ZƏNGƏZUR

12:28 / 09.01.2018

“1905.az” saytında bizim Zəngəzurdan, müqəddəs torpaqlarımızın Ermənistana verilməsindən danışdıq. Müzakirələrdə texnika elmləri doktoru, professor Ziyadxan Nəbibəyli, filologiya elmləri doktoru, professor Vilayət Əliyev, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa və araşdırmaçı Razim Əliyev iştirak edirdi.

 

Müzakirələri giriş sözü ilə “1905.az” portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev açdı: “Biz “1905.az” portalı olaraq işğal olunmuş ərazilərimiz, soydaşlarımızın deportasiyaları, atəşkəsə rəğmən davam edən müharibə ilə bağlı mövzuları daimi olaraq  diqqət mərkəzində saxlayırıq. Bu günkü mövzumuz Zəngəzurla bağlıdır. Əlbəttə, biz hamımız çox gözəl bilirik ki, Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır. Bunu o ərazilərin toponimikası, coğrafi yerləşməsi  və saysız-hesabsız  başqa məqamlar təsdiqləyir. Zəngəzurun tarixi, əhatə etdiyi ərazi, hansı şərtlər daxilində ermənilərin onu ələ keçirməsi ilə bağlı adi oxucu yetərincə məlumata malik deyil. Ona görə də bugünkü görüşdə həmin məsələləri müzakirə etmək istədik”.

 

“Zəngəzurun qısa tarixi və coğrafiyası” kitabının müəllifi, professor Ziyadxan Nəbibəyli Zəngəzurun inzibati-ərazi vahidi kimi tarixindən və əhatə etdiyi ərazi haqqında danışdı:Təəssüf ki, uzun illər Zəngəzurun tarixi, coğrafiyası, etnoqrafiyası Azərbaycan mütəxəssisləri tərəfindən öyrənilməyib, unudulub. Xüsusilə də XX əsrin əvvəllərində Zəngəzurun da İrəvan kimi ermənilərə “pay” verilməsi bu ərazini bizim üçün qapalı sahə etmişdi. Zəngəzur qəzası inzibati-ərazi vahidi kimi 25.02.1868-­ci ildə Yelizavetpol (Gəncə) quberniyasının yaranması ilə formalaşıb, ərazisinə indiki Sisyan (Qarakilsə), Gorus, Qafan, Mehri, Zəngilan, Qubadlı, Laçın bölgələri daxil idi. Bu doğma torpaqlarımızın xeyli hissəsi Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilərin hiyləsi, Rusiyanın köməkiliyi ilə alınıb, Ermənistana verilib. Zəngəzur tarixin bütün mərhələlərində azərbaycanlılara, Azərbaycan türklərinə məxsus yaşayış yeri olub. Bunu eramızdan əvvəlki mənbələrə və əsatirlərə əsaslanara söyləməyə haqqımız var.  Mənim fikrimcə, Zəngəzurun Azərbaycan torpağı olması ilə bağlı  xaricdə demirəm, amma Azərbaycanın özündə  insanların  ümumi məlumatı var. Amma xarici  ölkələrə,  xüsusilə Avropa, Amerika, Rusiyaya çıxarılmaq üçün lazım olan məlumatlar,  Zəngəzurla bağlı   olan yazılar məni qane etmir. Onların çatışmazlığı təqdimatla bağlıdır. Hər hansısa bir faktı elə deyə bilərsən ki, 5 dəqiqədən sonra yaddan çıxır, bir də  var   onu elə təqdim edərsən ki, insanın beynində iz buraxar, yaddaşlarda qalar”.

 

 

Professor Vilayət Əliyev Zəngəzurun tarixən başıbəlalı ərazi olduğunu qeyd etdi: “Ermənilər daim Zəngəzur ərazisindəki bir sıra tarixi abidələri süni surətdə saxtalaşdıraraq onları xristian kilsəsi, məbədi adlandırmaqla VII-X əsrlərdə bu diyarda guya ancaq ermənilərin yaşadıqlarını sübut etməyə cəhd ediblər. Ən qəribəsi budur ki, məbədlərin ermənilərə məxsus olmadığını bildikdən sonra da bunu etiraf etmək istəmir, əksinə, dövlət qoruğu səviyyəsində qeydiyyatdan keçirirlər. Zəngəzurun bütün toponomikasını erməniləşdirməyə nail olublar. Zəngəzur çox əhəmiyyətli bir bölgədir. Bu bölgəni ələ keçirməklə Ermənistan İranla özünə sərhədi təmin etdi. “Zəngəzurda qalan izimiz” kitabının müəllifiyəm, bu kitabı mənim valideyinlərimin, bütün dünyasını dəyişən Zəngəzur elinin, obasının insanlarının  ruhuna həsr etmişəm. Azərbaycan MEA-nın Tarix İnstitunda xüsusi bir şöbə bu bölgənin tarixini araşdırır. Amma təəssüf ki, indi Zəngəzurdan bizə heç nə qalmayıb. Zəngəzurda qalan izimiz oradakı cığırlarımız, xarabalıqlarımız və bir də qəbiristanlığımızdır.”.

 

 

Razim Əliyev daha çox Zəngəzurun Azərbaycana məxsus hissəsi ilə bağlı danışdı:”Zəngəzur elə bir zəngin diyardır ki, nə qədər yazsan, yenə də azdır. Amma alimlərimiz işləyir, tədqiqatlar aparırlar, arxeoloqlar vaxtilə işləyiblər,  kifayət qədər əldə materiallar var və  indi də o proses davam edir. Qubadlı, Laçın, Zəngilan  Şərqi  Zəngəzur adlanır,  əvvəl verilib Ermənistana,  sonradan  Nəriman Nərimanov  təkidlə   o rayonları qaytarmağa nail olub. Zəngəzurluların çoxu müharibə zamanı  yaxın rayonlara – Laçına,  Zəngilana, Qubadlıya  köçüblər. Ona görə də hesab edirəm ki, yalnız bütün Zəngəzurun deyil, həm də onun ayrı-ayrı bölgələrinin də tarixini dərindən araşdırmağa böyük ehtiyac var. Qubadlı rayon İcra Hakimiyyəti bir müddət öncə, Azərbaycan MEA Tarix İnsitutu qarşısında məsələ qaldıraraq, Qubadlı haqqında kitab yazmağın vacibliyini qabartdı. Akademik Yaqub Mahmudov başda olmaqla  komissiya yaradıldı və məni də komissiyaya daxil etdilər. Çap edilən kitabı biz bütün diaspora təşkilatlarımıza verdik. Üstəlik kitabın xarici dildə çap olunması da təmin edilib”.

 

 

Fuad Babayev bir sıra mənbələrdə Zəngəzurun ermənilərə verilməsində Nəriman Nərimanovun adının hallandırıldığını və bu məsələnin anatomiyası ilə maraqlandı.

 

 

Tarixçi alim Nazim Mustafa əvvəlcə tarixə ekskurs etdi: “İlk dəfə Zəngəzurun etnik  cəhətdən tərikibinin  dəyişməsinə cəhd ermənilər tərəfindən 1905-1906-cı  illərdə olub. O zaman Zəngəzurda olan  409  kənddən 92-sində ermənilər yaşayıb,  qalanında isə azərbaycanlılar. Onlar da sonradan Türkmənçay müqaviləsi ilə  köçürülüb gətirilən ermənilər  idi. Çünkü Zəngəzurun  yerli erməni əhalisi olmayıb.  Zəngəzurdakı yerli erməni deyilən əhali alban tayfalarının qalıqları idi.  Çarın fərmanı ilə 1836-cı ildə  alban kilsəsinin ləğvi və  Eçmiədzin   kilsəsinə  tabe edilməsindən sonra,   orada qriqoryanlaşdırma prosesi getdi,  əhalinin bir qismi müsalmanlaşdı, bir qismi də erməniləşdi. Martirosyan  adlı erməni müəllifinin “1905-1906-cı illərdə   Qafqazda  türk-erməni toqquşmaları kitabı” var, kitabın Zəngəzurla bağlı  hissəsində 409 kənddən yalnız 92-də ermənilərin yaşadığı qeyd olunur. Ermənilər Zəngəzurun ələ keçirilməsinə böyük əhəmiyyət verirdilər. 1918-ci ilin fevralında rus ordusu Türkiyədən geri çəkildikdən sonra Andronikin başçılığı ilə qaniçən erməni silahlı dəstələri   Şərqi Anadoluda qırğınlar törətməyə başladı. Qırğlnların qarşısını almağa gələn Kazım Qarabəkir Paşanın rəhbərlik etdiyi ordu Androniki Türkiyə ərazisindən çıxmağa məcbur etdi.  Tezliklə  Andronik öz başkəsənləri ilə Zəngəzurda peyda oldu. Zəngəzurun bir hissəsini tutmuşdu  və dəfələrlə Azərbaycan hökuməti ermənilərə qoşunlarını çəkməyi tələb etmişdi. Ermənistan hökuməti axırda belə bir bəyanat verdi ki, Andronikin qoşunları Ermənistan ordusuna tabe deyil, özbaşına fəaliyyət göstərir və onun Ermənistan dövlətinə aidiyyatı yoxdur. Buna görə də tədbir görə bilmirlər.  Halbuki onu  silahlandıran və istiqamətləndirən Ermənistan hökuməti idi. Nəhayət, Azərbaycanın Paris sülh konfransındakı nümayəndə heyəti məsələni belə qoydu ki, Azərbaycan və Ermənistanın sərhədləri  müəyyən edilənə qədər  Andronikin qoşunları Zəngəzurdan çıxsın. O zaman Böyük Britaniya  hökuməti  Qafqazın mandat sahibi idi  və general Tomsona təzyiq göstərildi ki, Andronik Zəngəzurdan çıxarılsın. 1919-cu ilin yayında  Andronik Zəngəzuru tərk etdi.  Andronikdən sonra Dro və Nijde Zəngəzuru ələ keçirdi.   Azərbaycan hökuməti Zəngəzuru azad etmək üçün əməliyyat keçirməliydi.   Azərbaycan ordusu Cavad Şıxlınski ilə  Davud bəy Yadigarovun komandanlığı altında Zəngəzura iki tərəfdən hücum edib, azad etməli idi. Lakin Davud bəy Yadigarovun dəstəsindəki anası gürcü olan bir zabiti ermənilər pulla ələ aldılar və xəyanət sayəsində bu hücum baş tutmadı.

 

 

Zəngəzurun Ermənistana verilməsi məsələsinə gəldikdə isə 1920-ci il noyabrın 29-da Ermənistanda Sovet hakimiyyəti quruldu.  Bakıda Bakı şəhər Partiya Komitəsi ilə İnqilab Komitəsinin birgə iclası keçirildi. Orada Nəriman Nərimanovun çıxışı var. N.Nərimanov çıxışında deyir: “Bizimlə Ermənistan arasında sərhəd məsələsi, mübahisə, münaqişə edilən bir məsələ qalmayıb və Dağlıq  Qarabağa öz müqəddaratını  müəyyən etmək hüququ verilsin. Dağlıq Qarabağ erməniləri Azərbaycanın və ya Ermənistanın tərkibinə qatılacaqlarını özləri müəyyən etsinlər”. Amma bir gün sonra Bakıda çıxan  “Kommunist”  və  “Bakınskiy raboçiy” qəzetlərində  ermənilər  yazdılar ki, Nəriman Nərimanov bəyanat verib ki, Naxçıvan və Zəngəzuru Ermənistan torpağı, onun ayrılmaz tərkib hissəsəsi hesab edir. Ayın 7-də isə İrəvanda çıxan qəzetlərdə bu məlumat dərc olunur.  Bu sözdür, yəni sənəd deyil əslində. N.Nərimanov bu sözü demiş olsaydı  belə,  bunun sənədlə imzalanması  gərəkirdi, lakin tərəflərin  qarşılıqlı iştirakı ilə imzalanan  sənəd  yoxdur. N.Nərimanov da deyirdi ki, ermənilər onun sözlərini  təhrif ediblər. Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi  məsələsi N.Nərimanovun çıxışında yoxdur. Ermənilər bu qəzet təhrifindən istifadə edərək Zəngəzuru, Naxçıvanı erməni torpağı hesab edirlər. Ermənistanda ilk sovet hakimiyyəti qurulan dövrdə də Zəngəzur Ermənistan torpağı deyildi. Yəni Ermənistanda yaradılan qəzaların içərisində Zəngəzur yoxdur. Yalnız sonradan Zəngəzur məsələsi həll ediləndə Ermənistan hökuməti  təklif etdi ki, Zəngəzur bir qəza kimi Ermənistana  daxil edilsin. Zəngəzurun 6.742  km2  ərazindən  3.105 km² Azərbaycan SSR tərkibində qalmış, ondan bir qədər çoxu  Ermənistana verilmişdi. Rusların çirkin bir xəyanət oyunu var burada. Ruslar Zəngəzur parçalanandan sonra onun statusu məsələsinə baxdılar. Zəngəzur o  zaman Yelizavetpol quberniyasının ən böyük qəzası idi, onun 4  nahiyəsini  Ermənistana verdilər, 3-ü Azərbaycanda qaldı.  Sonrakı proseslərdə  artıq azərbaycanlılar oradan deportasiya edildi  və ermənilər Zəngəzurun tamamilə işğalına nail oldular.

 

 

Hazırladı: Gündüz Nəsibov, 1905.az

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM