“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub

20:27 / 16.01.2018

Yanvarın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib.

 Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur.

Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru Əli Həsənov, tərtibçiləri Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi, fəlsəfə elmləri doktoru Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyevdir.

Tədbiri açan Kamal Abdulla deyib ki, Azərbaycan multikulturalizminin siyasi banisi ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən biri də multikulturalizmin ölkəmizdə inkişaf etdirilməsidir. Bu siyasəti bu gün Prezident İlham Əliyev əzmlə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini sürətləndirir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Bir sıra Avropa ölkələrində multikulturalizmin iflas etməsi ilə bağlı fikirlərin formalaşması fonunda Azərbaycanda multikultural hərəkatın təntənəsi ilə dövlətimizin başçısı Azərbaycanın timsalında multikulturalizmin inkişafının nikbin qütbünü formalaşdırdı.

Kamal Abdulla deyib ki, təqdimatı keçirilən bu kitab Azərbaycan Prezidentinin multikultural dəyərlərə nə qədər çox önəm verməsinin bariz göstəricisidir. Kitab təkcə Azərbaycan multikulturalizmini deyil, Azərbaycan xalqının tarixini, ədəbiyyatını, mədəniyyətini, mənəviyyatını öyrənmək istəyənlər üçün gözəl vəsaitdir. Dövlətimizin başçısının nəşrdə toplanmış hər bir fikrində ölkəmizə, xalqımıza, dünyadakı bütün sülhsevər insanlara məhəbbət və sevgi hiss edilir. Azərbaycan Prezidentinin multikulturalizm barədə fikirləri, göstərişləri onun 2016-cı ildə elan etdiyi “Multikulturalizm İli” başa çatdıqdan sonra da davam edir. Biz hər gün bunun şahidi oluruq. Bu kitabın davamı olacaq və dövlətimizin başçısının Azərbaycanın multikulturalizm modeli, dünyada multikultural əhval-ruhiyyənin bərqərar olması üçün görüləcək işlər barədə dedikləri nəşrin növbəti cildlərində dərc ediləcək. Kitabın digər dillərə tərcüməsi də nəzərdə tutulur.

Sonra çıxış edən Etibar Nəcəfov deyib ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət müasir dövrdə dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Qeyd edilib ki, böyük idraki və praktiki əhəmiyyəti olan bu kitabda multikulturalizm Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir istiqaməti kimi təqdim olunur. Kitabda multikulturalizmin bir sıra nəzəri məsələləri, Azərbaycan multikulturalizm modelinin xüsusiyyətləri öz əksini tapıb. Nəşrdə Azərbaycan dövlətinin multikulturalizm sahəsində böyük təcrübəsinə dair önəmli fikirlər yer alıb və bu da digər ölkələr, xüsusilə də hazırda multikulturalizm siyasətini həyata keçirməkdə ciddi problemlərlə üzləşən Qərb ölkələri üçün vacibdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın multikulturalizm dəyərlərinin təbliği istiqamətində görülən işlərdən danışıb. O deyib ki, Azərbaycanın özünəməxsus dəyərləri var və bu dəyərlərin içərisində multikulturalizmi xüsusi qeyd etmək olar. Təsadüfi deyil ki, bu gün multikulturalizm Azərbaycanda həyat tərzidir.

Dövlət Komitəsinin sədri Azərbaycan Prezidentinin multikulturalizmlə bağlı fikirlərinin toplu halında, üç dildə dərc edilməsinin çox önəmli olduğunu vurğulayıb. “Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və nümunə kimi göstərilir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, multikulturalizmin alternativi yoxdur. Bu gün multikulturalizm müharibə və münaqişələrlə üzləşən dünyanı xilas edəcək yeganə yanaşmadır”, - deyə o əlavə edib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanda multikulturalizmin çox ciddi tarixi, coğrafi, ideoloji, siyasi əsasları var. Buna görə də Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti səviyyəsinə çatdırıb. Dövlətimizin başçısının kitabda yer almış bu fikirlərinin məcmusu bütövlükdə Azərbaycan multikulturalizmi haqqında tam təsəvvür formalaşdırır.

Hikmət Babaoğlu deyib: “Azərbaycandakı multikultural modelin ən səciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, bizdə məcburetmə yoxdur, fərqliliklərə sevgi var. Avropada bəzi cəmiyyətlərdə multikulturalizm mövcud olsa da, buradakı hüquqi sistem insanları məcbur edir ki, multikultural olsunlar, ətrafdakı fərqliliklərə dözsünlər. Yəni, burada bir məcburiyyət var. Azərbaycandakı multikulturalizmin xüsusiyyəti isə ondan ibarətdir ki, hər birimiz onu sevərək yaşayırıq, öz həyat tərzimiz kimi qəbul edirik”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, BBMM-in Himayəçilər Şurasının üzvü Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov ölkəmizdə multikultural mühitin qorunmasının daim diqqət mərkəzində olduğunu söyləyiblər. Bildirilib ki, bu gün beynəlxalq aləmdə müharibələrin, münaqişələrin, qanlı toqquşmaların və digər problemlərin yaşandığı bir zamanda Azərbaycan sanki dünyada bir oazisdir. Azərbaycanda əmin-amanlıq, sabitlik yüksək multikultural mühit hökm sürür. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.

Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete, Bakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, BBMM-in Himayəçilər Şurasının üzvü Aleksandr Şarovski və digərləri ölkəmizdəki multikultural, tolerant mühitin üstünlüklərindən bəhs ediblər. Onlar Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyini və yüksək qiymətləndirildiyini söyləyiblər. Vurğulanıb ki, bütün dünyada Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsinə artan maraq bəzi xarici siyasətçilərin dedikləri kimi, onun neftlə, təbii qazla bərabər, tolerantlığı da ixrac edən dövlət imicinin qazanmasına səbəb olub. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasətin nəticəsidir.

Sonda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində BBMM-in gördüyü işlər barədə məlumat verib. O, təqdimatı keçirilən “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının həm ölkə daxilində, həm də xaricdə elmi müzakirələrinin təşkil ediləcəyini söyləyib.

Qeyd edək ki, kitaba daxil olan sitatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AZƏRTAC tərəfindən yayılmış nitqlərindən, çıxışlarından və müsahibələrindən götürülüb.

Kitab siyasətçilər, ölkəşünaslar, mədəniyyətşünaslar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM