“Quldur Sarkisyan məndən yüzlərlə milyon dollar qoparıb”

14:42 / 21.12.2017

Rusiyalı iş adamı Levon Markos Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb və həmin məktubda Ermənistan hakimiyyətinin onun əmlakını əlindən almasından bəhs edir. 2000-ci illərin əvvəllərində iş adamı Ermənistan iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb və prezidentin xahişi ilə müflisləşmiş müəssisələri alıb. Lakin sonradan bütün biznesi Markosun əlindən alınıb, özü isə beynəlxalq axtarışa verilib.

"2000-ci illərin əvvəllərində o vaxtkı prezident Robert Koçaryan, siz (o zaman Ermənistanın müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi) və Ermənistan Mərkəzi Bankının sədri Tiqran Sarkisyan vətənpərvərlik hisslərimdən istifadə edərək məni Ermənistan iqtisadiyyatının xilas edilməsinə cəlb etmək fikrinə düşdünüz.

Siz şəxsən Moskvaya gələrək mənə təklif etmişdiniz ki, heç bir iqtisadi maraq doğurmayan müflis erməni zavodlarını, fabriklərini və digər müəssisələri alım. Bundan başqa, məni dilə tuturdunuz, az qala yalvarırdınız ki, müflisləşən "Kredit-Yerevan" bankını əldə edim. Bunların hamısını onunla əsaslandırırdınız ki, guya ölkənin büdcəsi boşdur və daxilolmalar tələb edir", - iş adamının Ermənistan KİV-də dərc edilmiş açıq məktubunda deyilir.

Strategiya.az virtualaz-a istinadən xəbər verir ki, Levon Markos qeyd edir ki, vaxtilə Serj Sarkisyana inanıb və Ermənistan iqtisadiyyatına böyük məbləğdə vəsait qoymaq qərarına gəlib. Bu məqsədlə o, Rusiyadakı bəzi perspektivli və rəqabət qabiliyyətli layihələrini dayandırıb ki, bunların arasında yalnız Moskvada 25 yanacaqdoldurma stansiyasını əhatə edən "Sretenka-Petroleum" YDM şəbəkəsi də var.

"Bundan başqa, mən Rusiya banklarından həcmli kreditlər götürdüm və bütün bu vəsaitləri Ermənistan iqtisadiyyatına yatırdım. Çünki səmimi olaraq çətin vəziyyətə düşmüş Vətənimə kömək etmək istəyirdim. Sizin vədlərinizə inanaraq, bir neçə müflisləşmiş müəssisəni aldım. "Kredit-Yerevan"dan başqa, sizin məsləhətinizlə Sisian daş emalı zavodunu, Qafan mis-molibden kombinatını, "Bazalt-Crvej" ASC, "Aqrineks" QSC, Razdan istixana kompleksi, "Sevan-Motel" kompleksi, "İntermotor Ermənistan" QSC (2002-ci ildə bu şirkət Ermənistanda "Mercedes-Benz"in rəsmi distributoru idi), "Zepür" gözəllik salonu kimi müəssisələri aldım. Bundan xeyli əvvəl isə mən Yerevanda 3 bazarın sahibi idim. Gizlətmirdim ki, Ermənistana ciddi fikirlərlə və uzun müddətə gəlmişəm, çoxprofilli biznesi inkişaf etdirmək niyyətindəyəm. Yuxarıda sadaladığım və bir sıra digər sənaye obyektləri əsasında mən sənaye yönümlü bir neçə layihə hazırladım. Onların ümumi dəyəri Moskva auditorları tərəfindən 300 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi. Həmin layihələr Ermənistanın iqtisadi inkişafına ciddi impuls verə bilərdi. Bunlardan bəziləri start mərhələsində idi. Lakin sonradan iş yerindən tərpənmədi. Heç bir konkretlik yox idi - yalnız sabun köpüyü və boş sözlər", - məktubda deyilir.

 

İş adamı qeyd edir ki, nəticədə, Ermənistan iqtisadiyyatına yüzlərlə milyon dollar qoyaraq, böyük məbləğdə zərərə uğrayıb və yerli məhkəmə icraçıları ilə dil-boğaz olmağa məcbur qalıb.

"Sarkisyan, siz düzgün hərəkət etmədiniz. "Vətənin xilası" yalanı ilə siz mənə müflisləşmiş bankı "soxuşdurdunuz" və həmin vaxt hamı həmin bankdan pul qoparmaqla məşğul idi. Aldığım obyektləri quldurluqla ələ keçirdiniz və yaxınlarınıza - Samvel Aleksanyana və Qagik Xaçatryana verdiniz. Yeri gəlmişkən, məndə olan məlumata görə, Aleksanyan və Xaçatryan öz ətraflarında dəfələrlə bildiriblər ki, obyektlərimdən alınan gəlirlər Sizə dövlət ehtiyacları üçün verilib, Siz isə onları cibinizə qoyursunuz. Nəticədə nə alınır? Belə çıxır ki, 15 ildən çoxdur Siz mənim obyektlərimdən gələn gəlirləri qanunsuz olaraq mənimsəyirsiniz", - iş adamı şikayətlənir.

Son nəticədə, Levon Markosa qarşı cinayət işi qaldırılıb və o, beynəlxalq axtarışa verilib.

Lakin bir neçə il ərzində işin materiallarını öyrənmiş rusiyalı müstəntiqlər qərara gəliblər ki, iş adamının hərəkətlərində heç bir cinayət tərkibi yoxdur.

"Bu gün mənə müraciət edən bir çox həmvətənlərim ürək ağrısı ilə Ermənistanda törədilən qanunsuzluqlardan və özbaşınalıqdan danışırlar. Sizin qurduğunuz korrupsion-quldur sistem öz qara işini görməkdədir. Son illərdə sizin komandanız 34 iri erməni iş adamını talayıb. Artıq sınaqdan keçirilmiş sxemdən istifadə olunur: əvvəlcə adamlardan "Vətən naminə" böyük pullar alınır, sonra isə onlara qarşı iş düzüb-qoşulur ki, biznesdən və Ermənistandan qovulsunlar, "satılmış" obyektlər isə onlara xərclənən pullarla bərabər mənimsənilir. Həmin iş adamlarının başına Sizin, Robert Koçaryanın və Tiqran Sarkisyanın mənim başıma açdıqları oyunılar gətirilir.  Bax, beləcə Siz və sizə bənzərlər dilənçi Ermənistanda özünüzə çoxmilyardlıq varidat toplamısınız", - məktubda bildirilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM