Tofiq Kazımov - imzalı əfsanə

10:52 / 14.01.2018

Bu gün görkəmli rejissor Tofiq Kazımovun anadan olmasının 95-ci ildönümü tamam olur

 

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması onun adı ilə bağlıdır. Tofiq Kazımovun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb. Böyük sənətkarın səhnə həyatı verdiyi tamaşaların finalı özü bir tamaşa idi. Bu böyük sənətkarın adı hər zaman xalqımızın yaddaşında yaşayacaq.

Bu gün unudulmaz teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq Artisti Tofiq Kazımovun anadan olmasının 95-ci ildönümü tamam olur. AZƏRTAC bu münasibətlə rejissorun tələbəsi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilovun yazısını təqdim edir.

Ən yüksək estetik meyarlara cavab verən tamaşaların müəllifi, ədəbiyyatın, musiqinin, səhnə sənətinin mükəmməl bilicisi, xiridarı olan, yaradıcı şəxsiyyət taleyi ilə yanaşı, adi insan həyatı yaşayan müəllimim - Tofiq Kazımovun aqibəti barədə düşüncələrim bir zamanlar oxuduğum, qəribə hesab etdiyim fikirləri yadıma saldı: “Əcəl istedadlı bir insanın içərisində gizlənən imkan və bacarığını göstərməyinə macal verməyib, ömrünün ən çiçəklənən dövründə qəflətən onun həyatına son qoyduğu zaman ağıl istər-istəməz bunun səbəbində bir məna, ümumiləşdirmə axtarır. İçindəki əcəlin təsadüfi olmadığı inamını üstələmək mümkün deyil. Nə qədər fəndgir olsa da, əcəl düşüncəmiz üçün gizli olan qanunla baş verir. Əcəl bu dünyada öz əməli işini bitirən ruhla məxfi razılıqdan sonra gəlir”.

Bu sözlərin hikmətini düşündükcə, adamı qorxuya bənzər hislər bürüyür. Fikrin yırtıcı məntiqi nə qədər müdhiş təsir oyatsa da, həqiqəti sülhə doğru çəkir və barışıq labüdləşir. Bəli, onun faciəli sonu hər birimiz üçün gözlənilməz olsa da, təsəlli üçün də yer qalır.

Moskva teatr mühitində cilalanan estetik baxışları və yaradıcılıq potensialı T.Kazımovun milli səhnə sənətinin sabahına xidmət etmək ehtirasına qol-qanad verirdi. Ona elə gəlirdi ki, hərbçilərin təbirincə desək, “sursat var, platsdarm ixtiyarındadır, canlı qüvvə əmrə müntəzirdir” və qələbəyə aparan yol açıqdır. Ona elə gəlirdi ki, Allahın ona bəxş etdiyi istedad, qazandığı təcrübə, daxilində püskürən və onu böyük işlərə sövq edən bədii enerji, nəinki təkcə ona, hətta bir neçə ömrə bəs edər. O illərdə T.Kazımov özünü K.Stanislavski, V.Meyerhold, J.Vaxtanqov, A.Tahirov, A.Popov qədər qüdrətli sanır və onların bacarmadıqlarına milli səhnədə özünün nail olacağı zənni ilə yaşayırdı. Əslində bu, cavan rejissorun müştəbehliyi deyildi və o, düşündüklərini edə biləcək heyrətamiz istedada malik idi, amma necə deyərlər, “sən saydığını say, gör fələk nə sayır”. Fələk isə ona ümidlər və tərəddüdlərlə, təzyiqlər və tənələrlə, alqışlar və iztirab dolu bir yük hazırlamışdı. Elə bir yük ki, onu uzaq bir məsafəyə daşımaq üçün təkcə fitri istedad, yaxud milli mədəniyyət təəssübkeşliyi az idi. İlk bir neçə tamaşası ilə T.Kazımov təvazökarlıqla sözünü deyə bildi və diplomatların dili ilə desək, onu “tanıdılar”. Bu, cavan rejissorun tamaşa seçkisindən daha çox, tamaşaların onun üçün seçilməsi idi. İlk dövrlər o zaman teatrda mövcud olan ənənəvi münasibətlə barışmaqdan başqa yol görünmürdü. Çünki T.Kazımovun rejissor kimi çalışmağa başladığı teatrda A.İsgəndərovla yanaşı, bir neçə rejissor, o cümlədən M.Məmmədov, Ə.Şərifov və başqalarının çalışdığı məlum olsa da, bu teatr daha çox Adil İsgəndərovun teatrı idi. Burada demək olar ki, hər şey – repertuar tərtibindən tutmuş, rol bölgüsünə qədər, fərdi yaradıcılıq işindən başlamış məvacibə qədər, tamaşa sayından ayrı-ayrı aktyorların qrim otaqlarında yerləşdirilməsinə qədər bütün məsələlər məhz A. İsgəndərovun hökmü ilə həll edilirdi.

Tale onun üçün tarixi şərait yaratmışdı

Az bir zaman içərisində T.Kazımov vəziyyəti özü üçün aydınlaşdıra bildi. Kim bilir, bəlkə elə həmin illərdən başlayaraq düşüncəsində avantür planlar cızmağa başladı. Bu isə, nə az, nə çox, öz teatrını yaratmaq ideyası idi. Həmin dövrdə bunu reallaşdırmaq olduqca çətin idi, sonralar yaradıcılıq qayğıları, necə deyərlər, ona rahatlıq verməyən bu ideyadan uzun müddətə ayrılmış oldu. Daha sonralar isə mövcud vəziyyət əlverişli olmadığı üçün həmin ideya alovu tamamilə söndü. Yaradıcılıq qayğılarına aludə olan T.Kazımov teatr prosesinin biri digərindən az əhəmiyyətli olmayan əsas problemləri ilə üzləşdi. Həmin problemlərdən birincisi səhnə ədəbiyyatı idi. Doğrudur, artıq milli klassika kimi qəbul edilən əsərlər M.F.Axundzadə, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı kimi şəxsiyyətlərin simasında müqtədir müəlliflər məlum idi. Amma T.Kazımovun düşüncələrinin səhnədə təcəssümü, yeni teatr baxışı, estetik bədii ifadə prinsiplərinin tapılması cəhdləri üçün üzdə olan müəlliflər azlıq edirdi. Əlbəttə, T.Kazımov onu da bilməmiş deyildi ki, yeni mövzu, yeni xarakterlər, yeni dünyagörüşə və estetik enerjiyə malik dramaturgiya sifarişlə, yaxud bir neçə aya yarana bilməz. Bununla belə, arzulamaq, axtarmaq cəhdindən əl çəkmir, ümidini itirmirdi. Çox keçmədi ki, T.Kazımovun ümidləri az-çox yerinə yetdi. Səhnəmizdə yeni bədii ovqat, yeni lirik-psixoloji üslub yaradıcısı İ.Əfəndiyevin qəhrəmanları göründü və uzun illər milli teatr sənətini “qidalandırdı”. Doğrudur, İ.Əfəndiyev çalışqan və məhsuldar müəllif idi, amma təkcə bir müəlliflə teatrın qarşısında duran ideya-bədii məqsədlərə nail olmaq mümkün deyildi. Xüsusən, 1964-cü ildə baş rejissor vəzifəsinə təyin ediləndən sonra milli teatrın yeni repertuar yaratmaq T.Kazımovun əsas qayğılarından, nigarançılığının əsas səbəblərindən oldu. Məhz bu zamandan etibarən inzibati problemlərlə də məşğul olmaq onun öhdəsinə düşdü. Yəni teatrın repertuar siyasəti qarşısında yuxarıların qoyduğu ideoloji tələblərə görə, klassik və rus dramaturgiyası, “qardaş” xalqlar dramaturgiyası, eləcə də dünya və Avropa ədəbiyyatından nümunələr repertuarda təmsil olunmalı idi. Sözsüz ki, belə şərtlərin faydalı cəhətləri də var. Amma teatrın müəyyən çərçivə daxilində fəaliyyət göstərməyə məhkum edilməsi daha zərərli idi. Hər şeydən əvvəl onu deyək ki, sanki tale onun üçün tarixi şərait yaratmışdı. Bəli, T.Kazımov baş rejissor idi. Belə çıxırdı ki, artıq onun öz teatrı var. Amma təəssüf ki, əslində bu belə deyildi və bunu hamıdan daha aydın T.Kazımov özü dərk edirdi. Onun vəzifəsi vardı, amma teatrı yox idi. Bina, yaxud xidməti kabinet əsas deyil, teatr ənənəsi, ifaçılıq üslubu, illərlə bu istiqamətdə tərbiyə tapmış sənət düşüncəsi, hətta tamaşaçı auditoriyasının estetik qavrayış ruhu əvvəlki kimi qalırdı. Bunları dəyişmək, özü də ağrısız olaraq yenilik məcrasına salmaq, baş rejissor üçün mürəkkəb bir vəzifə idi və zaman göstərdi ki, məhz bu işlər onu bir müddət fəal yaradıcılıqdan yayındırırdı.

Tofiq Kazımov yeni teatr modeli qurmaq əzmi ilə

Teatrın bədii istiqamətinə başçılıq edən T.Kazımov yuxarıda qeyd etdiyimiz kimi yeni dramaturgiya intizarında olsa da, ara-sıra V.Şekspir, M.F.Axundzadə, C.Məmmədquluzadə irsinə də müraciət edirdi. T.Kazımov H.Cavid və C.Cabbarlının əsərlərinə qarşı asan izah edilməyən bir laqeydlik nümayiş etdirirdi. Özünün etiraf etdiyinə görə H.Cavidin konseptual romantikası, dilinin təravəti ona yaxın idi, amma mənzum pyeslərə içindəki inamsız münasibətdən yaxa qurtara bilmirdi. Bununla belə, C.Cabbarlının səhnə duyumunu, xarakterlərinin canlılığını, emosional ovqatını olduqca bəyənir, digər müəlliflərimizdə məhz bu keyfiyyətlərin, dramaturji ustalığın yoxluğu onu açıq-aşkar məyus edirdi. C.Cabbarlını bir sənətkar kimi təqdir etsə də, özünün təcəssüm işi üçün yararlı saymırdı. Odur ki, T.Kazımovun bədii rəhbərlik dövründə bir sıra müəlliflər kimi, H.Cavid də, C.Cabbarlı da teatrın cari repertuarında getdikcə daha az görünməyə başladı. Bu faktın özü, dolayısı ilə A.İsgəndərov teatrının demontaj edilməsi işinin başlanması kimi qəbul edilə bilər. Çünki vaxtilə teatrın repertuarında hansı müəlliflərin yer tutması, əslində teatrın bədii istiqamətinə, həll etdiyi estetik məsələlərin səviyyəsinə işarə idi. Başqa sözlə desək, dramaturgiya dəyişirsə, teatr qarşısında duran estetik vəzifələr də dəyişikliyə məruz qalır. Bu, bir yerdə qalmır, teatr prosesinin bütün vəsilələrində özünü büruzə verir. Yəni, əgər yeni estetik vəzifələr, yaxud “dövrün tələblərinə” cavab vermir adı ilə repertuar əsaslı dəyişdirilirsə, təbii olaraq, həmin repertuarın daşıyıcıları olan aktyor heyəti də, o cümlədən onun üslubu, ifaçılıq prinsipləri də dəyişməli olur. Bu isə artıq texniki məsələ deyil, milli teatrın sonrakı yaradıcılıq ahənginə əsaslı təsir göstərən amildir. Məhz bu mərhələdə iş elə gətirdi ki, repertuar islahatı (əgər belə demək olarsa) zamanı, tamaşalarda və rol almayan neçə-neçə aparıcı səhnə xadimi, sadəcə olaraq, işsiz qaldı. Əlbəttə, bu, teatrın fəaliyyət göstərməməsi, tamaşaların qoyulmaması demək deyildi. Teatrda tamaşalar da hazırlanırdı, tamaşa zalı da adamla dolurdu. Çünki teatr və onun tamaşaları əvvəlki fəaliyyət ahəngini hələ bir müddət qoruya bilirdi. Nəzərdən keçirdiyimiz yuxarıdakı mənzərənin başqa xalqların teatr təcrübəsində analogiyasını istənilən qədər tapmaq olar. Amma burası vardır ki, bu gün nəsillərin dəyişməsi prosesi adlandırdığımız ötən illərin olayları, bir qədər başqa şəkildə, daha ağrısız aparıla bilərdi. Əslində, istənilən teatrın ayrı-ayrı mərhələlərində yaşanan nəsil dəyişməsinin özü təbii bir prosesdir. 

T.Kazımovun milli teatrın simasını dəyişmək cəhdləri yeni dramaturgiya, ifadə vasitələri, ifaçılıq məziyyəti axtarışlarından başqa, aktyor kadrları ilə də maraqlı idi və sözsüz ki, bu fəaliyyətin pozitiv cəhətləri teatrın perspektivinə ünvanlanmışdı. Həmin dövrdə səhnəyə gələn H.Turabov, F.Salayev, H.Xanızadə, A.Pənahova, K.Xudaverdiyev, H.Qurbanov, Ş.Məmmədova, S.Rzayev, Ə.Qədirov, F.Poladov, Y.Nuriyev, İ.Namiq Kamal, Z.Ağakişiyeva və başqaları milli dram ifaçılığı sənətini zənginləşdirməyə qadir sənətkarlar idi və T.Kazımovun həmin seçimdə haqlı olduğunu zaman özü sübut etdi.

Adı böyük hərflərlə yazılacaq görkəmli sənətkar

Bir məsələni də xatırlamaq vacibdir. Vacib hesab etdiyimiz budur ki, T.Kazımov müəyyən mənada guşənişin bir rejissor idi. Yəni o zaman Sovet İttifaqının teatr aləmində kifayət qədər tanınsa da, müxtəlif teatrlardan quruluş təklifləri alsa da, nədənsə, həmin təkliflərdən imtina edərdi. 

Az qala hamıya bəlli olan həqiqət belədir ki, o vaxtlar T.Kazımovun tamaşaları bir qayda olaraq, daha çox maraq doğurur, bir sıra hallarda isə ciddi mübahisələrə səbəb olurdu. Odur ki, teatr ictimaiyyəti T.Kazımovun hər bir işini mədəni hadisə kimi gözləyirdi. Onun özü də təbii ki, bundan xəbərdar idi. Ötən əsrin 70-ci illərinin Milli Dram Teatrının rejissorları içərisində T.Kazımov hər mənada seçilirdi. A.Efros, K.İrd, G.Lorkipanidze kimi sənət dostları onun istedadına qibtə ilə baxır, yaradıcılıq ustalığını yüksək dəyərləndirirdilər. Onun rejissor kimi səhnəyə gəlişi elə bir dövrə təsadüf edir ki, bu il 145 illiyini qeyd edəcəyimiz dram teatrı tariximizdə o illəri mədəni-estetik oyanma dövrü kimi dəyərləndirmək olar. Tam qətiyyətlə demək olar ki, həmin dövrün salnaməsini yaradanlar siyahısında adı böyük hərflərlə yazılan görkəmli simalardan biri idi T.Kazımov. Öyünməyi xoşlamayan, öz qədrini, böyüklüyünü bilməyən, təbiətindəki Allah vergisini canı qədər sevdiyi teatr üçün səxavətlə xərcləyən bu insan unudulmaz bir şəxsiyyətdir. Teatrı “dünyanın ən gözəl yeri” hesab edən bu böyük sənətkar artıq haqq dünyasının sakinidir.

T.Kazımov bəlkə ömrü boyu ruhunda gəzdirdiyi azadlıq ideyasını V.Şekspir, C.Məmmədquluzadə, İ.Əfəndiyev dramaturgiyası vasitəsilə səhnəyə gətirib, düşüncələrə, ürəklərə hopdurmağa cəhd edirdi.

Onun yaratdıqlarının möcüzəsi pərəstişə layiqdir

Yaşasaydı indi 95 yaşı olacaqdı Tofiq Kazımovun – ustadımızın, ən munis dostumuzun, əziz sənətkarımızın...

Bu gün haqqında keçmiş zamanda danışmaq məcburiyyətində olduğumuz T.Kazımovun şəxsiyyəti, onu yaxından tanıyanlara – həmkarlarına, onunla birgə çalışanlara, tələbələrinə məlum olsa, yeni nəsil sənət adamlarına o qədər də bəlli deyildir. Əslində, sözün bu məqamında teatr rejissoru yaradıcılığının bu qədər fani olması adamı mütəəssir edir. Yaşadığı dövrdə ən böyük, ən şöhrətli rejissorlardan belə, bir qalaq afişa və proqramlardan, ən yaxşı halda, bəzi kinolentlərindən savayı bir şey qalmır. Bu mənada T.Kazımovun da yaradıcılıq həyatı istisna deyil. Teatr sənətinin ecazkarlığı, möcüzəli pərdə arxasındakı müəmmaları barədə uzun əsrlər boyu danışılır, yazılır, amma bu mövzu bitib tükənmir. Çünki bu sənətin mahiyyətində nə isə ilahi, bəlkə də mistik bir məna yaşamaqdadır. Teatr həyatına can atan hər kəs məhz həmin mənaya doğru gedir. Dahi Nizaminin təbirincə desək, “o pərdə arxasında lövbət oynadan var” və həmin kəsin şəxsiyyət mövcudluğu yəqindir, yaratdıqlarının möcüzəsi isə pərəstişə layiqdir.

Teatr sənətində pərdə arxasında olan və həmin möcüzəni yaradan şəxs rejissordur. Amma burası var ki, pərdə açılandan sonra o özü yox, başqaları görünür, onun demək istədiklərini başqaları göstərir. Bu isə teatr adlanan, möcüzə vəd edən mərasimin açılışını xəbər verən üçüncü zəngdən sonra başlanır. Teatr həyatının üçüncü zəngi elə rejissor ömrünün də başlandığını xəbər verir. Onun 57 illik ömrünün üçüncü zəngi yetmiş il bundan əvvəl çalınsa da, səsləri bizim əsrdə də eşidilməkdə, Tofiq Kazımov imzalı əfsanə övladlarının ömründə, tələbələrinin yaradıcılıq səylərində, milli səhnəmizin axtarış çırpıntılarında yaşamaqdadır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM