Dünya Bankının reytinqində ÜDM-ə görə Ermənistan 195 dövlət arasında 130-cu yerdədir. Ötən ildə Ermənistanın ÜDM-i 10 milyard 547 milyon dollar olub. Ermənistan Dövlət Statistika Xidmətinin mlumatına görə 2017-ci ilin may ayına görə dövlət borcu 6 milyard 95 milyon dollardır. Bu rəqəmin 4 milyard 373.3 milyonu xarici borcun, 1 milyard 170.6 milyonu daxili borcun payına düşür. "Transparency International”ın korrupsiya reytinqinə görə 2016-cı ildə Ermənistan 33 balla 113-cü yerdədir. [i]
Ermənistan Dövlət Statistika Xidmətinin Sədrinin məsləhətçisi Diana Martirosyan 5 dekabr 2017-ci ildə mətbuata verdiyi açıqlamada qeyd edir ki, ölkə vətəndaşlarının hər üç nəfərdən biri yoxsuldur. Buna görə kasıblar ölkə əhalisinin 29.4 faizini təşkil edir ki, onlardan 1.8 faizi çox yoxul, 8 faizi olduqca olduqca yoxsuldur. Ölkə üzrə yoxulların sayı isə təxminən 800 min nəfərdir. Yoxsullar nəzərdə tutulan 40.867 dramdan (99.7 dollar) az pul xərcləyirlər.
Yoxsulluq əmaslı ayda 40 867 dramdan (85 dollar) az xərcləyən vətəndaşlara aiddir. Ayda 33 418 dramdan (69 dollar) az gəliri olanlar çox yoxsul, 23 313 dramdan (48 dollar) az gəliri olanlar səfalət içində yaşayanlar hesab edilir. Maraqlıdır ki, Ermənistan hələ də 2009-cu ilə - iqtisadi böhranından əvvəlki yoxulluq həddinə enməyib. Belə ki, 2008-ci ildə yoxsullar əhalinin 27.6 faiz təşkil edirdi. Bir başqa əhəmiyyətli göstərici də bölgələr arasında yoxsulluq həddinin qeyri-bərabər paylaşımıdır. İrəvanda yoxsulluq həddi 24.9 faizdirsə, digər bölgələrdə bu fərq 33.2 faizə qədər yüksəlir.
Yoxsulluğun qarşısının alınması üçün 63.2 milyard dram (130.3 milyon dollar) lazımdır ki, bu da ÜDM-in 1.2 faizini təşkil edir və Ermənistan kimi bir dövlət üçün olduqca böyük rəqəmdir. Çox yoxsul olanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün 1.4 milyard dram-ÜDM-in 0.03 faizi lazımdır. [ii]
Ermənistanın 2014-2025-ci illər üçün Strateji inkişaf perspektivi proqramında hökumət yoxsulluq həddini 24 faizə endirməyi planlaşdırsa da, mövcud iqtisadi göstəricilər bunun mümkün olmayacağını deyir.
Dünya Bankının iqtisadçısı Morits Meyer Ermənistanda yoxsulluq həddinin azaldılması üçün iqtisadi inkişafın təmin edilməsini, xaricdə, xüsusilə Rusiyadakı erməni qastrbayterlərin ölkələrinə pul tarnsferinin artmasını şərt olaraq görür.
2018-ci ilin dövlət büdcəsini dəyərləndirən "ELK-Çıxış” müxalifət fraksiyasının nümayəndəsi Nikol Paşinyan isə son üç ildə pensiya və sosial təminat xərclərinin artırılmadığını, 2017-ci ildə infilyasiyanın 2.7 faiz olduğunu, 2018-ci ildə isə 4 faizə yüksələcəyini bildirib.
Doing Business məlumatlarına görə sərmayə mühitinə görə Ermənistan 9 pillə geriləyərək 47-ci yerdə qərar tutub. [iii]
Cari ilin əvvəllərində Baş nazir Karen Karapetyan və Prezident Serj Sərkisyan "Ermənistana sərmayə yatıranlar Klubu”nun ölkəyə 1 milyard dollar sərmayə qoyacağını bildirsələr də, 2017-ci il bitmək üzrəykən bu proqram daxilində hələ 1 dollar da sərmayə gəlməyib. Maraqlıdır ki, buna baxmayaraq hər ikisi mütəmadi olaraq bu informasiyanı yüksək tribunalardan təkrarlayaraq özlərinə siyasi divident qazanır, xalqı isə aldadırlar. [iv] Bir digər maraqlı məqam isə bu fikrin Baş nazir Karapetyan tərəfindən ortaya atılmasına baxmayaraq, Prezident Sərkisyanın buna sahib çıxması və öz təşəbbüsü kimi qeyd etməsidir.
Ukraynanın TEXTY Analitika Mərkəzinin hesablamalarına görə, Ermənistan dünyanın ən kasıb ölkələri siyahısında yer alır. [v]
Ermənistan Mərkəzi Bankının statistik göstəricilərinə görə, 2017-ci ilin oktyabr ayında ölkədən sərmayə çıxışı 115 milyon dollar olub. Sərmayənin ölkədən "qaçma” sürəti hər ay artır. Belə ki, avqust ayında 76.9 milyon, sentyabr ayında 94 milyon dollar sərmayə ölkədən çıxarılıbsa, oktyabr ayında bu rəqəm yuxarıda qeyd edildiyi kimi 115 milyon dollardır. 2016-cı ilin oktyabr ayında isə 76 milyon dollar ölkədən "qaçmışdı.” Bu məbləğin 43.6 milyon dolları Rusiyaya, 23 milyon dolları ABŞ-a, geri qalanı isə digər ölkələrə sərmayə qoyulub. [vi]
Ermənistan Prezidenti Serj Sərkisyan 12 dekabrda etdiyi çıxışında 2024-cü ilə qədər ölkədə adambaşına düşən ÜDM-in 10 min dollar olacağını qeyd etsə də, [vii] bir çox iqtisadçı bunun heç 2040-cı ilə qədər də fiziki olaraq mümkün olmayacağını bildirir. [viii]
2018-ci ilin sonlarına qədər Ermənistanın dövlət boscunun ÜDM-in 60 faizi olacağı təxmin edilir. Keçdiyimiz günlərdə Ermənistan parlamenti dövlət borcunun ÜDM-nin 60 faizindən yuxarı həddə borc almasını hökumətə qadağan edən qanun qəbul etdi. [ix] Parlamentin bu qərarı ÜDM ilə dövlətin xarici borcu arasında tarazlığı təmin etməyə çalışsa da, önümüzdəki illərdə bir çox böyük layihələrin həyata keçməsinə mane olacaqdır.
Ümumiyyətlə, Ermənistan iqtisadiyyatı 2009-cu ildə yaşanan dünya iqtisadi böhranının nəticələrini hələ də üzərində hiss edir. İqtisadi göstəricilərinin bir çoxu hələ də 2009-cu il göstəricilərinin altındadır. Ölkədə korrupsiyanın qarşısının almaq mümkün deyil, sərmayə yüksələn qrafik üzrə xaricə "qaçır.” Hökumət bu problemlərin qarşısını almada acizdir və yeni problemlərlə qarşı-qarşıya qalma ehtimalı olduqca yüksəkdir.
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru
[i] 26 лет независимости Армении в цифрах: исследования разных международных организаций о состоянии экономики http://ru.1in.am/1200366.html, 2017-09-21
[ii] Каждый третий житель Армении бедный: правительство обещает изучить ситуацию https://regnum.ru/news/economy/2353657.html, 5 декабря 2017.
[iii] Премьер в смятении: резкое снижение по Doing Business, http://www.lragir.am/index/rus/0/economy/view/59098, 01 Ноября 2017.
[iv] Президент РА: 13 ноября в Ереване объявят о начале инвестиционной программы в размере более $1 млрдhttp://www.panarmenian.net/rus/news/248324/, 1 ноября 2017.
[v] Армения попала в число самых бедных стран Европы, http://armenianreport.com/pubs/173826/, 10 Декабря 2017.
[vi] Гоар Аветисян, Капитал утекает из Армении: сколько денег утекло в этом году, http://ru.1in.am/1208288.html, 2017-12-10.
[vii] Прогноз президента Армении по ВВП экономисты считают нереальным, https://regnum.ru/news/economy/2356223.html, 12 декабря 2017.
[viii] Даже через 20 лет невозможно достичь указанного президентом ВВП на душу населения на уровне 10 тысяч долларов – экономист, https://rus.azatutyun.am/a/28918410.html, Декабрь 14, 2017.
[ix] Татевик Лазарян, Парламент Армении принял в первом чтении поправки в закон «О государственном долге»,https://rus.azatutyun.am/a/28915604.html, Декабрь 13, 2017.
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM