Dekabrın 15-də mərkəz sağçı Avstriya Xalq Partiyası (ÖVP) və ifrat sağçı Avstriya Azadlıq Partiyası (FPÖ) iki aya yaxın davam edən danışıqları yekunlaşdıraraq koalisiya qurmaq barədə razılığa gəldilər. Xatırladaq ki, oktyabrın 15-də keçirilən parlament seçkilərində ÖVP səslərin 32%-ni toplayaraq parlamentdə 183 yerdən 62-i, FPÖ isə 26% səslə yerlərin 51-i qazana bilmişdir. Tərəflər arasında danışıqlar nəticəsində ÖVP sədri Sebastian Kurts federal kansler, FPÖ lideri Haynts-Kristian Ştraxe isə vitse-kansler vəzifəsinə yiyələnmişdir. Bundan əlavə, razılaşmaya əsasən xarici işlər, milli təhlükəsizlik və müdafiə məsələlərinə nəzarət də hökumət daxilində FPÖ üzvlərinə həvalə olunmuşdur. Bununla da Avstriya hazırda ifrat sağçıların hakimiyyətdə olduğu yeganə Avropa ölkəsi olmuşdur.
Keçmiş SS zabitləri tərəfindən əsası qoyulan ifrat sağçı FPÖ-un seçkilərdəki uğuru partiyanın miqrasiya ilə bağlı tutduğu mövqeyi ilə bilavasitə bağlıdır. Miqrant və qaçqınlarla bağlı sərt siyasət tərəfdarı olan FPÖ bu siyasətlə bir çox avstriyalının damarını tuta bilmişdir. Belə ki, Avstriya 2015-2016-cı illərdə Avropada yaşanan qaçqın böhranından ən çox təsirlənən ölkələrdən biri olmuşdur. Avstriya Balkanlardan Almaniyaya üz tutan yüz minlərlə qaçqın üçün tranzit ölkə olmaqla yanaşı, həm də sığınacaq üçün ən çox müraciət etdikləri dövlətlərdən biri olmuşdur. Miqrantların kütləvi axını digər Avropa ölkələrində olduğu kimi Avstriyada da güclü narazılıq yaratmışdır ki, bu narazılıq özünü anti-immiqrant ifrat sağçılara verilən səslərin kəskin şəkildə artmasında göstərmişdir. Qeyd etmək lazımdır ki, həm Ştraxe, həm də Sebastian Kurts miqrantların sayının azaldılacağına, miqrantların sosial xidmətlərə çıxışının məhdudlaşdırılacağına, Avstriya cəmiyyətinə inteqrasiya olmaq istəməyən miqrantlara qarşı sanksiyaların tətbiq olunacağına və ölkədə paralel cəmiyyətlərin yaranmasına imkan verilməyəcəyinə söz veriblər. Bundan əlavə, yeni hökumət qaçqınlara ayrılan sosial yardımın kəskin şəkildə azaldılmasını və sığınacaqla bağlı ərizəsi rədd olunan qaçqınların deportasiya prosesinin sürətləndirilməsini planlaşdırır.
Hazırkı koalisiya ÖVP və FPÖ arasında qurulan ilk hakimiyyət ortaqlığı deyil. Lakin birinci koalisiya FPÖ üçün heç də uğurlu olmamışdır. Belə ki, 1999-cu il parlament seçkilərindən sonra ÖVP və FPÖ arasında formalaşan koalisiya o zaman Avropa İttifaqı tərəfindən kəskin şəkildə tənqid edilmiş, buna görə Avstriya hökumətinə qarşı Aİ tərəfindən sanksiyalar tətbiq olunmuş və diplomatik münasibətlər məhdudlaşdırılmışdı. O zaman həm Aİ-in təzyiqi, həm də FPÖ daxilində gedən çəkişmələr bu koalisiyanın qısa zamanda dağılmasına səbəb olmuşdu. Lakin hazırkı koalisiyanın eyni şəkildə dağılacağına ehtimal azdır. Bir tərəfdən, bu gün FPÖ daha monolit və dövlət idarəçiliyində daha çox təcrübəsi olan bir partiyadır. Digər tərəfdən isə o zamandan fərqli olaraq bu gün Avropa İttifaqında siyasi vəziyyət tamamilə fərqlidir.
Avropa İttifaqının ÖVP-FPÖ koalisiyası ilə bağlı yumşaq mövqe tutmasının bir neçə səbəbi var. Birincisi, bu gün Kataloniya, Brekzit və kütləvi miqrant axınları kimi kəskin problemlərlə üzləşən Aİ üçün ÖVP-FPÖ koalisiyası sadəcə prioritet məsələ deyil. İkincisi, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə, xüsusilə Polşa ilə münasibətlərinin pisləşməsi fonunda, Avstriyanı da özündən uzaqlaşdırmaqla onu Vışeqrad qrupu (Çexiya, Macarıstan, Polşa, Slovakiya) ölkələrinə tərəf meylləndirmək istəmir. Təsadüfi deyil ki, ÖVP-FPÖ koalisiyasının qurulmasını Avstriya Sosial Demokratik fraksiyasının sədr müavini zarafatla "Avstriya-Macarıstan [imperiyası] geri qayıdır'' deyə şərh edib. Avropa İttifaqının miqrasiya siyasətinə skeptik yanaşan bu ölkələrin Aİ daxilində bir blokda birləşməsi hazırda rəsmi Brüsselin maraqlarına cavab vermir. Avropa İttifaqının ÖVP-FPÖ koalisiyasına qarşı yumşaq davranmasında rol oynayan üçüncü amil isə Sebastian Kurtsun Xalq Partiyasının Aİ-nin aparıcı siyasi institutlarına nəzarət edən Avropa Xalq Partiyasının (EPP) üzvü olmasıdır. Belə ki, Avropa Parlamentinin (Antonio Tayani), Avropa Komissiyasının (Jan-Klod Yunkers) və Avropa Şurasının (European Council, EU; Donald Tusk) prezidentləri EPP üzvləridir. ÖVP üzvlərinin Avropa Parlamentindəki səslərinə ehtiyacı olan EPP bu səbəbdən Sebastian Kurtsla ifrat sağçılar üstündə münasibətləri korlamaq istəmir.
Bu çərçivədə, Avropa İttifaqının Macarıstana və Polşaya qarşı fərqli münasibəti də EPP-in məsələyə baxışı ilə bağlıdır. Polşanın hakim Qanun və Ədalət Partiyası (PiS) EPP-yə rəqib olan Avroskeptik Avropa Mühafizəkarları və İslahatçıları (ECR) fraksiyasının üzvü olması Aİ-in Polşaya qarşı daha sərt davranmasında önəmli rol oynayır. Belə ki, Polşanın hakim partiyasının Macarıstanın Baş naziri Viktor Orbanın "Budapeşt modeli''ni izlədiklərini bildirsələr də, Aİ-nin Polşadan fərqli olaraq Macarıstanı cəzalandırmasından, Orban hökumətinə qarşı hər hansı sanksiyaların qəbul edilməsindən söhbət getmir. Bunun səbəbi isə Viktor Orbanın lideri olduğu Fides (Fidesz) partiyasının EPP üzvü olmasıdır. EPP Orbanla açıq konfliktə getməklə Fidesin EPP-dən ayrılmasını və rəqib ECR fraksiyasına qoşulmasını istəmir.
Yuxarıda qeyd edildiyi kimi, Avropa İttifaqının ÖVP-FPÖ koalisiyasına qarşı çıxmamasında da EPP-nin rolu böyükdür. Qeyd etmək lazımdır ki, FPÖ ilə bağlı təhlükə FPÖ-nun sadəcə anti-immiqrant partiya olmasında deyil, həm də qatı milliyyətçi bir partiya olmasındadır. Məsələn, Avstriyanın yeni koalisyon hökuməti artıq Şimali İtaliyada yaşayan almandilli etnik azlıqlara Avstriya vətəndaşlığını vermək niyyətində olduğunu bildirmişdir. Bu məsələnin gündəmə gətirilməsi ÖVP ilə aparılan koalisiya danışıqlarında FPÖ-nun irəli sürdüyü əsas şərtlərdən biri idi. Qeyd etmək lazımdır ki, almandilli əhalinin yaşadığı Cənubi Tirol regionu Birinci Dünya Müharibəsinin sonunda Avstriyadan alınaraq İtaliyaya verilmişdi. Cənubi Tirolun indiyə qədər İtaliya daxilində çox geniş muxtariyyətə malik olması separatizmin qarşısını ala bilmişdi, lakin Avstriyanın bu addımı, xüsusən Kataloniya böhranın davam etdiyi bir zamanda, regionda separatizmi yenidən alovlandıra biləcəyini istisna etmir. FPÖ bunu yalnız Avropa ölkələri arasında "əməkdaşlığı təşviq etmək'' məqsədi ilə etdiklərini iddia etsələr də, bu addımın necə Avropa ölkələri arasında inteqrasiyanı gücləndirəcəyi aydın deyil. Artıq italyan siyasətçilər Avstriya hökumətinin bu addımını tənqid edərək, bunun regiondakı etnik balansı poza biləcəyini bildiriblər.
Beləliklə, EPP-in təsiri ilə Aİ institutlarının Sebastian Kurtsla münasibətləri pisləşdirməmək strategiyası və FPÖ-nun Avstriya hökumətində iştirakına göz yumması Avropa İttifaqı üçün gələcəkdə mənfi nəticələrə gətirib çıxara bilər. Sonda qeyd etmək lazımdır ki, Ermənistanın qatı milliyyətçi hakim Respublikaçı partiyası da ideoloji cəhətdən ifrat sağ partiyalara yaxın olmasına baxmayaraq, 2012-ci ildən bəri EPP-nin üzvüdür.
Ayaz Rzayev,
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin məsləhətçi eksperti
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM