İlham Əliyev – uğurlu lider, düşünülmüş strategiya

18:07 / 22.12.2017

Strategiya.az Trend-ə istinadən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzovun məqaləsini təqdim edir:

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Cənab İlham Əliyevin 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. Həmin il müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkədə sabit siyasi sistemin, çoxukladlı iqtisadi strukturun intensiv formalaşması ili oldu. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənmiş, ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb etmiş, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyevin siyasət məktəbinin layiqli yetirməsi olan İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda əsaslı yeniləşmələr olmuş, səmərəli intensiv islahatlar aparılmışdır. Həm 2008, həm də 2013-cü illərdə Azərbaycanda keçirilən prezident seçkilərinə xalqın, milli elitanın və beynəlxalq müşahidəçilərin verdiyi yüksək qiymət deyilənləri bir daha sübut edir. Prezident İlham Əliyev demişdir: "Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictmai-siyasi vəziyyətə müsbət təsir göstərir. Ona görə də siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə dövlətin üzərinə böyük vəzifələr düşür. Biz buna birlikdə nail olmalıyıq".

Ulu Öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərini yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən "sabitlikdən inkişafa doğru" ideyasıdır. Ölkə Prezidentinin əzmkar fəaliyyətini qeyd edərkən Ulu Öndərin bu müdrik sözləri yada düşür: "Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır". Hər bir Azərbaycan vətəndaşının bu ideyaya inamı sonsuzdur.

Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Prezidentin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz", - deyən Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev son illərdə cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini diqqət mərkəzində saxlamışdır. Məhkəmə, ədliyyə, polis və prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinə, habelə insan hüquqlarının etibarlı təminatına yönəlmiş yeni qanun və qərarlar qəbul edilmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, xüsusilə, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 16-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş referendumlar xalqın suveren hüququnu və azad siyasi iradəsini ifadə etməsinə maksimum imkan yaratmaqla demokratikləşmə prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Ümumxalq səsvermələrinin seçicilər tərəfindən ciddi şəkildə dəstəklənməsi və pozitiv nəticələrlə yekunlaşması isə ilk növbədə cəmiyyətin Heydər Əliyev ideallarına sədaqətinin, eləcə də ulu öndərin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf kursunu layiqincə davam etdirən cənab İlham Əliyevə sarsılmaz inamının bariz təcəssümüdür.

Dərin və universal böhrandan çıxaraq cəmi 20 il ərzində kosmik dövlətlər sırasına daxil olan, dünyanın ən mötəbər beynəlxalq forumlarına ev sahibliyi edən, qlobal kataklizmlərlə çalxalanan regionda multikulturalizmin qalasına çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edən müstəqil Azərbaycan bu gün hamımızın qürur mənbəyidir. Sadəcə son üç ayda baş verənlər bugünkü Azərbaycan reallığının ən bariz nümunəsidir. Belə ki, 2017-ci ilin 14 sentyabr tarixində “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ölkəmizin etibarlı və stabil inkişaf edən dövlət kimi bütün dünyada hüfuzunun yüksəlməsi, əhalimizin rifahının təminatı baxımından böyük strateji əhəmiyyət daşıyır. Habelə, cari ilin 30 oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycanın Avrasiyanın geosiyasi nəqliyyat mərkəzinə çevrilməsi yolunda atılmış ən mühüm addımdır. Milyondan artıq sərnişin, 17 milyon tondan artıq yük daşınması nəzərdə tutulan bu xətt həm də təcavüzkar Ermənistanın strateji blokadasını möhkəmləndirən mühüm iqtisadi-siyasi qələbədir.

Ümumilikdə, Avropa-Qafqaz-Asiya “Orta Dəhliz”inin mühüm halqasi olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa və Asiya ölkələri arasında ticarətin daha sürətli və daha əlverişli olmasına şərait yaratmaqla yanaşı, regiondakı bütün ölkələrin hərtərəfli iqtisadi inkişafına güclü təkan verəcək, regionun dünyada əhəmiyyətini daha da artıracaqdır. BTQ Avropa ilə Asiya arasında daşımalarda yekun bənd olaraq həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır və bu coğrafiyadakı xalqlar bundan sonra da uzun illər ərzində bu qlobal layihədən faydalanacaq, gələcək nəsillər onun bəhrəsini görəcəklər. Beləliklə, BTQ polad reyslərlə sadəcə qitələri birləşdirmir, eyni zamanda, Avrasiya xalqlarının dostluq və mehriban qonşuluq münasibətlərini daha da möhkəmləndirir.

Bu gün dünyada milli və dini zəmində baş verən qarşıdurmalar, axan nahaq qanlar, insanların bu münaqişələr ucbatından öz yurd-yuvasından didərgin düşməsi hamını, eləcə də bəşəriyyətin bir parçası olan xalqımızı narahat etməyə bilməz. O səbəbdən zərurət var ki, sahib olduğumuz tolerantlıq təcrübəmizi və multikulturalizm dəyərini bütün xalqlara aşılayaq və bu yolla dünyada sülhün və əmin-amanlığın bərqərar olmasına öz töhfəmizi verək. Məhz bu missiyanı həyata keçirmək məqsədilə ölkə başçısı cənab İlham Əliyev 2016-cı ili multukulturalizm, 2017-ci ili isə İslam həmrəyliyi ili elan etmiş, bu istiqamətdə ölkə daxilində və xaricdə məqsədyönlü işlərin aparılması üçün müvafiq göstərişlərini vermişdir. Eyni zamanda, bu sahədə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fədakar fəaliyyəti xüsusilə qeyd edilməlidir. Məhz onun rəhbərliyi ilə ardıcıl şəkildə sivilizasiyalararası dialoqun qurulması sahəsində dünyanın tanınmış elm və mədəniyyət xadimlərinin də iştirak etdiyi bir sıra mötəbər tədbirlərin, konfransların və beynəlxalq forumların Azərbaycanda keçirilməsinə nail olunmuşdur. Onların bir neçəsini xatırlatmaq yerinə düşərdi. 2007-ci ildə keçirilən “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və prespektivlər” mövzusunda beynəlxalq konfransı, 2009-cu ildə keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfransı, 2008-ci ildə keçirilən “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransı, 2009-cu ildə keçirilən “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda konfransı, 2010-cu ildə keçirilən Dünya Dini Liderlərin Bakı Sammiti, 2011-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2017-ci ildə keçirilən “Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda II Beynəlxalq Bakı Forumu və digər tədbirlər öz miqyas və əhəmiyyətinə görə, regional və qlobal əhəmiyyətli layihələrdir.

Yuxarıda sadalanan fikirlərdən bir daha aydın olur ki, dövrümüzün mühüm çağırışlarından olan multikulturalizmin Azərbaycanda tarixən formalaşmış zəngin ənənələri və möhkəm ictimai dayaqları mövcuddur. Qarşıda duran vəzifə bu hərtərəfli potensialı Azərbaycan dövlətçiliyinin inkişaf və tərəqqisinin vacib elementinə çevirmək, sahib olduğumuz təcrübəni regional və qlobal məkanda uğurla paylaşmaqdır.

Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistann təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatan və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini getdikcə daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur.

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan, milli maraqların müdafiəsi və təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 25 il ötür. Cənubi Qafqazın ən böyük partiyası olan YAP ötən müddət ərzində Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə kimi nüfuzunun daim artmasında mühüm rol oynamışdır. Bu möhtəşəm proses indi də davam edir. Prezident İlham Əliyevin rəhbərliyi altında YAP milli maraqların ifadəçisi kimi, Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verir, hər bir vətəndaşın siyasi və iqtisadi iradəsinin ən yüksək formada təmin olunmasına şərait yaradır. Bu gün əminliklə demək olar ki, yaradıcısı ümummilli lider olan YAP-ın fəaliyyətində Heydər Əliyevin ideya və arzuları ən ali səviyyədə həyata keçirilir.

Proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan YAP-ın cəmiyyətdə rolu və nüfuzu durmadan artır, ölkədə baş verən ictimai-siyasi proseslərə təsir imkanları getdikcə genişlənir. Bütün bu amillər heç şübhəsiz, partiyaya üzv axınını sürətləndirir. Belə ki, ötən dövr ərzində partiyanın sıraları kəmiyyətcə artmış, keyfiyyətcə yüksəlmişdir. Hazırda YAP-ın 701 mindən artıq üzvü var ki, onlar da cəmiyyətin ən müxtəlif sosial və demoqrafik qruplarını təmsil edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Bir daha demək istəyirəm ki, çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”.

Beləliklə, sadalanan məqamlar bir daha onu sübut edir ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş, hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında, onun möhkəm təməllərinin qoyulmasında görkəmli dövlət xadimi Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir və daim tariximizə qızıl hərflərlə yazılacaqdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM