Baş Dövlət Yol polisi İdarəsi KİV-də yayılan “Sürücüyə yazılmış 0.00 manatlıq protokol” materialı ilə əlaqədar açıqlama verib.
Strategiya.az xəbər verir ki, idarənin şöbə rəisi Kamran Əliyev Avtosfer.az-a bildirib ki, həmin xəbərdə adı çəkilən Rufəddin Yunusovun son 3 ildə 6 qərarlı cəriməsi mövcuddur, lakin sürücü cərimələrlə əlaqədar olaraq bu günədək heç bir ödəniş etməyib.
Bu səbəbdən də sürücü haqqında İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilməsi üçün Quba rayon Məhkəməsinə göndərilib. Həmin maddənin tələblərinə görə, barəsində protokol yazılmış şəxs qanunvericilikdə nəzərdə tutulmuş cərimələri 3 aydan artıq müddət ərzində ödəmədiyi üçün onun sürücülük hüququ 6 aydən 1 ilə qədər məhdudlaşdırılmalıdır. Sözügedən maddədə isə heç bir cərimə məbləği nəzərdə tutulmadığı üçün SMS məlumatda 0.00 AZN göstərilib.
Kamran Əliyev onu da bildirib ki, sürücünün cərimə ödəmək məqsədi olsaydı bundan əvvəlki 6 cəriməsini ödəyərdi. “Yoxsa protokolda olan 0.00 AZN sözü ətrafında ajiotaj yaratmazdı ki, necə ödəyim?”
K.Əliyev sujetdə gedən ikinci sürücü – Rizvan Əsədullayevin iddasına da münasibət bildirib. “Sürücü avtomobilin nömrəsinin aydın görünməməsini bildirərək cərimənin özünə aid olub-olmaması barədə şübhələnir və guya Xaçmaz rayonu DYP bölməsində olduğu zaman həmin protokolun texniki yanlışlıq səbəbindən ona yazıldığı deyilib. Bildirmək istəyirik ki, qeyd edilən protokol məhz həmin sürücüyə aiddir. Bunu "asanpay.az" və ya "e-xidmet.mia.gov.az" portallarındakı elektron kabinetdə asanlıqla yoxlaya bilər. Ola bilsin ki, kağız daşıyıcıya çıxarılan zaman nömrə solğun düşsün. Amma kompyüter monitorlarında bu aydın şəkildə görünür. Əgər bu sürücünün də cəriməni ödəmək marağı olsaydı o zaman o da məsələni efir vasitəsi ilə deyil, özü rahat şəkildə araşdıra bilərdi. Ümumiyyətlə bütün hərəkət iştirakçılarına tövsiyə edirik ki, qeyd olunan portallarda öz şəxsiyyət vəsiqələri ilə qeydiyyatdan keçsinlər ki, yol verdikləri hər hansı bir qayda pozuntusuna görə həm SMS məlumat ala bilsinlər, həm də barələrində tərtib edilmiş protokolla, eləcə də xəta ilə bağlı fotoşəkillərlə tanış olmaq imkanları olsun”.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM