Aqşin Yenisey: “3 ildi qızımı mənə göstərmirlər”

11:25 / 20.06.2014

"Amma dəfələrlə bura gələndə mənə deyib ki, zəng vur nəvəmi görməyə icazə versinlər"

Strategiya.az hazırda qaraciyərin serrozu diaqnozu ilə xəstəxanada yatan şair Aqşin Yeniseyin "Şərq" qəzetinə verdiyi müsahibəsini təqdim edir. 

Bir müddət əvvəl səhhətində ciddi problemlər yaşayan gənc şair Aqşin Yenisey üçün çətin günlər geridə qalıb. Qaraciyər serrozunu yenən şair artıq ciyərinin itirdiyi fəaliyyətini bərpa etdiyini deyib. Orqanizminin müalicəyə qarşı çox yaxşı reaksiya verdiyini vurğulayan şair səhhətində müsbətə doğru xeyli irəliləyiş olduğunu və gün keçdikcə özünü daha da yaxşı hiss etdiyini bildirib:

"Evə çıxmaq üçün həkimlərin qərarını gözləyirəm. Müalicəm davam edir, amma yüngülvari formada. Əvvəlki kimi şiddətli ağrılarım olmadığı üçün müalicəm də intensiv deyil. Sadəcə olaraq, orqanizmimdə çatışmayan cəhətlər var ki, onların bərpası ilə məşğulam. Artıq serroza qalib gəlmişəm. Qaraciyərim özü-özünü bərpa etməyə başlayıb. Vaxtı ilə ciyərimin böyük bir hissəsinə yığılan su tamamilə çəkilib. Üz-gözümü "boyayan” sarılıqdan əsər-əlamət qalmayıb. İlk gəldiyim gündə mənə diaqnoz qoyulan xəstəliklərin demək olar ki, 90 faizinin yaxşı mənada öhdəsindən gəlmişəm. Bir sözlə, budəfəlik "kəfəni yırtdım”.
 
- Əvvəlki müsahibələrinizdə səsiniz və ovqatınız xoş idi, amma Mirşahin Ağayevlə müsahibənizdə bir az əzgin və halsız görünürdünüz. Birdən-birə halınızın pisləşməsinə səbəb nə idi?
 
- Yox, elə bir ciddi problem yoxdur. Həmin gün əməliyyatdan yenicə çıxmışdım. Əslində mənə nəinki ekran qarşısında müsahibə vermək, heç danışmaq da olmazdı. Çünki boğazımdan mərkəzi vena damarına dərman köçürtmək üçün kateter deyilən vasitədən taxmışdılar. Keyidici iynənin təsiri keçdikdən sonra isə o, ağrı verir. Ona görə də, danışa bilmirdim. Sadəcə olaraq, əvvəlcədən Mirşahin Ağayevlə həmin günə görüş təyin etmişdim deyə, birtəhər özümü sıxıb danışdım. Halbuki, həmin vəziyyətdə mənə danışmaq olmazdı və uzun müddət uzanıqlı vəziyyətdə qalıb, istirahət etməli idim ki, yaranın ağrısı keçsin və orqanizmim özünü bərpa etsin. Amma həmin gün reanimasiyadan palataya köçürülməyimin üstündən heç yarım saat keçməmiş Mirşahin bəy gəldi. Mən də söz vermişdim deyə, müsahibə verməli oldum. Kəskin ağrılara rəğmən bacardığım qədər dözdüm. Amma onu deyim ki, həmin gün çox ağrı çəkdim. Hər söz deyəndə kateterin ağrısı başıma vururdu. Halsızlığımın səbəbi budur, yoxsa ki, orqanlarımda heç bir problem yoxdur. Sırf müsahibə ilə əməliyyat arasındakı vaxt çox qısa olduğu üçün ağır xəstə kimi görünmüşəm. Başqa heç nə.
 
- Müalicəniz nə qədər davam edəcək? Evə çıxmağınızla bağlı həkimlər nə deyir?
 
- Mənim xəstəxanadan çıxmağım həkimlərimin bir yerdə keçirəcəyi toplantıdan və orada əldə olunacaq qərardan asılı olacaq. Amma mənə deyilənə görə, burdan çıxandan sonra da iynə-dərman yazacaqlar, evdə müalicə almağa davam edəcəyəm. Hazırda ciddi problemim olmasa da, həkimlər hər şeyi bir-bir sınaqdan keçirirlər. Xəstəliyin yenidən qayıtma ehtimalının nə dərəcədə mümkün olub-olmadığını dəqiqləşdirməyə çalışırlar. Odur ki, hələ həkimlər "get” deyənə qədər buralıyam.
 
- Bir az şəxsi məsələ olsa da, mövqeyinizi bilmək istərdik. Mirşahin Ağayevə müsahibənizdə "bir oğlum var” deməyiniz və 4 yaşlı qızınız İzelin adını çəkməməyiniz sizin haqqınızda mənfi rəy yaratdı. "Aqşin qızından imtina edib” kimi sərlövhələr mətbuatın gündəminə gəldi...
 
- Mənim qızımdan imtina etməyim barədə deyilənlər doğru deyil. Sadəcə belə bir məsələ var ki, 3 ildi öz qızımı mənə göstərmirlər. Qızım hardadır, neyləyir, bunların heç birindən xəbərim yoxdu. Faktiki olaraq, bu uşağın mənlə heç bir əlaqəsi yoxdu, qızımla münasibət qurmağa nə qədər çalışsam da, süni şəkildə buna əngəllər törədilir. Qızımın 4 yaşı var, amma anam hələ də onu görməyib. Halbuki mən rayona gedəndə, ya da anam Bakıya gələndə dəfələrlə zəng vurub xahiş etmişəm ki, anam nəvəsini görmək istəyir. Amma hər dəfə bir bəhanə ilə uşağı məndən uzaq tutublar. İndi mən necə deyim ki, mənim qızım var. Qızım varsa, niyə yanımda deyil? Niyə 3 ildir onu görməyimə imkan vermirlər? Məhz bu səbəbdən demişəm ki, bir övladım var. Faktiki olaraq, yanımda olan odur. Mən çox konkret və səmimi adamam. Əgər mən qızımdan imtina edəsi olsam, bunu məhkəmə yolu ilə edərdim. Mətbuat vasitəsilə yox. Bir yaş yarımlığından öz qızımın üzünü görməmişəm. Məndən asılı olmayan səbəblərdən ona atalıq edə bilməmişəm. Hansı haqla "qızım var” deyə bilərəm?
 
- Amma qızınızın anası onun sizinlə görüşməsinə heç bir qadağa qoymadığını, əksinə, dəfələrlə sizi yaxınlaşdırmağa çalışdığını deyib: "Çox çalışdım ki, onları yaxınlaşdırım, onda atalıq hissini oyadım ki, övladım nakam böyüməsin. Özüm İzeli onun yanına apardım. İzelin artıq 4 yaşı tamam olub, amma Aqşinin anası hələ də uşağın üzünü görməyib. Qardaşları görüb, çünki mən aparmışam, tanış eləmişəm. Sonra gördüm təkidlə atalıq duyğusu oyatmaq olmaz. Özü uşağa maraq göstərmirdi...”
 
- Yox- yox! Mənim anam rayon adamıdır, görüşmək imkanları məhduddur. Amma dəfələrlə bura gələndə mənə deyib ki, zəng vur nəvəmi görməyə icazə versinlər. Hətta mənə rayondan da zəng edib ki, gələndə qızını da gətir, görək necədir, kimə oxşayır... Bir neçə dəfə rayona gedəndə zəng eləmişəm ki, 5-6 günlük kəndə gedirəm. Uşağı da aparım, nənəsi ilə, əmisi ilə görüşsün. Amma hər dəfəsində ya zəlzələdən, ya da vəlvələdən qızımla görüşümüz baş tutmayıb. Gah deyiblər xəstədi, gah da qohumlarımızgildədir deyiblər. Artıq hiss eləmişəm ki, qızımla mənim münasibət qurmağıma anası razı deyil. Sözün açığı, heç indiki vəziyyətdə o qızın məni görməyini istəmirəm də. Daha doğrusu, qızımın atasını belə görməsini istəmirəm. Sistem, iynələr qurtarandan sonra deyirəm ki, imkan varsa, gətirsinlər. Onun məni iynə vurulanda görməsini istəmirəm. 4 yaşlı qızımın 3 ildir üzünü görmədiyi, bəlkə də heç tanımadığı atasını yataqda, qulağında sistem "şunuru”, qarnında şlanq asılı vəziyyətdə görsün istəmirəm. Yenə deyirəm, ayağa qalxandan sonra imkan yaratsalar, görmək istəyərəm. Yox, əgər görüşdürməsələr də, neyləyim? Mən elə adam deyiləm ki, məhkəmələrdə uşaq üstündə çəkişəm. Ya da evlərinə gedib, dava edəm ki, qızımı mənə göstərin. Hər zaman hər şeyin mədəni və sivil qaydada həllinə çalışmışam. İllər öncə, Aysel xanım məhkəməyə ərizə verərək, mənimlə yaşamaq istəmədiyini bildirib. Mən də buna yetəri qədər humanist yanaşaraq, ərizəsində nə yazmışdısa, hamısı ilə razılaşdım və bizi boşadılar. 2010-11-ci ildən bəri bizim şəxsi münasibətlərimiz başa çatıb. Hər ikimiz müstəqil həyat sürmüşük. Ola bilsin, müsahibə zamanı emosional vəziyyətdə olub o, qızın adını çəkib, bir qız, bir oğlum var deməmişəm. Amma reallıq budur ki, mənim bir qızım, bir oğlum var. İkisi də mənim övladımdır. Oğlum mənim yanımdadır, amma qızımı məndən gizlədirlər axı! 
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM