Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından istifadə vətəndaşlar üçün daha da rahatlaşıb: portalın dizayn və funksionallığı təkmilləşdirilib
Komitədən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövlət idarəetməsinin modernizasiyası, operativliyin artırılması, idarəetmədə yeni fəaliyyət üslubunun formalaşdırılması, xidmətlərə olan əlçatanlığın artırılması istiqamətində mühüm tapşırıqlar verilir. Bu tapşırıqlardan irəli gələrək Əmlak Məsələləri Dövlət Komitəsi də əhalinin ictimai xidmətlərdən istifadəsinin sadələşdirilməsi, şəffaflığın təmin olunması, xidmətlərdən real vaxt rejimində yararlanması yönündə mütəmadi yeniliklər tətbiq edir. Komitə fəaliyyət göstərdiyi sahələrdə avtomatlaşdırılmış xidmətlər şəbəkəsini genişləndirir. Daşınmaz əmlak idarəçiliyi ilə bağlı komitənin elektron xidmətlər portalının (e-emdk.gov.az) dizaynı və funksionallığı daha da təkmilləşdirilib. Portaldan istifadənin operativliyi artırılıb, rahatlığı təmin edilib, xidmətlərdən istifadə üsulları daha da sadələşdirilib.
Məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, müasir yanaşmaların tətbiqi, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsidir. Eyni zamanda əmlak idarəçiliyi sahəsində göstərilən xidmətlərin daha müasir və effektiv üsullarla elektron müstəviyə keçidinin tam təmin olunması da əsas vəzifələrdəndir.
Vətəndaş məmnunluğunu ön planda saxlayan Komitə əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayına görə seçilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda Komitənin fəaliyyət sahələri üzrə 37 elektron, o cümlədən 3 onlayn və 3 SMS xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitənin təqdim etdiyi elektron xidmətlər daşınmaz əmlak idarəçiliyinin müxtəlif seqmentlərini əhatə edir. Belə ki, elektron xidmətlərdən 24-ü daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-i isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 29-u interaktiv, 8-i isə informativ xidmətlərdir.
Daşınmaz əmlaka dair çıxarışların, Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi, elektron çıxarışın əldə olunması, xidmət haqqının ödənilməsi kimi interaktiv xidmət hesab olunan elektron xidmətlər vətəndaşlar tərəfindən daha çox istifadə edilir. Bundan başqa hərracların canlı izlənməsini təmin edən onlayn hərrac, kiçik müəssisələrin hərracda satışına dair sifarişlərin qəbulu kimi elektron xidmətlər ziyarətçilərin marağına səbəb olub.
İnformativ xidmətlərdən olan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi”, əldə etmək istənilən ərazidə evlərin təqribi bazar qiymətini müəyyən edən elektron xidmətlər də əhəmiyyətinə görə fərqlənir.
Qeyd edilməlidir ki, e-emdk.gov.az portalında əhalinin rahatlığını təmin edən 13 əsas bölmə istifadədir. Vətəndaşlar qanunvericilik bölməsinə daxil olmaqla bu sahədə mövcud olan qanunlarla, ölkə başçısı tərəfindən imzalanan fərman, sərəncamlarla, müvafiq icra hakimiyyəti orqanının qərarları ilə tanış ola bilərlər. Bu isə onların hansı hüquqlara sahib olduğunu bilməkdə köməklik göstərir.
Hər hansı bir xidmətin yerinə yetirilməsi üçün əvvəlcədən lazım olan sənədlərin müəyyən edilməsi, xidmətin məzmunun nədən ibarət olduğu kimi amilləri öyrənmək də mümkündür. Belə ki, istifadəçilər inzibati reqlamentlər bölməsinə keçid etməklə elektron xidmətlərin göstərilməsi üçün inzibati prosedurlar, onların hüquqi əsası, məzmunu ilə tanış ola bilərlər. Nəticədə onlar xidmətin növü, icra müddəti, lazımi üzrə ödəniş, xidməti göstərən qurumun adı haqqında ətraflı məlumat əldə edirlər.
Bundan başqa portalda xidmətlərin ərizə formalarının nümunələri də yer alıb. Belə ki, ziyarətçilər ərizə formaları bölməsinə daxil olmaqla dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, qeydiyyatla bağlı müvafiq ərizə formalarının nümunələri ilə tanış ola bilərlər. Bununla vətəndaşın ərizə formasını əldə etmək üçün müvafiq quruma gəlməsinə ehtiyac qalmır.
Vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də göstərilən xidmətlər üzrə tutulacaq dövlət rüsumunun və xidmət haqqı taarifinin məbləğinin müəyyənləşdirilməsidir. Komitə bu amili nəzərə alaraq elektron xidmətlər portalında (e-emdk.gov.az) yerinə yetiriləcək xidmətlər üçün tələb olunan dövlət rüsumu və xidmət haqqı tarifləri barədə ətraflı məlumat yerləşdirib. Dövlət rüsumu bölməsinə daxil olmaqla daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcələri, eyni zamanda dövlət rüsumundan azadolmalar barədə informasiya ilə tanış olmaq mümkündür. Qeyd edilməlidir ki, vətəndaşların daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat almaq imkanını təmin edən Əmlakın Qeydiyyatı Kalkulyatoru da istifadədir. Bununla onlar sənədləşdirmə üçün zəruri rüsum və xidmət haqqını öncədən öyrənməklə vaxtlarına qənaət edəcək. Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir.
İstifadəçilərin xidmətləri yerinə yetirmək üçün elektron xidmətlər bölməsinə keçid etməsi kifayətdir. Daxil olduqdan sonra isə lazım olan xidmət seçilir. Xidmətlərə elektron imza, Asan imza ilə daxil olmaq mümkündür.
Ziyarətçilərin portala keçid etməklə Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi elektron xidmətlərin statistikası ilə tanış olmaq imkanı da var. Belə ki, onlar ümumilikdə elektron xidmətlərdən istifadənin, eyni zamanda ərazi idarələri üzrə elektron müraciətlərin sayı barədəki statistik göstəricilərlə tanış ola bilərlər. Eyni zamanda elektron xidmətlərdən istifadənin sayında hər bir sahənin xüsusi çəkisi göstərilir. Həmçinin illər üzrə edilən elektron müraciətin sayında dinamikanın hansı səviyyədə olmasını müşahidə etmək mümkündür.
Vətəndaşlar xidmətlərin yerinə yetirilmə qaydasını bilmək istəyirlərsə istifadə qaydalarına daxil olmaları kifayətdir. Onlar bununla, fəaliyyət göstərən bütün elektron xidmətlərin istifadə üsülları haqqında ətraflı məlumat əldə edə bilər. Bu isə insanlarda xidmətlərdən necə istifadə edə bilərəm kimi əlavə sualların yaranmamasına imkan verir.
Portalda ictimai agahlıq, ictimai nəzarət prinsipləri də təmin olunub. Belə ki, vətəndaşlar müvafiq bölməyə daxil olmaqla rəy və təkliflərini komitəyə ünvanlaya bilərlər. Bu isə xidmətlərdə şəffaflığın artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə, ictimai fikrin müəyyənləşdirilməsinə şərait yaradır.
Qeyd edilməlidir ki, komitə vətəndaşın xidmətə deyil, xidmətin vətəndaşa çatdırılması məqsədilə cari ildə də elektron xidmətlərin sayını artıracaq.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM