Azərbaycanlı “Cəsur ürək”lə müsahibə - Fotolar (VİDEO)

11:34 / 26.12.2017

  

Müsahibimiz Qaydasız döyüş üzrə (MMA) 6 qat dünya çempionu, kimboks üzrə Dünya ikincisi Muradov Cumarin Etibar oğludur.  Muradov Cumarin  1989-cu il sentyabr ayının 25-də Füzuli rayonunun Şıxlı kəndində anadan olub. Qaradağ rayonu Lökbatan qəsəbəsində 106 saylı orta məktəbə təhsil alıb.



- Cumarin, öncə dəvətimizi qəbul edib redaksiyamıza gəldiyiniz üçün Sizə öz təşəkkürümüzü bildiririk. İstərdik ki, əvvəldən başlayaq. İdmana ilk gəlişinizi necə xatırlayırsınız?

- Sualınıza cavab vermədən öncə diqqətinizə görə, Strategiya.az saytının kollektivinə təşəkkürümü bildirirəm. Bilirsiniz ki, bu gün xüsusi bir gündür. Cənab Prezidentimizin ad günüdür. Bu münasibətlə saytınız vasitəsilə Cənab Prezidentimiz İlham Əliyevi ürəkdən təbrik edirəm, Prezidentimizə fəaliyyətində bol-bol uğurlar arzulayıram. Danılmaz fakdır ki, məhz Prezident İlham Əliyevin qayğısı nəticəsində Azərbaycan idmançıları mötəbər beynəlxalq yarışlarda vətənimizi layiqli şəkildə təmsil edir, onun bayrağını dalğalandırır, himnini səsləndirirlər.   

Sualınızla bağlı bildirmək istəyirəm ki, mən idmana 6 yaşımda gəlmişəm. İdmanın kontakt karate növü ilə məşğul olmuşam. Beynəlxalq dərəcəli II –dan qara kəmər sahibiyəm.  Qeyd etmək istəyirəm ki, atam idmançı olub və mənim bu idman növünü seçməkdə onun xüsusi rolu olub. Mən muəllimlərim olan Nizami Həsənov və Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərovun  adlarını xüsusi qeyd etmək istəyirəm. Onların  əldə etdiyim nailiyyətlərdə əməkləri cox böyükdür.

-         Cumarin, çox görüşlər keçirmisən. Ancaq hər bir idmançının yaddaşından silinməyən xüsusi bir qarşılaşması olur. Sənin də belə bir qarşılaşman olubmu?

- Çox doğru qeyd etdiniz. Sualınıza cavab olaraq düşünmədən  2010-cu ildə Macarıstanın Egel şəhərində final döyüşündə erməni idmançısı ilə qarşılaşmamı qeyd etmək istəyirəm.  Çətin döyüş idi, ancaq gərgin məşqlər və özümə olan inamım özünü göstərdi. Final döyüşündə sındırıcı fəndlə tam qələbə qazandım.

 

 

-         Başqa hansı görüşləri qeyd etmək istərdiniz?  

 

-          İlk dəfə 2010-cu ildə Fransada keçirilən çempionatda dünya çempionu olmuşam. Sonra Rusiyada, Gürcüstanda, İranda qələbələrim olub. Elə yarışlar da olub ki, iki idman növü üzrə vuruşmuşam. Biri var full kontakt, yəni yüngül növ. Bir də var tam kontakt- yəni MMA qaydasında. Hər iki növ üzrə özümü sınamışam və ciddi nailiyyətlərim olub.  Bizim idman növü üzrə sonuncu Dünya çempionatı 2017-ci ildə İstanbulda keçirildi. Bu çempionatda 26 dövlətin idmançısı iştirak edirdi. Bu yarışa Azərbaycandan 20 nəfər qatılmışdı. 6 nəfər isə Əlbəyaxa Döyüş nümayəndəliyi adından iştirak edirdi. Yarışda çox gözəl nəticə əldə etdik, 5 qızıl medal. Burada mən MMA (qaydasız döyüş) vuruşmağımla yanaşı, kimboks üzrə də döyüşdüm. Kimboks üzrə Dünya ikincisi oldum. Əsas rəqiblərim Rus, İran və Türk idmançıları oldu. Finalda rus idmançısı ilə görüşdüm. Sındırıcı fəndlə 50 saniyəyə tam qələbə qazandım.

 

 

-         Cumarin, oxucularımıza hazırkı fəaliyyətinlə bağlı məlumat verməyinizi xahiş edirəm.  

17 yaşından məşqçi kimi fəaliyyət göstərmək hüququ əldə etmişəm .Hazırda “Uğur”  İdman Klubuna rəhbərlik edirəm.  “Uğur”  İdman Klubunu rəsmi qeydiyyatdan keçirmişik və hazırda coxsaylı tələbələrimiz var. Klubumuzda köməkçi müəllimlər də fəaliyyət göstərir.  Cavid, Rauf, Elzamin kimi müəllimlərin adlarını qeyd etmək istəyirəm. Bu müəllimlər idman klubumuzun inkişafında, gənc nəsil idmanşıların yetişməsində öz əməklərini əsirgəmirlər. Nəcəfzadə Taleh, Vəliyev Rəşadət kimi dünya cempionu olan tələbələrimiz var.  

 

 

-         Sizə dostlarınız arasında “Cəsur ürək” deyirlər. Buna münasibətiniz?

-         Bilirsiniz, heç bir peşəkar idmançı özü haqqında yüksək fikir söyləməz. Bizim vəzifəmiz dünyada vətənimizi layiqli şəkildə təmsil etmək, onun adını yüksəklərə qaldırmaqdır. Əgər bizə dəyər verənlər  arasında belə bir ad qazanmışıqsa, buna ancaq sevinmək olar.

 

 

Müsahibəni aldı: İsmayıl Qasımov

  


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM