Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib

22:06 / 13.01.2018

Yanvarın 13-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətindən  bildiriblər ki, iclasda çıxış edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov kollegiyanın cari fəaliyyəti ilə bağlı, xüsusilə hazırda vəkilliyə sənəd qəbulunun yekunları, o cümlədən iki minə yaxın namizədin vəkilliyə sənəd verməsi, qəbul imtahanının yanvarın 28-də keçiriləcəyi barədə məlumat verib. Qeyd olunub ki, imtahanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vəkillərin sayının artırılması ilə bağlı Vəkillər Kollegiyasına tövsiyəsi nəzərə alınmaqla ən qısa vaxt ərzində keçiriləcək.

Həmçinin Anar Bağırov imtahanın keçirilməsinə qısa müddətin qaldığını nəzərə alaraq, Vəkillərin İxtisas Komissiyasının üzvlərinin təyin olunmasını təklif edib. Vəkillər Kollegiyasının üzvlərindən Qəmizə Qəhrəmanova, Ramiz İbrahimov, Oktay Məhərrəmov, Mehman Sultanov və Fərid Həsənov Rəyasət Heyətinin qərarı ilə komissiyanın üzvləri təyin olunublar. Həmçinin ən qısa vaxt ərzində İxtisas Komissiyasının hakim və alim üzvlərinin təyin olunması ilə bağlı qanunvericiliyin tələbinə əsasən, Ali Məhkəmə və Ədliyyə Nazirliyinə müraciət olunması qərara alınıb.

İclasda baxılmış digər məsələlərdən biri də Vəkillər Kollegiyası üzvlərinin reyestrinin Ədliyyə Nazirliyinin notariat və qeydiyyat baş idarəsinə təqdim olunması idi. Bildirilib ki, hazırda notariat orqanları müvəkkillər tərəfindən vəkillərə verilən etibarnamələrin təsdiqi ilə bağlı vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi zamanı çətinliklərlə qarşılaşırlar. Çünki bir sıra hallarda vəkillər notariat orqanlarına bu kimi məsələlərlə bağlı müraciət edərkən onların üzərində səlahiyyətlərini təsdiq edən vəkil vəsiqələri olmaya bilir və ya hər hansı obyektiv səbəbdən vəkil öz vəsiqəsinin dəyişidirilməsi üçün Rəyasət Heyətinə müraciət etməli olur ki, belə olan halda vəkilin səlahiyyətini müəyyən etmək notariat orqanları üçün çətinlik yaradır. Məsələ ilə bağlı Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin cari reyestrinin notariat elektron sisteminə qoşulması üçün müvafiq məlumatların Ədliyyə Nazirliyinə təqdim olunması qərara alınıb.

Bundan başqa, uzun illərdir istifadə olunan, günün tələblərinə cavab verməyən vəkil qurumları və fərdi vəkillərin statistik hesabatlarının yeni nümunəsi təsdiq edilib, habelə vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin sorğularının göndərilməsinin daha da asanlaşlaşdırılması barədə qərar qəbul olunub.

İclas ərzində Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, uğurlu fəaliyyətinə görə bir qrup vəkil təltif olunub. Eyni zamanda, hüquq sahəsində uzun illər səmərəli fəaliyyətinə, Vəkillər Kollegiyası ilə əməkdaşlığa verdiyi töhfəyə və 70 illik yubileyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin hakimi, görkəmli hüquqşünas Rafael Qvaladze Rəyasət Heyətinin qərarı ilə “Vəkillər Kollegiyasının fəxri hüquq doktoru” adı ilə təltif olunub.

Həmçinin vaxtilə Vəkillər Kollegiyasına qəbulla bağlı imtahanları uğurla keçmiş, lakin əsas iş yerlərini tərk etmədiklərinə görə üzvlüyünə qəbuldan imtina olunmuş hüquqşünasların Vəkillər Kollegiyasının üzvlüyünə qəbul məsələsi müzakirə edilib və həmin şəxslər kollegiya üzvlüyünə qəbul olunub.

Sonda kollegiya üzvlüyünə yeni qəbul olunmuş vəkillərin andiçməsi keçirilib, əsas etibarilə gənclərdən ibarət olan yeni vəkillərə fəaliyyətlərində uğurlar arzulanıb, vəkil peşəsinin nüfuzunun daim yüksək tutmaları onlara tövsiyə olunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM