Goranboy rayon sakini, 1971-ci il təvəllüdlü S. İ. qısqanclıq zəminində arvadı S. İ-nı öldürməyə cəhd edib.
Strategiya.az bildirir ki, Teleqraf.com-un xəbərinə görə, hadisə 2013-cü il avqustun 16-da baş verib.
S. İ. həyat yoldaşı Sərfanə İsgəndərova ilə birlikdə E. B-in Göygöl rayonu Hacıməlik qəsəbəsində olan təsərrüfatında məskunlaşıblar. S. İ. E. B.-in təsərrüfatında çoban işləyib. O, arvadının E. B. ilə intim əlaqəsi olmasından şübhələnib.
S. İ. şübhələrini doğrultmaq üçün arvadını güdməyə başlayıb. O, bir neçə gün arvadını güdəndən sonra şübhələrinin doğrulduğunu görüb. Belə ki, arvadı E. B.-lə daim intim münasibətdə olub. Buna görə də o, E. B.-dən qısas almaq qərarına gəlib. O, E. B.-i öldürmək üçün imkan axtarıb.
Arvadını heyvanlar saxlanılan yerdə kişi ilə tutdu
Avqustun 16-da, gecə saat 01.00-da S. İ. yuxudan oyanıb və arvadını yanında görməyib. O, arvadını axtarmağa başlayıb. S. İ. arvadını heyvanlar üçün nəzərdə tutulmuş tikilidə E. B.-lə cinsi əlaqədə olan yerdə tutub. Bu zaman E. B. oradan qaçıb.
Eyvazın qaçdığını görən S. İ. arvadı ilə mübahisə edib. Arvadının ona xəyanəti azmış kimi mübahisə də etməsi Süleyman İsgəndərovu daha da əsəbləşdirib. O, arvadını öldürəmək qərarına gəlib. Bu məqsədlə ərzaq doğramaq üçün istifadə olunan bıçağı götürərək arvadına çoxsaylı zərbələr endirib.
Yaralı qadın necə xilas edildi?
Heyvan saxlanılan yataq avtomobil yolundan və yaşayış məntəqələrindən xeyli uzaqda yerləşib. Bu səbəbdən S. İ. S. İ.-ya heç kimin kömək etməyəcəyini, tibbi yardım göstərilməyəcəyini düşünüb və onun öləcəyinə əmin olub. O, yaralı arvadını heyvanlar üçün nəzərdə tutulmuş yataqda qoyaraq gedib.
Bir neçə saatdan sonra E. B. yatağa gələrək S. İ.-nı yaralı olduğunu görüb və onu xəstəxanaya aparıb. Xəstəxanada S. İ.-yə tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Bu səbəbdən də S. İ. cinayəti başa çatdıra bilməyib. O, Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib.
Arvadına qəsd edənə 6 il 9 ay iş verildi
S. İ. Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Sevindik Əzizovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə S. İ. 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
“Mənə şərti cəza təyin edilməlidir”
S. İ. hökmdən narazı qalıb. O, barəsində olan cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib. O, şikayətini belə əsaslandırıb ki, məhkəmənin hökmü qanunsuz, ədalətsiz və qeyri humanistdir: “Məhkəmə cəza təyin edərkən cinayəti törətdikdən sonra könüllü polis orqanına təslim olmağımı, əməlimdən peşman olmağımı, zərərçəkmiş şəxslə barışmağımı nəzərə almayıb. Himayəmdə azyaşlı övladlarım var. Yaşayış yerim üzrə müsbət xarakterizə olunmuşam. İlk dəfə məhkum olunmağım nəzərə almayıb. Odur ki, mənə şərti cəza təyin edilməlidir”.
S. İ.-un şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Bayramovun sədrliyi ilə keçirilən prosesdə S. İ. çıxış edib.
“Arvadımı öldürmək fikrim olmayıb”
Apelyasiya baxışı zamanı S. İ. şikayətinin dəlillərini tamamilə müdafiə edib. O, əlavə olaraq göstərib ki, arvadını heç vaxt öldürmək fikri olmayıb: “Əgər belə bir istəyim olsa idi, onun bədəninin başqa hissələrinə xəsarət yetirərdim. Sadəcə olaraq arvadım barəsində olan söhbətlərə son qoymaq istəmişəm. Həm də onu qorxutmaq istəmişəm. Hazırda əməlimdən peşmanam. Cinayəti törədən zaman əsəbi olmuşam, özümdə olmamışam. Baş verənlərə görə əsəbimə bhakim ola və özümü idarə edə bilməmişəm. Bir daha belə əməllərə yol verməyəcəm”.
Vəkil: “Onun arvadını öldürmək istəməsi təsdiq edilmir”
S. İ.-un vəkili Fuad İsgəndərov apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edib. O, Süleyman İsgəndərovun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edib.
Vəkil qeyd edib ki, S. İ.-un arvadını öldürmək istəməsi işin materialları ilə təsdiq edilmir: “Onun belə bir fikri olmayıb. Evdə ər-arvaddan başqa heç kim olmayıb, onları heç kim aralamyıb. Süleyman İsgəndərov arvadını bıçaqla vurandan sonra evdən gedib. Hətta bu barədə başqa adamlara da bildirib, özü təslim olub. Belə olan halda isə onun əməllərinin qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsi qanuni hesab edilə bilməz”.
Prosesdə çıxış edən prokuror Qalib Rizvanov apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb. O, deyib ki, apelyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsasın olmayıb.
Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərarı açıqlayıb. Qərara görə, S. İ.-un şikayəti təmin edilməyib.
- See more at: http://teleqraf.com//news/9825#sthash.XRG2CVbE.dpuf
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM