Nişanlısı Məleykə Əsədovanın başına oyun açıb - şok cinayət işi

10:02 / 18.06.2014

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Anar Məmməd oğlu Əhmədovun məhkəmə prosesi yekunlaşıb.

Strategiya.az-ın Virtualaz.org saytına istinadən məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçən prosesdə A.Əhmədov məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.


Əvvəllər məhkumluq həyatı yaşayan A.Əhmədov 2013-cü il, mayın 2-də tanışı Vəliyev Asif Nəbi oğlu ilə əlbir olaraq Ə.Haqverdiyev küçəsindəki valyutadəyişmə məntəqəsinin qarşısında dayanan Azər Həsənova məxsus “Hundai Sonata” markalı, 90 VX 014 nömrəli avtomobili izləyiblər. Onlar Badamdar qəsəbəsi, 24 saylı binanın qarşısında maşını saxlayan A.Həsənovun binaya daxil olmasından istifadə edərək avtomobilin qabaq şüşəsini sındırıb salonda olan 2500 manatı götürüblər.


Başlanğıcın “uğurlu” alındığını görən dostlar cəmisi iki gündən sonra növbəti əməliyyata baş vurublar. Eyni qayda ilə bu dəfə valyutadəyişmə məntəqəsinin qarşısındakı Fərid Abbasova məxsus “Audi Q-7” markalı, 10 VE 101 dövlət nömrə nişanlı avtomobili Novxanı bağlarına kimi izləyiblər. Avtomobil sahibinin maşını küçədə saxlayaraq bağ evinə daxil olduğunu görüncə fürsəti əldən verməyiblər. Dərhal avtomobilin sol qapısının şüşəsini sındıraraq 40000 dollar və 24000 manat pulu oğurlayaraq hadisə yerindən qaçıblar.
Bununla da A.Həsənov barəsində CM-in 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Hadisədən bir gün sonra A.Əhmədov həbs olunub. A.Vəliyev isə istintaqdan qaçıb gizləndiyindən barəsində axtarış elan olunub. Amma bu, o qədər də uzun sürməyib.


Cinayətin əsas təşkilatçısı və iştirakçısı olan Asif Vəliyev kimdir?


İstintaq materiallarında yazıldığına görə, əslən Qazax rayonunun Aşağı Əskipara kəndindən olan 1980-cı il təvəllüdlü Asif Vəliyev xalq artisti, aktrisa Məleykə Əsədovanın keçmiş nişanlısı olub. Özünü dindar, mömin iş  adamı kimi təqdim edən A.Vəliyev xalq artistini də asanlıqla aldatmağı bacarıb. Bu haqda bir qədər sonra...
Sözügedən cinayət hadisəsindın sonra A.Vəliyev barəsində beynəlxalq axtarış elan edilib. O, 2013-cü il, iyunun 23-də Gürcüstan Respublikasında saxlanılaraq Tiflis Şəhər Məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib. Azərbaycana ekstradisiya olunana qədər orada saxlanılıb.  2014-cü il, fevral ayının 11-də Azərbaycana gətirilib.


Aldadılanlar arasında dostlar da var


İstintaqla o da müəyyən olunub ki, A.Vəliyev 2011-ci ilin aprel ayında Abbas Kərimov adlı bir nəfərə Dövlət Neft Şirkətinə sürücü düzəldəcəyini vəd edərək onun 2300 manat pulunu mənimsəyib. Elə həmin ilin noyabr ayında Lalə Babayeva adlı qadına Türkiyədən avtomobil gətirəcəyini vəd edərək onun 8000 manatını dələduzluq yolu ilə mənimsəyib.


Təqsirləndirilən şəxs qismində dindirilən A.Əhmədov istintaqa ifadəsində Asif Vəliyevlə dost olduqlarını göstərib: “Asiflə həm tanışıq, həm də qonşuyuq. Ötən il may ayının 2-də Asifin xahişi ilə idarə etdiyim taksi ilə onların evinin qarşısına gəldim. Asif maşına əyləşəndən sonra dedi ki, bir nəfər var, hər gün “Kaspar” xəstəxanası ilə üzbəüz valyutadəyişmə məntəqəsində pul dəyişir, əlindəki sellofan torbanı da özü ilə Badamdardakı ofisə gətirir. Həmin şəxsi izləməyi, pulunu götürməyi, sonra yarı bölməyimizi təklif etdi. Razılaşdım.
Asifin dediyi yerə gəldik. Avtomobil sahibini izlədik, həmin şəxs maşından düşüb binaya girən kimi Asif maşının şüşəsini sındırıb pulları götürdü.


Yolda pulları saydı, 25 ədəd yüzlük idi. Asif mənə “bu pulun yarısını sənə verə bilməyəcəm, bir dost kimi məni bağışla, çünkü qumarda uduzmuşam, pulları həmin şəxsə verməliyəm” dedi. Cavab verməyə söz tapmadım. Asif maşından düşüb uzaqlaşdı”.


Xalq artistinə olan xeyli borc, dələduzluq, həbsxana həyatı...


A.Əhmədovun istintaqa ifadəsindən: “Asif Vəliyev xalq artisti Məleykə Əsədova ilə 2012-ci ilin əvvəlində tanış olmuşdu, hətta onun evinə köçərək orada yaşayırdı. Asif özünü ona imkanlı iş adamı kimi təqdim etmişdi. Hətta iş qurmaq, biznes adı ilə ondan 400 min manat borc da almışdı. Məleykənin tapşırığı ilə Asif 200 min manatı mənimlə birlikdə “Texnikabank”dan götürmüşdü.


Bir müddət sonra Məleykə Asifin evli olduğunu, onu aldatdığını bildi və pullarını geri tələb etməyə başladı. Həmin vaxt -  2012-ci ilin avqust ayında Asif dələduzluğa görə Yasamal Rayon Polis İdarəsi tərəfindən tutulmuşdu. 2013-cü ilin fevralında həbsdən çıxmışdı. Məleykə də yenidən ondan pullarını tələb edirdi. Asif mənin yanımda olarkən dəfələrlə zəng vurub pulunu istəyirdi.


Mayın 4-də Asif dedi ki, həm Məleykəyə, həm də başqalarına külli miqdarda borcu var. “Gəl yenə də valyutadəyişmə məntəqəsini güdək, maşınlardan oğurluq edək” deyə təklif etdi.
Yenə də razılaşdım, “Kaspar” xəstəxanasının yanına gələrək maşını orada saxladım”.
“Burdan getməsəniz, sizi yox elətdirəcək”


A.Əhmədovun istintaqa ifadəsindən: “Bu vaxt Məleykənin “Volksvagen” markalı avtomaşınının gözəlllik salonunun qarşısında dayandığını gördük. Asif dedi ki, sürücü telefon nömrəsini dəyişib, get yaxınlaş, nömrəni al.


Sürücüyə yaxınlaşıb nömrəni istədim. Sürücü isə “Məleykə xanım kiməsə nömrə verməyi qadağan edib” dedi. Qayıdıb gəldim və sürücünün dediklərini Asifə çatdırdım.


Elə bu zaman Məleykənin mühafizəçisi olan Kəmalə adlə qadın maşınımın arxa qapısını açıb oturdu. Üzünü Asifə tutub “Məleykə səni içəridən səni görüb hirsləndi, burdan çıxıb getməsəniz, başınıza oyun açıb sizi yox elətdirəcək” dedi.


Asif də Kəmaləyə cavabında Məleykəni güdmədiyini, başqa iş dalınca gəldiyini, adam gözlədiyini dedi. Kəmalə “sən bilirsən ki, Məleykə sabah İrana əməliyyata uçur, səsi batıb, səndən pul gözləyir” dedi. Asif ona “narahat olma, axşama pulu çatdıracam” dedi. Bundan sonra Kəmalə düşüb salona getdi”.

“O boyda puldan mənə çatan cəmi 50 manat oldu”


A.Əhmədovun istintaqa ifadəsindən: “Kəmalə gedəndən sonra Asif də maşından düşüb valyutadəyişmə məntəqəsinı getdi. Bir neçə dəqiqədən sonra geri qayıdıb “Audi Q-7”markalı maşını göstərdi, onun dalınca sürməyi tapşırdı.


Novxanı bağlarına kimi avtomobilin dalınca sürdüm. Avtomobilin sürücüsü maşını bağın qarşısında saxladı, içəri keçdi. Asif tez həmin maşına yaxınlaşdı, beş dəqiqədən sonra geri qayıdıb əlindəki torbanı maşına qoydu. “Tez ol sür, maşındakı pulları götürdüm” dedi.


Asifin təkidi ilə maşını Coratdakı “Kalyon” restoranına sürdüm. Ora çatanda Asifdən mənə çatacaq pulu istədim. O isə mənə cəmisi 50 manat uzadaraq “axşam görüşüb sənə çatacaq qazancı da verəcəm” dedi. Mən də razılaşdım. Həmin günü gecə yarısına kimi Asifi gözlədim. Gecə saatlarında polis işçiləri gəlib məni Abşeron RPİ-yə apardılar”.


Xalq artistinə vurulan maddi və mənəvi ziyan


İstintaq materiallarında A.Vəliyevin xalq artistinə özünü Dubaydan Azərbaycana mal gətirən mömin biznesmen, sabibkar kimi təqdim etməsi öz əksini tapıb. Xaricdən “Maseratti” və “Mercedes Viano” markalı avtomobillər gətirməsinə söz verib və buna görə də M.Əsədovadan külli miqdarda pul alıb.
Vaxt keçdikcə xalq artisti Asifdən maşınları tələb etsə də sonuncu cürbəcür bəhanələr gətirməklə onu aldadıb.
Aldadıldığını başa düşən M.Əsədova pullarını geri istəyib. Bu dəfə Asif növbəti yalana əl atıb. “Maşınların pullarını mənə atıblar” deyib.


Asif köhnə vəziyyətdə bir “Maseratti” gətirərək Məleykə Əsədovaya verir və öz puluna aldığını söyləyir. Amma çox keçmir ki, bu yalanın da üstü açılır. Məlum olur ki, avtomobil kreditdədir və banka külli miqdarda borcu var.
İstintaq materiallarına görə, bunları bilən xalq artisti Asiflə münasibəti birdəfəlik kəsir. Hətta üzləşdiyi bu hadisələrə görə onun səhhətində nasazlıq yaranır, əsəbləri pozulur, ürəyində, səs tellərində problemlər əmələ gəlir. Uzun müddət Moskvada və İranda müalicə alır...


Qeyd edək ki, CM-in 177.3.2, 178.3.2-ci maddələri ilə ittiham olunan  A.Vəliyev barəsində istintaq yekunlaşmaq üzrədir. Bu cinayət işi üzrə yaxın günlərdə məhkəmə prosesinin başlanacağı gözlənilir.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM