Ermənisiz Ermənistan

10:53 / 21.12.2017

Ermənistan 21 sentyabr 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra əhalisi azalır. 1994-cü ilə qədər əhalinin ölkəni tərk etməsinin ən əhəmiyyətli səbəblərindən birincisi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olmuşdur. Belə ki, müharibəyə getməmək üçün gənc və əmək qabiliyyəti olan insanlar (xüsusilə kişilər) ölkəni tərk edib. 1994-cü ildən sonra isə köçün əsas səbəbləri hökumətin iqtisadi və sosial problemləri həll edə bilməməsi, işsizlik, hələ sovet dövründə inşa edilən fabrik və zavodların fəaliyyətini dayandırması, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün müzakirələrdə konstruktiv mövqe tutmaması və ölkədəki antidemokratik idarə sistemi olmuşdur. 

Bu analitik materialda istifadə edilən statistik göstəricilərin hamısı Ermənistanın rəsmi mənbələrindən alınmışdır və məlum səbəblərə görə Ermənistana qarşı təbliğat məqsədi ilə yazılmayıb, elmi bir araşdırmadır, faktlara və statistik göstəricilərə istinad edir. 

Ermənistanın demoqrafik sayğacı: 

Əhalinin sayı: 3 044 066 

Kişilərin sayı: 1 416 858 (46.5%) 

Qadınların sayı: 1 627 207 (53.5%) 

2017-ci il dekabr ayının 8-nə qədər doğulanlar: 37 385 

2017-ci il dekabr ayının 8-də doğulanlar: 45 

2017-ci il dekabr ayının 8-nə qədər ölənlər: 25 299 

2017-ci il dekabr ayının 8-də ölənlər: 31 

2017-ci ildə ölkəni tərk edənlər: -1 859 

2017-ci il dekabr ayının 8-də ölkəni tərk edənlər: -2 

2017-ci il dekabr ayının 8-nə qədər əhalinin artımı: 10 227 

2017-ci ildə Ermənistanın əhalisinin sayının dəyişmə dinamikası: 

Doğum: gündə ortalama 110 uşaq (saatda 4,60 uşaq); 

Ölüm: gündə ortalama 75 nəfər (saatda 3,11 nəfər); 

Miqrasiya prossesi: gündə ortalama 5 nəfər (saatda -0,23 nəfər). 

2017-ci ilin əvvəllərində əhalinin yaş qruplarına görə təsnifi: 

17,6 

72,4 

10,1

 
 

- 15 yaşından aşağı olanlar 

 

- 15-65 yaşına qədər olanlar 

 

- 64 yaşından böyük olanlar 

Rəqəmlərlə ifadə edildiyində: 

  • 15 yaşından aşağı: 533 501 nəfər (kişilər: 285 515; qadınlar: 248 016) 
  • 14 yaşından böyük, 65 yaşından kiçik: 2 195 407 nərə (kişilər: 1 028 653; qadınlar: 1 166 754) 
  • 64 yaşından yuxarı: 304 931 nəfər (kişilər: 115 468; qadınlar: 189 463) [i] 

Yuxarıdakı statistik göstəriciləri cins-yaş qrupu piramidasına görə ayırdıqda belə nəticə ortaya çıxır: 

   

65+ 

   

 

   

15-64 

   

 

   

0-14 

   

                                              Kişilər                                 Qadınlar 

Cins-yaş piramidasından da görüldüyü kimi əhalinin artım tempi reqressiv və azalan xətt üzrə gedir. [ii] 

Ermənistanın demoqrafik sayğacı statistikasında qadınların sayının 210 349 nəfər kişilərdən çox olduğu məlum olsa da, 2017-ci ilin əvvəllərində əhalinin yaş qruplarına görə təsnifi statistikasında 15 yaşına qədər olan əhali arasında kişi cinsinin qadın cinsindən 37 499 nəfər artıq olduğu müşahidə edilir ki, bunun da səbəbi kimi son illərdə Ermənistanda selektiv abortun geniş yayılmasını göstərmək mümkündür. 

Ermənistan Dövlət Statistika Xidmətinin Əhalinin siyahıya alma şöbəsinin müdiri Karine Kuyumcuyanın 2017-ci ilin iyun ayında verdiyi məlumata görə 1 yanvar 2017-ci ilə qədər ölkə əhalisinin sayı 6200 nəfər azalmışdır. 2017-ci ilin birinci yarım illiyində 7234 nikah qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.5 faiz azdır. Yenə 2017-ci ilin birinci yarım illiyində 1949 cütlük boşanıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11.2 faiz çoxdur. Rəqəmlərdən də görüldüyü kimi, Ermənistanda nikaha girən cütlüklərin sayı azalır, boşanan cütlüklərin sayı isə artır. [iii] 

Bundan baska Kuyumcuyan əhalinin doğum və ölüm nisbəti ilə bağlı statistika haqqında məlumat verib. Buna görə, 2017-ci ilin birinci yarım illiyində 17.2 min uşaq doğulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə azdır. 2017-ci ilin birinci yarım illiyində 14.000 nəfər ölüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib. [iv] 

Müstəqil Dövlətlər Birliyində miqrantlarla bağlı aparılan rəy sorğusunun nəticələrinə görə erməni miqrantların 70 faizi geri dönməyi düşünmür. [v] 

Ermənistanın Ərazi idarəetmə Nazirliyinin Miqrasiya xidmətinin direktoru Qaqik Yeqanyan ölkə əhalisinin ölkəni tərk etməsinin səbəbini ölkədəki pis şərtlərin olması ilə əsaslandırır. [vi] 

BMT-nin hesabatına görə, 2035-ci ilə qədər Ermənistanın əhalisi pis halda, 2.6 milyon, yaxşı halda 3.2 milyon ola bilər. 2017-ci ilin dekabr ayına görə, hal-hazırda Ermənistan əhalisinin 3 044 066 nəfər olduğu və 2035-ci ildə ən yaxşı halda 3.2 milyon nəfər olacağı proqnozuna görə gələcək 18 ildə Ermənistanın əhalisi cəmi 155934 nəfər artacaq ki, bu rəqəm olduqca azdır. [vii] 

BMT-nin bu bədbin proqnozundan sonra Prezident Serj Sərkisyan ölkə əhalisinin 2040-cı ilə qədər 4 milyon olması üçün planları olduğunu bildirməsi isə riyaziyyatda mürəkkəb düsturları bilən birisi üçün yox, vurma cədvəlini və bölmədən anlayan birisi üçün gülüncdür və inandırıcı deyil. [viii] 

Belə ki, 1 oktyabr 2017-ci ildə Ermənistan əhalisi 2 979 600 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14 300 nəfər azdır. [ix] 

2017-ci ilin oktyabr ayında Ermənistan parlamenti "Hərbi xidmət və hərbi xidmətçinin statusu haqqında” qanuna dəyişiklik edərək universitetlərə qəbul olunan tələbələrin təhsil üçün möhlət hüququnu ləğv etdi. [x] Buna görə artıq universitetlərə qəbul olan erməni gənci (kişi cinsi) ya əvvəlcə hərbi xidmətə getməli, ya da təhsili zamanı hərbi kafedradan da dərs almalı və  təhsilini bitirdikdən sonra təyin olunmuş yerdə 3 il müddətinə zabit kimi xidmət etməsi üçün Müdafiə Nazirliyi ilə müqavilə imzalamalıdır. Erməni tələbələr buna qarşı İrəvanda mitinq təşkil etsələr də dəyişən bir şey olmadı. [xi] 

Parlamentin qanuna etdiyi dəyişikliyi dəyərləndirən "Modus Vivendi” Mərkəzinin direktoru Ara Papyan edilən dəyişikliyin emiqrasiyanı daha da sürətləndirəcəyini bildirib. [xii] 

Göründüyü kimi analitik materialda istifadə edilən materiallar və statistik göstəricilər tamamən rəsmi erməni mənbələridir və sadəcə bu informasiyalardan istifadə edilərək sistemləşdirilib. 

Belə bir çətin demoqrafik vəziyyətdə olan Ermənistan hökuməti və ermənilər soyuqqanlıqla gələcəklərinin necə olacağını düşünməli, qonşu ölkələrlə münasibətlərini qaydaya salmalı, işğalçılıq siyasətindən əl çəkməli, iqtisadi, sosial, enerji və nəqliyyat problemlərini həll etməsi üçün bölgədə həyata keçirilən beynəlxalq layihələrdə iştirak edəcək qədər məntiqli davranmalıdır.

Hatəm Cabbarlı,

siyasi elmlər doktoru


[i] Население Армении, http://countrymeters.info/ru/Armenia, 08.12.2017. 

[ii] Данные этой секции основаны на последних публикациях Департамента Статистики ООН в области демографической и социальной статистики, https://unstats.un.org/unsd/demographic/products/indwm/­default.htm, 08.12.2017. 

[iii] Численность постоянного населения Армении сократилась на 6200 человек http://www.panarmenian.­net/rus/news/245286/, 31 июля 2017. 

[iv] В I полугодии 2017 года рождаемость в Армении снизилась – а смертность нет https://news.am/rus/­news/402953.html, 31.07.2017. 

[v] Более 70% мигрантов из Армении планируют навсегда остаться в России http://www.armenian­report.com/pubs/165153/, 2017-08-23. 

[vi] Роза Ованнисян, Люди уезжают из-за плохих условий http://www.lragir.am/index/rus/0/comments/­view/58267, 23 Сентября 2017. 

[vii] Ани Геворгян, Если все оставить на самотек, процесс будет продолжаться так, как был всегда: Арман Сагателянhttp://ru.1in.am/1202851.html, 2017-10-20. 

[viii] Ани Геворгян, Если все оставить на самотек, процесс будет продолжаться так, как был всегда: Арман Сагателянhttp://ru.1in.am/1202851.html, 2017-10-20. 

[ix] Саргис Арутюнян, По данным Национальной статистической службы, темпы сокращения населения Армении ускорились https://rus.azatutyun.am/a/28833356.html, Ноябрь 03, 2017. 

[x] Татевик Лазарян, Парламент завершил обсуждение спорного законопроекта о воинской повинности во втором чтении https://rus.azatutyun.am/a/28853968.html, Ноябрь 14, 2017. 

[xi] Рузанна Степанян, Касающиеся отсрочки положения сохранены в представляемом во втором чтении документе в неизменном виде - Артак Закарян https://rus.azatutyun.am/a/28851244.html, Ноябрь 13, 2017. 

[xii] Ара Папян: «Законопроект «О воинской службе и статусе военнослужащего» усилит эмиграцию» http://armenianreport.com/pubs/171692/, 13 Ноября 2017. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM