Şaxtalar qayıdır: Bəzi sürücülər yola çıxmamalıdır

09:00 / 14.01.2018

 

Yanvarın 13-də axşamdan başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib. Məlumatda bildilir ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəhbəri Anar Nəcəfli qarlı havada yollarda problemlərin qaçılmaz olduğunu bildirib: 

“AAY Dövlət Agentliyi tam olaraq qış fəslinə hazırdır: texnikalarımız hazır vəziyyətdədir. Bakı şəhəri üçün ümumi texnikanın sayı 600 yaxındır, respublika üzrə isə 1000 artıqdır. İstənilən qədər qum, duz ehtiyatımız var. Lakin qış fəslinə hazır olmağımıza baxmayaraq, yolda problem yaşana bilər. Qar fasiləsiz yağanda texnika onu təmizləyir, lakin yolu hissə-hissə təmizlədiyimiz üçün növbəti hissəyə keçdikcə əvvəlki yer yenidən qarla örtülür. 

Ümumiyyətlə, texnika yolda yarım metrdən hündür qarı təmizləmək üçün əlverişlidir. Asfalt üzərində 2-3 sm qar varsa, texnika onu götürə bilmir, beləcə, asfaltı ədələməli olur. Əgər avtomobil qış təkərləri ilə təhciz olunubsa, o, rahatlıqla 2-3 sm qarın üzərində hərəkət edə bilər”.

Anar Nəcəflinin sözlərinə görə, avtomobil sahibləri qışa hazırlıqlı olmalıdır:

“Sürücülərin də üzərinə məsuliyyət düşür. Onlar avtomobillərini fəslə uyğun olaraq qış şinləri və digər ləvazimatla təchiz etməlidirlər. Yay və dörd fəsil üçün nəzərdə tutulan şinlərlə avtomobil idarə edən şəxslər qarlı havada problemlər yaşaya bilərlər. Onun yaşadığı problemlər digər yol iştirakçılarına da mane törədəcək. Bu da tıxacla nəticələnəcək.

Havanın temperaturu 7 dərəcədən aşağı olanda sürücülər qış şinlərinə keçməlidirlər. Bizdə isə şinləri dəyişmirlər, yay şinləri ilə qarlı havada avtomobil idarə edirlər. Nəticəsində avtomobil sürüşür, buna görə günahə bizdə görürlər. Avtomobillərdə qış şinləri yoxdursa, qarlı havada yola çıxmasınlar”. 

Mətbuat katibi qeyd edib ki, qar yağanda ortaya çıxan problemlər təkcə bizim ölkə üçün xarakterik deyil. Eyni problemlər Avropa ölkələrində müşahidə olunur: 

“Qar yağan zaman hər hansı ərazidə problem yaranarsa, texnika cəlb edərək problemi aradan qaldıracağıq. Bakı şəhər İcra Hakimiyyəti və AADA yolun qardan təmizlənməsini təmin edəcək”. 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəsmisi qar yağarkən hansı yollara daha çox diqqət ayırdıqlarını açıqlayıb:

“Bakı dairəvi yolu nəzarətə götürülür. Xəbərdarlıq olan kimi texnika ora aparılır və hazır vəziyyətə gətirilir. Bakı-Sumqayıt yolu, hava limanı yolu, respublika üzrə isə bütün magistral yollar da nəzarətimizdədir”. 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda, o cümlədən Respublikanın bir sıra şəhər və rayonlarında gözlənilən yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sürücülərdən mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etmələri xahiş olunur. 

Onun sözlərinə görə, sürücülər havanın yağışlı və sulu qarlı olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır:

“Texniki cəhətdən nasaz olan, mövsümi qış şinləri ilə təchiz olunmamış avtomobillərin sahiblərindən, eləcə də, qarlı-buzlu havalarda nəqliyyat vasitəsini idarəetmə təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, avtomobillərdən mümkün qədər az istifadə etsinlər, yolu və meteoroloji şəraiti nəzərə alaraq düzgün hərəkət sürəti seçsinlər”.

Qeyd edək ki, avtomobillər üçün şinlər üçün növ olur: qış, yay və bütün mövsümlər üçün. Bu işin peşəkarları qışda qış şinlərindən, yayda isə yay şinlərindən istifadə etməyi məsləhət görürlər. Bütün mövsümlər üçün olan şinlərin universal protektorları olur və bu zaman çox şey protektorun naxışından və rezinin tərkibindən asılıdır. İqlimimiz yumşaq olduğuna görə bütün mövsüm üçün təkərlər, əlbəttə, sərfəli seçimdir. Amma unutmayaq  ki, qış mövsümündə havanın temperaturu müsbət beş dərəcədən aşağı düşərsə, mütləq qış şinlərindən istifadə edilməlidir.\oxu.az\


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM