neçə kultu – Vətən kultu, qan kultu, dil kultu, güc kultu və sair kultları təbliğ edir. Belə ki, qan kultuna görə, tsexakronizm erməni qanının təmizliyini təbliğ edir, erməni millətinin gələcəyi qanın təmizliyindədir. Dil kultu isə tələb edir ki, erməni erməni ilə yalnız erməni dilində danışsın. Və müasir Ermənistanda bu “Tsexakron” irqçi prinsipi Ermənistan prezidentləri Robert Koçaryan və Serj Sarkisyan tərəfindən reallaşdırdılıb – erməni uşaq rus dilində təhsil almaq hüququna malik deyil, bunun üçün uşağın valideynlərindən biri mütləq rus olmalıdır.
Əgər yuxarıda sadalananlara həyatın ruhən, fikrən və cismən güclü olanlara yol açdığını və ədalətli insanın deyil, güclü insanın qələbə qazandığını nəzərdə tutan güc kultunu əlavə etsək, bunun sırf faşist ideologiyası olduğunu görürük. Üstəlik, hakim ERP-nin simvolikası da Üçüncü reyxin simvolikası ilə çox oxşardır. ERP-nin loqotipi (qanadlarını gərmiş qartal) faşist Almaniyasının gerbini eynilə təkrarlayır. Partiyanın və ölkənin rəmzi kimi qartaldan istifadə edilməsində qəbahətli heç nə yoxdur. Amma bu halda söhbət ERP və Üçüncü reyxin rəmzlərinin demək olar ki, 100% üst-üstə düşməsindən gedir, belə təsadüflər isə olmur”, – deyə F.Axundov qeyd edib.
“Yerevanda ERP ilə faşist simvolikasının oxşarlığı ilə bağlı hələ də mübahisə edə bilsələr də, rus və ingilis dilləri də daxil olmaqla, dünyanın bütün dillərində “irqçilik” və “nasizm” demək olan “tsexakronizm” termininin tərcüməsi ilə bağlı mübahisə aparmaq artıq heç cür mümkün deyil. Lakin hakim ERP Rusiya və dünya ictimaiyyətini aldatmaq üçün bu termini qəsdən tərcümə etmir, çünki nasizm və irqçilik sözlərinin həqiqi mənası bütün dünyaya yaxşı məlumdur”, – deyə politoloq vurğulayıb.
O bildirib ki, Rusiya Federasiyasının Dövlət arxivində faşist Almaniyasının müxtəlif kəşfiyyat orqanlarına xidmət etmiş əslən erməni olan Peter Kamsarakanın ifadələri var.
“Məhz Kamsarakan faşist Almaniyasının rəhbərliyinə Qaregin Njdeyə (Sitat: “Almaniyanın möhkəm əqidəli tərəfdarı, fikrimcə, ona tamamilə güvənmək olardı”) diqqət yetirməyi təklif edib. Njde Kamsarakana danışmışdı ki, ABŞ-da yaşadığı dövrdə “İrqçilər” (“Rassistı”) adlı faşist tipli təşkilat yaradıb. Diqqət edin, “Tsexakronistlər” deyil, məhz “İrqçilər”. Yəni erməni Kamsarakan 1940-cı illərdə Njde təlimini rusca irqçilik adlandırırdı. Bu gün isə Ermənistanda bu adın nasist mahiyyətini gizlətmək üçün onu tərcümə etmirlər və dünyanın bütün dillərində “irqçilik” kimi deyil, “tsexakronizm” kimi tələffüz edir və bununla da hesab edirlər ki, bütün dünyanı aldada və öz nasist mahiyyətlərindən diqqəti yayındıra biləcəklər. Ermənistanın hakim elitası bu ideologiyanı əsas götürərək erməni xalqını öz nasist siyasətinin qurbanına çevirib və əsas erməni nasisti Njdenin təlimini onlara zorla qəbul etdirib”, – deyə F.Axundov əlavə edib.
“Yaradıldığı andan etibarən demək olar ki, 100 il boyunca – həm çar Rusiyasında, həm də SSRİ illərində, hətta Levon Ter-Petrosyanın prezidentliyi dövründə Ermənistanın müstəqilliyinin ilk illərində bu faşist ideologiyası qadağan olunmuşdu. Və yalnız Robert Koçaryan (Ermənistanın sabiq prezidenti) “Tsexakron”u dövlət siyasəti səviyyəsinə yüksəltdi. Lakin Avropa Şurasının Parlament Assambleyasının tribunasından ermənilərin və azərbaycanlıların genetik uyğunsuzluğu barədə elan edən adamdan daha nə gözləmək olar. Faşistlər də ari qanının təmizliyi və slavyanlarla, yəhudilərlə uyğunsuzluq barədə elə bu cür danışırdılar. Bununla belə, faşistlərin tezisi kimi Koçaryanın da tezisi heç bir tənqidə davam gətirmir, çünki İran, Rusiya, Türkiyə və elə Azərbaycanda da ermənilər azərbaycanlılarla qonşuluq edir və çox yaxşı yola gedirlər. Bu, təkcə Ermənistanda belə deyil, müasir faşistlər Koçaryan və Serj Sarkisyan Njdenin bütün ideyalarını həyata keçirərək, Ermənistanı regionda milli nöqteyi-nəzərdən müxtəlifliyi ilə seçilən polietnik dövlətdən monoetnik dövlətə çevirdilər. Yerevanda cinayətkar, faşist dəstəsi tərəfindən bütün xalqlar Ermənistandan qovuldu. Hətta Hitler də yalnız bir millət üçün belə dövlətdən sadəcə arzu edə bilərdi”, – deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Sarkisyan azərbaycanlılara münasibətdə öz qaniçən, faşist xislətini heç vaxt gizlətməyib. “Məhz Sarkisyan erməni faşistlərinin bir neçə saat ərzində Azərbaycanın Xocalı şəhərində 600-dən çox dinc sakini, əsasən də qadın, uşaq və qocaları xüsusi qəddarlıqla qətlə yetirdikləri Xocalı soyqırımının “müəlliflərindən” biridir.
Daha sonra 1992-ci il fevralın 26-na keçən qanlı gecədən jurnalist Tomas de Vaala danışan Serj Sarkisyan demişdi: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşdirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qırmağı bacardıq”. Və nəhayət, məhz Sarkisyan Yerevanın ən görməli yerində faşist Qaregin Njdeyə abidə ucaltmağa qərar verib. Əvvəllər Ermənistan hakimiyyəti yalnız küçələrə, Yerevanın metro stansiyalarına Njdenin adının verilməsi ilə kifayətlənsə də, 2016-cı ildə özlərinin faşist mahiyyətini tamamilə açaraq Njdenin abidəsinin ucaldılmasına qərar verdilər və onu səcdəgaha çevirdilər. Birinci elə Sarkisyan öz ideoloji ustadı olan Njdenin möhtəşəm abidəsi önünə gül qoydu. Ustadın faşist olduğunu nəzərə alsaq, onun şagirdi də iliyinə qədər faşistdir. Və bütün dünya rəsmi Yerevana, onların regiondakı hərəkətlərinə və Ermənistanda hakimiyyətdə olan bu faşist dəstəsinin siyasətinin mümkün nəticələrinə son dərəcə diqqətlə yanaşmalıdır”, – deyə o, sonda bildirib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM