Səudiyyə Ərəbistanı ultrakonservatizmin ağuşunda

10:01 / 15.01.2018

 

Artıq Səudiyyə Ərəbistanına de fakto Vəliəhd Məhəmməd Bin Salman tərəfindən rəhbərlik edildiyi hamıya məlumdur. 83 yaşlı Kral Salman bin Əbdüləziz əs-Səud xəstəlik və qocalığ səbəbindən hakimiyyəti idarə etməz vəziyyətdədir.Yenicə Vəliəhd seçilmiş gənc və enerjili, eyni zamanda ambisiyalı MBS bu ölkənin tarixi boyu bənzəri olmayan dəyişikliklər etmək üçün hərəkətə keçmişdir. Korrupsiya, işsizlik, dövlət əmlakının dağıdılması, iqtisadiyyatın sülalə prinsipi üzrə idarə olunmasına qarşı ciddi və bütün dünyada əks-səda doğuran tədbirlər həyata keçirilir.

Məhəmməd Bin Salman dünyanın aparıcı informasiya agentliklərinə verdiyi müsahibələrdə və müxtəlif tədbirlər zamanı etdiyi çıxışlarda ölkənin qarşısında çox ciddi dəyişikliklərin durduğunu dəfələrlə bəyan etmişdir. O, artıq sözdən işə keçərək Krallığın var dövlətini dağıdan, korrupsiya pramidasını aradan qaldırmağa və eyni zamanda gələcək tədbirlərin həyata keçirilməsində ona mane ola biləcək qüvvələrdən yaxa qurtarmağa girişib. Təbi ki, həbs olunan və var- dövləti əlindən alınan şəxslər də sıradan biriləri deyil və ailə sülaləsinin yaxın adamlarıdır. Çünki SƏK ( Səudiyyə Ərəbistanı Krallığı) kimi bir ölkədə idarəetməyə və eyni zamanda iqtisadi resurslara kənardan birisinin yaxın düşməsi mümkün deyil. Gənc və enerjili Vəliəhdin təmizləmə və yenidınqurma işini çətinləşdirən əsas məsələ də budur. O, bir yerdə böyüdüyü, qohumluq əlaqələri ilə bağlandığı insanları indi həbsə atdırmalı, var dövlətini əlindən almalı və hətta ciddi müqavimət göstərəcəyi halda aradan götürməlidir.

Daxili siyasət və iqtisadiyyatın yeni düzənə salınması tədbirləri hələ aysberqin görünən hissəsidr. Məhəmməd Bin Salman eyni zamanda ölkənin xarici siyasəti və dini ideologiyasında da reformalar aparmaq niyyətindədir. İdeologiya və din sahəsində bu gün Krallıqda baş verən hadisələr, insanların İslam və şəriət adı altında buxovlanması MBS-in müdaxilə etmək istədiyi növbəti hədəfdir. Riyadda investorlar qarşısında çıxış edərkən o bildirmişdir “ Biz əvvəlki dövrümüzə - mötədil İslamın

hakim olduğu dövrə- qayıdırıq, hardakı bütün dinlərə və ölkələrə açıq idik... 30 ildə bizim ölkəmizdə baç verənlər bizim tariximiz deyil.”

Tarixə ekskurs etdikdə 30 il bundan qabaq Səudiyyə Ərəbistanında nələrin, hansı hadisələırin baş verdiyini və bu hadisələrin krallığın tarixində necə iz buraxdığını müşahidə etmək mümükündür. 30 il bundan qabaq- daha dəqiq 1979-cu ildə diqqətalayiq iki hadisə baş vermişdir. Bunlardan biri ölkə daxilində baş verən , ölkənin daxili siyasətinə təsir edən üsyan, ikinci isə Orta Şərq regionunda köklü dəyişikliklərə gətirib çıxaran İran İslam İnqilabı. Ikinci hadisə təkcə Səudiyyə Ərəbistanı deyil regionda mövcud olan ölkələrin istisnasız olaraq hamısının xarici siyasətinə ciddi təsir göstərmişdi.

Səudiyyə ərəbistanında baş verən üsyana gəlincə, həmin il ölkədə Səud xanədanı və Qərb nüfuzuna qarşı çıxışlar başlayır. Noyabrın 20-də əslən bədəvi ərəb olan və eyni zamanda Krallığın Milli Qvardiyasının keçmiş zabiti Cuhayman əl - Utaybinin başçılığı altında 500 silahlı şəxs Məkkədəki Böyük Məscidi işğal edir və bacısının əri Məhəmməd əl- Qəhtanini Mehdi və İslam dünyasını Qərb korrupsiyasından təmizləyəcək xilaskar elan edir.

Böyük Məscid ətrafında və Məkkə şəhərində döyüşlər 20 gün davam edir, Səudiyyə təhlükəsizlik qüvvələri, ziyarətçilər və silahlılardan ibarət yüzlərlə insanın ölümü ilə nəticələnir.

Elə həmin il İranda İslam İnqilabının baş verməsi və inqilabın rəhbəri Xomeyninin Orta Şərq ölkələrinə nüfuz etmə haqqında bəyanatları Məkkə hadisələrinin tətikçisi şübhəsini İrana yönəldir. Baxmayaraq ki, İran özü həmin dövrdə çox böyük problemlər yaşayır və İslam dövltəinin möhkəmlədilməsi uğrunda daxildə ölüm - dirim mübarizəsi aparırdı. Onun qonşu ölkələrdə bu tezliklə avantyuraya başlaması ağılabatan deyil. Eyni zamanda Məkkə əhalisi şiələri heç zaman əsil müsəlman kimi qəbul etməmişlər. Onların şıə dövlətini göstərişi ilə hərəkət etmələri versiyası da də heçbir məntiqə sığmır.

Xomeyni də öz növbəsində Məkkə hadisələri ilə bağlı Qərbi, xüsusilə Amerikanı günahlandlrdı.

Bir qədər əvvələ nəzər saldıqda görürük ki, 70-ci illər Krallıqda təlatümlü olmuşdur. 1975-ci ildə Kral Faysal ( hakimiyyət illəri1964-1975) krallığı modernləşdirmək istiqamətində addımlar atmağa başlamış və televiziya verilişləri, ümummilli təhsil proqramları, qız məktəbləri və digərləri kimi bir sıra tədbirlər həyata keçirmişdi. Bu müasirləşmə təşəbbüsləri təbii ki, ölkədəki dini qurumların ürəyincə deyildi. Onlar sonda nüfuzlarının və hakimiyyətlərinin itəcəyi təhlükəsi ilə üzləşəcəklərini başa düşürdülər.

Məkkədə üsyanvə İran İslam İnqilabı Kral Faysalın başladığı modernləşmə tədbirlərinin yarıda kəsilməsi və ölkənin geriyə qaytarılması ilə nəticələndi.Ölkədə heç əvvəllər mövcud olmayan ciddi dini qaydalar tətbiq olunmağa başladı, dini qurumların səlahiyyətləri artırıldı, Vəhhabi-Sələfi ideologiyasının gücləndirilməsi və bütün dünyada yayılması üçün vəsaitlər artırıldı. Səudiyyə Ərəbistanı bir onilliyin içərisində konservatizmdən ultrakonservatizmə yuvarlandı. Sonrakı illər Orta Şərqdə siyasi mübarizə qızışdıqca monarxiya insanları daha çox əsarətdə saxlamaq üçün dinin rolunu daha da artırdı və dini təşkilatları gücləndirdi. Bu gün din və xurafat bu ölkəni bürüyüb və köklü dəyişikliyi qaçılmaz edib.

Ona görədə MBS 30 illik qısa bir dövrü ölkəsinin tarixindən silib atmaq istəyir və düşünür ki bununla istədiyinə nail olacaq. Bəs 250 illik Vəhhabi – Səud birliyi? Ondan necə əl çəkməli? Axı bu gün Səudiyyə Ərəbistanında mıvcud olan hakimiyyət bu birliyin və razılaşmanın diqtəsi ilə idarə olunur.

Əlimusa İbrahimov

Politoloq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM