Cəmiyyətdə ağır fəsadlarla nəticələnən dəm qazından zəhərlənmə hallarına mütəmadi olaraq rast gəlinir. Əfsuslar olsun ki, bəzən bu hadisələr bütöv ailənin ölümü ilə də nəticələnir. Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin, eləcə də digər aidiyyəti qurumların profilaktik və maarifləndirmə tədbirlərinin keçirilməsinə baxmayaraq, vəziyyət öz ciddiliyini qoruyur.
Dəm qazından zəhərlənmə hallarından özünüqoruma, intoksikasiya baş verdikdə onun əlamətləri və təxirəsalınmaz ilkin yardım haqqında Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyev universitetin mətbuat xidmətinə məlumat verib.
Həkim deyib: "Son illər Azərbaycanda dəm qazı və yanacaq məhsullarından zəhərlənmə hallarında ötən illərə nisbətən artma müşahidə olunur. Bu vəziyyəti yalnız Azərbaycana şamil etmək düzgün deyil. Belə ki, ABŞ-da hər il dəm qazından 10 mindən çox zəhərlənmə hadisəsi qeydə alınır. Avropa ölkələrində isə bu, alkoqollu içkilərdən zəhərlənmələrdən sonra ikinci yeri tutur.
Dəm qazından zəhərlənmə yüngül, orta və ağır dərəcələrdə olur.
Yüngül dərəcədə qanda karboksihemoqlobinin səviyyəsi 15-30 faiz təşkil edir. Bu zaman ümumi toksiki simptom olaraq başağrısı, qulaqlarda səs, başgicəllənmə, ürəkbulanma, təngnəfəslik, boğazda acışma, quru öskürək, ürək nahiyəsində xoşagəlməz hisslər meydana çıxır. Bu zaman adətən huşun itirilməsi müşahidə olunmur.
Qanda karboksihemoqlobinin səviyyəsi 30-40 faiz olduqda artıq orta dərəcəli zəhərlənmə hesab edilir. Bu zaman yorğunluq, xüsusilə aşağı ətraflarda artan zəiflik, görmə və eşitmədə pozuntular, şüur dolaşıqlığı, ürək ritminin pozulması, döş nahiyəsində ağrılar, qıcolmalar meydana çıxır. Dəm qazından orta dərəcəli intoksikasiyanın fərqləndirici cəhəti qısa müddətlik huşun itirilməsidir. Dərsliklərdə təsvir olunan və qanda karboksihemoqlobinin olması ilə bağlı yaranan dəri və dodaqların albalı-qırmızı rəngə boyanmasına nadir hallarda təsadüf edilir.
Ağır dərəcəli intoksikasiya zamanı qanda karboksihemoqlobinin səviyyəsi 40-50 faizədək yüksəlir. Bu zaman insan koma vəziyyətinə belə düşə bilər. Ağciyərlərdə toksiki pozuntular səbəbindən rabdomioliz sindromunun yaranması mümkündür.
İntoksikasiyanın fəsadlarına gəldikdə isə yüngül dərəcəli zəhərlənmədə belə baş ağrıları və digər simptomlar bir qədər sonra yeni qüvvə ilə təkrar olunur. Bəzi xəstələrdə isə müalicəyə baxmayaraq, təxminən iki həftə sonra gecikmiş nevroloji fəsadlar yarana bilər. Bu, düşüncə qabiliyyətinin və yaddaşın zəifləməsi, baş ağrıları, əzələlərdə zəiflik və əsmə ilə özünü büruzə verən, induksiyalanmış və təxirə salınmış neyropsixi sindromdur.
Bəziləri düşünür ki, dəm qazının spesifik iyi var. Lakin, bu belə deyil, dəm qazının heç bir iyi və rəngi yoxdur.
Zəhərlənmə hallarında zaman çox böyük rol oynayır. Adətən zəhərlənənlər qazın onları "tutduğunu" hiss etdiklərini deyirlər. Lakin, yadda saxlamaq lazımdır ki, zəhərlənmənin birinci simptomlarının hiss edildiyi andan huşun itirilməsinə qədər olan dövr çox qısadır. Bəzən bu, bir dəqiqədən də az ola bilər. Bu səbəbdən də, simptomlar hiss edildikdə həmin yeri dərhal tərk etmək lazımdır.
Zəhərlənmə zamanı ilkin yardım kimi xəstəni dəm qazının çox yığıldığı yerdən təmiz havaya çıxartmaq və ağız boşluğunu təmizləyərək tənəffüs yollarının keçiriciliyini bərpa etmək vacibdir. Komatoz vəziyyət zamanı isə ağız boşluğuna hava ötürən boru yerləşdirilir.
Dəm qazı zəhərlənmələri zamanı antidot kimi, üzə kip bağlanılmış maska vasitəsilə 100 faizli oksigen tətbiq olunur. Huşu itmiş xəstələrdə intubasiya aparılmalı və 100 faizli oksigenlə ağciyərlər süni ventilyasiya edilməlidir.
Əlavə müalicə üsulları kimi infuzion, vitamin, kəhrəba turşusu və simptomatik terapiya tətbiq edilir. Bundan başqa, həkim arterial hipotenziyanın və ürək ritminin dəyişmələrinin korreksiyasına, qıcolmaların aradan qaldırılmasına yönəlmiş terapiyanın aparılmasına hazır olmalıdır. Bir çox xəstələrə isə həkim nevropatoloqun məsləhəti tələb olunur.
Zəhərlənmələrə qarşı ilk profilaktik tədbir işlədilən qaz cihazlarının təyinatı üzrə istismar qaydalarının nəzərə alınmasıdır. Binaları isitmək üçün təhlükəsizlik standartlarına cavab verməyən sobalar və plitələrdən istifadə olunmamalıdır. Daşına bilən qaz plitələri yalnız küçə şəraitində istifadə oluna bilər. Yanacaqla işləyən elektrik generatorlarından qapalı məkanlarda istifadə etmək olmaz.
Qaz cihazları olan otaqlarda dəm qazının səviyyəsini müəyyən edən analizatorların quraşdırılması çox yaxşı olardı. Bu, qiyməti çox baha olmayan və etibarlı cihazlar dəm qazının təhlükəli konsentrasiyasını aşkar etdikdə uca səs siqnalı verir.
Ümumiyyətlə, təhlükəsizlik texnikasının çox da mürəkkəb olmayan qaydalarına riayət etməklə özünüzü və yaxınlarınızı bu ağır, bəzən də ölümcül zəhərlənmədən qoruya bilərsiniz".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM