Transilvaniyanın dolanbac, çənli yolları, qalaları və orta əsrdən qalma qəsrləri Avropanın ən qaranlıq əfsanələri üçün səhnə rolunu oynayıb. Heç şübhəsiz ki, bu hekayələr arasında ən məşhuru qraf Drakuladır.
Ayağı Transilvaniyaya dəyməyən 19-cu əsr yazıçısı Bram Stoker, İngiltərənin Whitby Kitabxanasında tapdığı Vallaçiya və Moldaviya Knyazlıqları Haqqında (An Account of the Principalities of Wallachia and Moldavia) adlı kitabdan ilhamlanaraq bu strigoi-yini (latınca 'cadugər' və ya 'əcinnə' mənasını verən 'striga' sözündən götürülüb) yaradıb.
Kitabda türk işğalına qarşı mübarizə aparan tarixi hökmdar Vlad Tepes onun diqqətini çəkir. O, Drakuleşti sülaləsindən Vlad Drakulun oğlu olub. Bram Stoker-in qaniçən baş qəhrəmanı üçün də bu ad uğurlu seçim olur.
Hərçənd, Stoker-in Drakula obrazı bədii olub, Şərqi Avropa folklorunda qara ruhlar ənənəvi obrazlar idi və onları hürkütmək üçün sarımsaqdan istifadə edilərmiş.
Nəsildən-nəslə keçən vərdişlərə görə, sarımsaq insanları və evləri cinlərdən qoruduğu kimi, soyuq və öskürək kimi xəstəliklərin də əlacıdır.
İnanılırdı ki, strigoilər analardan və inəklərdən süd əmirlər (Stoker-in qaniçən vampirləri də buradan qaynaqlanır). Buna görə də Rumıniya kəndliləri mal-qaranın buynuzuna sarımsaq sürtərək, onları qorumağa çalışırdılar.
Folklordan əlavə, sarımsaq hər bir rumıniyalının ağız dadına uyğundur.
Bir gün Bran Qalasından 10 dəqiqə uzaqda yerləşən rumın restoranı Conacul Bratescu-da dostlarımla şam yeməyi yeyirdim. Biz mujdei-li alabalıq və polenta yeyirdik.
Yan masadakı bir qrup turist isə bizə maraqla baxırdılar. Mujedi su və günəbaxan yağı, bəzən isə qatıqla qarışdırılan əzilmiş sarımsaqdan hazırlanır.
Bir çox insanlar sarımsağı qoxusuna görə pəhrizlərindən çıxarsalar da, rumınlar bu bitkini sevirlər. Məsələ bu qədər sadədir: nə qədər çox olarsa, o qədər yaxşıdır.
"Onsuz yeməklərin dadı başqa olur," dostum Alexandru Pavelescu iddialı tərzdə deyir.
Masamıza daha iki böyük mujdei gətirilir və bunlar bir göz qırpımında bitir. Həm balıqla sous kimi, həm də çörəyin üzərinə yaxaraq yemək olar.
Steyk və başqa təamların əvəzedilməz dadvericisi kimi sarımsaq həmişə Rumıniyada geniş istehsal olunub. Botosani əyalətinin Copalau kəndinin 40%-dən artıq sakini bu ətirli bitkini əkib becərir.
Bu ucqar əyalətin torpağının keyfiyyəti, Copalau sarımsağını unikal etdiyi kimi, həm ölkə, həm də ölkədən kənarda ona məşhurluq qazandırıb. O dərəcədə ki, əyalətin rəsmiləri onu qorunan coğrafi məhsul kimi qeydə almaq istəyirlər.
Vətənində sarımsağın bu növü ciorbalara qatılır. Ciorba tərəvəz və ya ətdən hazırlanan şorba deməkdir. Ən məşhur şorbalar kimi ciorba de burta (iskəmbə şorbası) və ya toyuq ətindən hazırlanan daha yüngül versiyası ciorba radauteana adını çəkmək olar.
Rumıniya mətbəxinin əsas inqrediyenti olmasından savayı, sarımsaq sehrli bitki kimi də xalq içində məşhurlaşıb. Rumıniyanın əsas müqəddəsi sayılan Müqəddəs Andrey günü ərəfəsində, yəni noyabrın 29-u sarımsağın insanları strigoi və moroi-dan (ölən qohumların ruhu) qoruduğuna inanılır.
Bir növ Rumıniya Halloween-i sayılan bu bayramda ucqar ərazilərin əhalisi sarımsağı həm yeyir, həm də pəncərə və qapılarının künclərinə sürtərək özlərini qoruyurlar. Eyni məqsədlə asılan sarımsaq cərgələrini da görmək olar.
"Müalicəvi xüsusiyyətinə görə sarımsağa ritualist bitki kimi baxılır və onun qoruyucu gözqaytaran gücünə inanılır," Rumıniya Kənd Təsərrüfatı Muzeyindən etnoloq Ana İuga deyir.
Amma sarımsağın gücü bununla məhdudlaşmır. Rumıniyada sarımsaq bir çox antibiotiklərdən daha güclü (təbii) dərman hesab edilir.
Sarımsaq kəsilib və ya əzilərkən onda ayrılan alliçin adlı tərkib penisillin ilə eyni xüsusiyyətlərə malikdir. Yerkökü, soğan, kartof, cır kök və kərəvizlə bişirilən qızardılmış sarımsaq başı qripə qarşı əla vasitə hesab olunur.
Hələ də rumın nənələri sarımsağı qızardılmış çörək üzərinə sürtüb yeyirlər. Həm qəşəng dad verir, həm də xeyirlidir.
"Ənənələr və folklor rumın mədəniyyətində Xristianlıqdan əvvəl də böyük rol oynayıb," My Secret Romania layihəsinin həmtəsisçisi Gabriela Solomon deyir.
"Həyatın mühüm hadisələri sayılan doğum, evlilik və ölüm hələ də ən savadlı insanlar tərəfindən belə bir sıra rituallar əsasında həyata keçirilir. Sarımsaq isə onların arxasında dayanan leytmotivdir."
Sarımsağın sehrli gücünə olan milli inam əsasında artıq beşinci ildir ki, hər ilin sentyabrında Bargau dağlarının (şərqi Karpat) Tihuta keçidində Sarımsaq Festivalı keçirilir. Bura Transilvaniya ilə Bukovinanın qovuşduğu yerdir.
Festivalda sarımsaq tərkibli ənənəvi yeməklər təqdim olunur, sarımsaqdan çələnglər hörülür və sehrli şoular göstərilir.
Rumıniyada vampirlərin olub-olmadığını bilməsək də, sarımsağın rumın mətbəxi, təbabəti və folklorunda böyük yer tutduğuna əminik. \milli.az\
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM