“Kaspi” Liseyini yaradarkən biznes marağına hədəflənməmişik”

13:46 / 20.06.2014

Tural Əliyev: “Əsas hədəfimiz Azərbaycanın gələcəyi üçün müasir dünya görünüşünə, hərtərəfli biliyə sahib kamil vətəndaşlar yetişdirməkdir”

 “Kaspi” Təhsil Mərkəzi 2007-ci il mayın 1-də Sona xanım Vəliyevanın təsisçiliyi ilə yaradılıb. Mərkəzin yaranmasında əsas hədəf ilk növbədə təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən yeni təhsil sistemi yaratmaq olub. Yeddi ildən artıqdır ki, seçdiyi hədəfə düzgün istiqamətlənən mərkəz bu sistemlə Azərbaycan vətəndaşlarına xarici dilləri mükəmməl öyrənməkdə, kompyuter biliklərini genişləndirməkdə, beynəlxalq arenaya inteqrasiya etməkdə yardımçı rolunu oynayır. Hazırda “Kaspi Kids”, “Kaspi Abituriyent”, “Kaspi Magistr”, “Kaspi Poliqlot”, “Kaspi Global”, “Kaspi Professional” xidmətləri göstərən mərkəzin 1120 abituriyenti müxtəlif universitetlərdə ali təhsil alır. Dünyanın 150 universiteti ilə əlaqə quran mərkəz 500-dən çox gəncin xaricdə, o cümlədən ABŞ, Böyük Britaniya, İsveçrə və Rusiyada ali təhsil almasını təmin edib. Artıq “Kaspi” Təhsil Şirkəti olaraq fəaliyyət göstərən, daim aktual və novator layihələri ilə müstəqil təhsil məkanında tamamilə fərqlənən qurum bu dəfə Azərbaycan vətəndaşlarına tam orta təhsil verəcək özəl Kaspi Liseyini təsis edib. Strategiya.az-ın həyata yeni vəsiqə alan təhsil müəssisəsinin fəaliyyəti, xidmətləri, gələcək planları barədə suallarını Kaspi Liseyinin direktoru Tural Əliyev cavablandırır.

Tural müəllim, ilk öncə rəhbərlik etdiyiniz təhsil müəssisəsinin yaranmasını zəruri edən səbəblər barədə danışmanızı istərdim. Belə bir Liseyin, özəl orta məktəbin yaradılması ideyası nədən irəli gəldi?

Hələ 2007-ci ildə “Kaspi” Təhsil Mərkəzi fəaliyyətə başlayanda “Kaspi Liseyi” bu mərkəzin tərkib hissəsi kimi düşünülürdü. Sadəcə bir müddət buna hazırlıq tələb olunurdu. Həm bazanı formalaşdırmaq, həm də bəzi müəyyən məsələləri həll etmək üçün. Əgər biz “Kaspi” Təhsil Mərkəzi yaranan zaman belə bir liseyi açsaydıq bu, bir qədər qeyri-ciddi qəbul olunardı. Ona görə də qarşıdakı 5-10 il ərzində belə bir məktəbi açmaq üçün mükəmməl baza formalaşdırdıq. Heyət olaraq, tədris proqramı, dərs vəsaitlərinin təmini baxımından hazırlığımızı başa çatdırdıq. Nəhayət “Kaspi” Təhsil Mərkəzinin fəaliyyətə başlamasının 7-ci ildönümündə “Kaspi” Təhsil Şirkəti tərəfindən Kaspi Liseyi yaradıldı. Bu təhsil müəssisəsinin yaranma zərurətinə gəldikdə onu da qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanda, xüsusilə də Bakıda yaşayan sakinlər pulsuz orta təhsil müəssisələrindəki tədrisin səviyyəsini qənaətbəxş hesab etmirlər. Alternativ kimi mövcud olan özəl orta təhsil müəssisələri isə ya bir profillidir, ya da burada təhsilhaqqı olduqca yüksəkdir. Təbii ki, bu da vətəndaşların arzu və istəklərini təmin edə bilmir, həmin təhsil müəssisələrini onlar üçün əlçatmaz edir. Beləliklə də orta təbəqə üçün seçimin və ya təklifin olmaması şəraiti yaranır. Biz araşdırmalar zamanı hətta onu da öyrəndik ki, orta təbəqə üçün təklif edilən özəl təhsil müəssisələrində təhsilin keyfiyyəti də yüksək səviyyədə deyil. Bütün bu amilləri nəzərə alaraq, əhalinin büdcəsinə uyğun, təhsil səviyyəsi yüksək olacaq bir liseyin təsis olunmasını reallaşdırdıq. Liseyin konkret olaraq Bakıxanov qəsəbəsində açılmasına gəlincə, müşahidələrimiz əsasında deyə bilərəm ki, bu ərazidə hər hansı özəl məktəb yoxdur. Baxmayaraq ki, buradakı yaşayış məntəqələrində əhalinin sıxlığı son illər bir qədər artıb, amma Bakıxanov qəsəbəsində yüksək keyfiyyətli təhsil verəcək özəl bir məktəbin açılması təşəbbüsü ilə çıxış edən olmayıb. Nədənsə özəl məktəbləri təsis edənlər əsasən şəhərin mərkəzində, xüsusən də Nərimanov və Nəsimi rayonları ərazisində bu işləri gerçəkləşdiriblər. Bu üzdən biz Suraxanı, Sabunçu, Nizami rayon əhalisinin belə bir məktəbə ehtiyacını hiss etdik. Xüsusi olaraq onu da qeyd edim ki, Kaspi Liseyini təsis edərkən biznes marağına hədəflənməmişik. Əsas hədəfimiz vətəndaşların ehtiyacını ödəmək, onlara keyfiyyətli təhsil vermək, Azərbaycanın gələcəyi üçün müasir dünya görünüşünə, hərtərəfli biliyə sahib kamil vətəndaşlar yetişdirməkdr.

Bu Liseyi digər özəl orta təhsil müəssisələrindən fərqləndirən nədir?

Hər şeydən öncə Kaspi Liseyi dəyərləri özündə əks etdirən, müasir tələblərə cavab verən keyfiyyətli və peşəkar təhsil vermək məqsədilə yaradılmış məktəbdir. Liseydə şagirdlərə vacib olan bacarıq və qabiliyyətlərin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradılıb. Liseydə milli mənəvi dəyərlərə əsaslanan, özünə inanan, yaradıcı, cəmiyyətə töhfə verən nəslin yetişməsinə xidmət edən xüsusi öyrədici mühit yaradılıb. Bu mühit və zənginləşdirilmiş təhsil proqramları şagirdlərin yaradıcı və tənqidi təfəkkürünün, problemlərin həlli yollarına yaradıcı yanaşmanın inkişafını, onların bütün istiqamətlərdə yüksək inkişafını təmin edir. Liseyin dövlət standartlarına əsaslanan, beynəlxalq təhsil proqramları və təcrübədən yararlanan tədris planı var. Tədris prosesi məhz bu plan üzrə olacaq. Tədris əsasən iki dildə - Azərbaycan və rus dillərində həyata keçiriləcək. Bununla yanaşı, tədris müddətində ikinci dil olaraq ingilis dilinə də xüsusi önəm veriləcək. Ən müasir maddi-texniki bazaya malik liseydə çoxsaylı tədris otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompyuter otaqları,  geniş kitabxana, yeməkxana, yataqxana, tibb otağı və müasir idman zalı fəaliyyət göstərir. Tədris otaqları ağıllı lövhələr ilə də təmin edilib ki, bu da tədrisin keyfiyyətinin daha da artırılmasına xidmət edəcək.

İlk sualı cavablandırarkən, Kaspi Liseyində illik təhsilhaqqının digər özəl orta məktəblərlə müqayisədə aşağı olduğunu söylədiniz. Bilmək olarmı, Liseydə hər şagird üçün nə qədər təhsilhaqqı nəzərdə tutulub?

Kaspi Liseyi özəl tam orta məktəb olduğundan burada hər bir şagird üçün illik təhsilhaqqı nəzərdə tutulub. Valideynlər bu məbləği bütöv, yaxud 20 faizini əvvəlcədən, geridə qalanını isə hissə-hissə ödəyə bilərlər. Amma bütöv halda məbləğ ödəndikdə 5 faiz güzəşt edilir. Eyni zamanda bir ailədən iki uşaq Liseydə təhsil alarsa, onların təhsilhaqqında da 5 faiz güzəşt edilir. Valideynlər illik təhsilhaqqı ödəməklə övladlarını - şagirdləri məktəbli geyimi, dərs vəsaitləri, həmçinin günorta vaxtı onları qida ilə də təmin etmiş olurlar. Yəni, məktəbdən şagirdlərə vahid geyim forması, bütün dərs vəsaitləri verilir. Günorta vaxtı isə şagirdlərə nahar verilir. Bundan əlavə, məsafədən asılı olaraq servis haqqı da var. Bu, könüllü xarakter daşıyır. Bununla ibtidai siniflərdə, istəkdən irəli gələrək hətta yuxarı siniflərdə təhsil alan şagirdlər hər gün xüsusi avtobuslar vasitəsilə birbaşa yaşadıqları mənzildən götürülüb liseyə gətirilir. Dərslər qurtaranda isə eyni qayda ilə şagirdlər evlərinə aparılır. Bir qədər əvvəl dediyim kimi, bütün xidmətləri nəzərə alsaq, bu, digər özəl orta məktəblərlə müqayisədə aşağı təhsilhaqqıdır. Amma biz bu vəsait müqabilində şagirdlərə keyfiyyətli təhsil verməyi hədəfləmişik.

Liseyə qəbul qaydaları, şagirdlərin dərs saatları necə tənzimlənib?

Kaspi Liseyinə şagirdlərin qəbulu I - IX siniflər üzrə aparılır. I-IV siniflərə şagird qəbulu fərdi müsahibənin nəticələrinə və onların psixoloji xarakteristikasına əsasən həyata keçirilir. Amma V - IX siniflərə qəbul şagirdlərin Azərbaycan dili və Riyaziyyat fənnləri üzrə diaqnostik test imtahanının nəticələrinə əsasən aparılır. Şagirdlərin qəbulu qaydaları, tələb olunan sənədlərin siyahısı, həmçinin müraciət formasının nümunəsi ilə vətəndaşlar www.kaspiliseyi.az saytında, yaxud Bakı şəhəri Bakıxanov qəsəbəsi, Gənclik küçəsi 23/5 ünvanına gəlib şəxsən və ya (012) 565-20-43, 565-20-46 nömrəli telefonlara zəng vurmaqla tanış ola bilərlər. Liseydə dərs saatlarına gəlincə, şagirdlər həftənin beş günü hər səhər saat 09:00-dan 16:00-a kimi məktəbdə olurlar. Bu vaxtın birinci yarısında, yəni günortaya kimi dərslər keçirilir. Günorta uşaqlar nahar edir, bir qədər dincəlir, ardınca evə verilən tapşırıqları həll edirlər. Bununla yanaşı, şagirdlər heç bir əlavə vəsait ödəmədən liseydəki şahmat, futbol, tennis, basketbol, rəsm, əl işləri, rəqs dərnəklərində də iştirak edə bilərlər.

Valideynlər liseyə gəlmədən, kənardan övladlarının dərsə davamiyyətini, onların göstəricilərini izləyə biləcəklərmi?

Təhsil müddətində şagirdlərin bilik və bacarıqları ölçüləcək, müvafiq qiymətləndirmələr aparılacaq. Elektron sistem vasitəsilə ölçmə və qiymətləndirmələr şagirdin fəaliyyəti barədə dolğun təsəvvür yaradacaq. Bu isə valideynə imkan verəcək ki, övladının dərsə davamiyyətini, dərsi mənimsəmə səviyyəsini kənardan da izləyə bilsin. Amma elə başa düşülməsin ki, biz bunu edərkən mütləq hər bir sinifə, dəhlizə, bufetə kameralar quraşdıracaq, şagirdi daim izləyəcəyik. Düzdür, kameralar hər bir sinifdə olacaq, amma onlar fors-major hallar üçün nəzərdə tutulacaq. Hər hansı problem yaranarsa, şikayət olunarsa, biz yalnız o zaman həmin kameraların görüntüsünə baxa biləcəyik. Çünki əgər biz kameralar vasitəsilə uşaqların hər anını valideynlərinə izlətsək, bu, uşaqları psixoloji olaraq robotlaşdıracaq. Daim izləndiyini bilən uşaq olduğu kimi deyil, daim çərçivədə, görüntü altında olacaq ki, bu da onda yalançılıq vərdişlərini inkişaf etdirəcək. Ona görə də bu metod pedaqoji baxımdan düzgün sayılmır. Biz elektron xidmət tətbiq edərkən hər bir valideynə istifadəçi adı və parolu verəcəyik. Təhsil nazirliyi tərəfindən təsdiqlənən kurikulumlar, standartlar çərçivəsində hər bir şagirdin gündəlik və ya həftəlik göstəriciləri bizim sistemdə yerləşdiriləcək. Bizim siniflərdə şagird sayı az götürüldüyü üçün müəllim dərs müddətində hər bir şagirdlə fərdi qaydada ünsiyyətdə ola, onun bilik səviyyəsini qiymətləndirə biləcək. Dərsdən sonra da bu barədə məlumatlar verəcək, qeydlər aparacaq, hesabatları sistemdə yerləşdirəcək. Valideyn də istifadəçi adı və parolu vasitəsilə istədiyi vaxt həmin sistemə girib nəticələrlə tanış ola biləcək. 

Müsahibəni aldı: İsmayıl Qasımov


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM