Azərbaycanda yaşa görə əmək pensiyalarının hesablanması proseduru açıqlanıb.
Strategiya.az-ın APA-ya istinadən məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və bu gündən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb
Qaydaya əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Məsələn, qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır:
(27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat.
1 iyul 2017-ci il tarixdən etibarən qanuna edilmiş dəyişikliklərə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir. Məsələn, yuxarıdakı misaldakı sığortaolunanın 1 yanvar 2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının 1 yanvar 2017-ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.
İllər |
İstehlak qiymətləri indeksinin illik səviyyəsi |
İndeksləşdirmə nəzərə alınmaqla ilin əvvəlinə pensiya kapitalı |
2006 |
8,3 |
8415,0 |
2007 |
16,7 |
9113,4 |
2008 |
20,8 |
10635,4 |
2009 |
1,5 |
12847,6 |
2010 |
5,7 |
13040,3 |
2011 |
7,9 |
13783,6 |
2012 |
1,1 |
14872,5 |
2013 |
2,4 |
15036,1 |
2014 |
1,4 |
15396,9 |
2015 |
4,0 |
15612,5 |
2016 |
12,4 |
16237,0 |
2017 |
|
18250,4 |
Məsələn, 18 fevral 2018-ci il tarixdə 63 il 6 ay yaş həddi, 33 il 4 ay sığorta stajı (o cümlədən 29 il 5 ayı 01.01.2006-cı il tarixədək, 3 il 11 ayı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı günədək qazanmışdır) sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 22971,6 manat (o cümlədən 19522,36 manatı 01.01.2006-cı il tarixədək, 3449,24 manatı isə 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək qazanmışdır) pensiya kapitalı olan sığortaolunan kişinin yaşa görə əmək pensiyasının sığorta hissəsi bu Qaydalarda göstərilən SH= PSK/T düsturuna müvafiq olaraq 22971,6/144 = 159,53 manat məbləğində hesablanır.
Tutaq ki, 18 avqust 2017-ci il tarixdə 63 yaşı, 20 il 9 ay (o cümlədən 11 ili 01.01.2006-cı il tarixədək, 9 il 9 ayı isə 01.01.2006-cı il tarixdən sonra pensiya hüququnun yarandığı tarixədək) sosial sığorta stajı olan kişi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 18 fevral 2018-ci il tarixdə müraciət edir. Onun 01.01.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixə fərdi hesabının sığorta hissəsində 12000 manat pensiya kapitalı qeydə alınıb. Bu halda həmin sığortaolunanın 63 il 6 ay yaş həddinin tamam olduğu 18 fevral 2018-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.
Qaydalara uyğun olaraq qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 11 il ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan 3366 manat (11 il tam iş stajı x 306 manat=3366 manat) pensiya kapitalı indeksləşdirilərək 2017-ci ilin sonuna 7300,15 manat müəyyənləşdirilir (2017-ci ilin yekunlarına görə orta aylıq nominal aylıq əmək haqqının artım tempi əsasında indeksləşdirmə nəzərə alınmaqla bu məbləğ daha böyük olacaq). Beləliklə, müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış cəmi pensiya kapitalı 19300 manat təşkil edir. Bu Qaydalara uyğun olaraq yaşa görə əmək pensiyası aşağıdakı qaydada hesablanır:
19300 manat : 144 ay =134,03 manat.
Məsələn, 21 dekabr 2017-ci il tarixdə 60 yaşı tamam olan sığortaolunan kişi 1 dekabr 1992-ci il tarixdən 1 dekabr 2017-ci il tarixədək müxtəlif sahələrdə işləyərək ümumi 25 il sığorta stajı qazanıb. Eyni zamanda bu stajın 15 ilini Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən peşələrdə çalışıb.
O, güzəştli şərtlərlə yaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 dekabr 2017-ci il tarixdə müraciət edir. Qaydalara uyğun olaraq qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı il tarixədək 13 il 1 ay sığorta stajına uyğun pensiya kapitalı 8687,6 manat ((13 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 1 ay) =4003,5 manat, 01.01.2006-cı il tarixədək pensiya kapitalı üstəgəl 2006-2016-cı illərin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşirdirməklə = 8687,6 manat) təşkil edir. Həmçinin 1 yanvar 2006-cı il tarixdən 1 dekabr 2017-ci il tarixədək onan dövr üzrə fərdi hesabının sığorta hissəsində 23000 manat pensiya kapitalı qeydə alınıb. Beləliklə, müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış cəmi pensiya kapitalı 31687,6 manatdan (8687,6+23000=31687,6 manat) ibarət olur.
Qaydalara uyğun olaraq qanuna əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə pensiya yaşı arasındakı ayların sayı qədər artırıldığından, həmin şəxs üçün pensiya ödənişi müddəti aylarının sayı 186-ya (63 yaş 6 ay (Qanunun 7-ci maddəsi ilə həmin dövrə pensiya yaşı) çıxılsın 60 yaş (bu misal üzrə həmin şəxsin güzəştli şərtlərlə pensiyaya çıxma yaşı) =42 ay +144 ay = 186 ay) bərabərdir. Bu Qaydalara uyğun olaraq onun yaşa görə əmək pensiyasının sığorta hissəsi aşağıdakı qaydada hesablanır:
31687,6 manat : 186 ay =170,36 manat.
Beləliklə, həmin şəxsə hüququnun yarandığı 21 dekabr 2017-ci il tarixdən 170,36 manat məbləğində yaşa görə əmək pensiyası təyin ediləcək.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM