Başı kəsilən əfsanəvi general Məhəmməd Tağı Pisyan kim olub?

09:51 / 21.06.2014

Bu gün Güney Azərbaycanın tanınmış hərbçilərindən olan general Məhəmməd Tağı Pisyan təəssüf ki, haqqında çox az danışılan və yazılan tarixi şəxsiyyətlərimizdəndir. Onun zəngin həyat və fəaliyyətinin təbliği bugünkü gənclik üçün hava-su kimi lazımdır. Belə qəhrəman şəxsiyyətlərimiz gənclərimiz üçün hər zaman örnək olmalıdır. General Məhəmməd Tağı Pisyan haqqında söhbət etmək üçün İsveçdə yaşayan «Azadtribun.net» saytının rəhbəri Babək Azəriyə müraciət etdik. Babək Azəri ilə söhbətləşməni oxucularımıza təqdim edirik: 


- Babək bəy, Məhəmməd Tağı Pisyanın şəxsiyyəti, mübarizəsi barədə Sizdən məlumat almaq istəyirik...

- Məhəmməd Tağı Pisyan Təbrizdə türk ailəsində dünyaya göz açıb. Yüksək rütbəli hərbiçi olduğuna görə, Güney Azərbaycanda onu «Təbrizli General» kimi tanıyırdılar. O, Almaniyada yaşayanda yeni osmanlılarla əlaqə saxlayıb və özünü Azərbaycan türkü kimi təqdim edib. Elə bu səbəbə görə, türklər onu «Azərbaycanlı general» deyə çağırırdılar. Onun dövründə İran hökuməti vətəndaşların can və mal təhlükəsizliyin lazımınca qoruyub saxlaya bilmirdi. Elə bu səbəbə görə, İranda yaşayan xalqlara can və mal təhlükəsizliyi bir nömrəli məsələyə çevrilmişdi. Məhəmməd Tağı Pisyan qətiyyətli hərbiçi və çevik siyasətçi kimi vətəndaşların can və mal təhlükəsizliyin qoruyub saxlamaqda böyük qabiliyyəti vardı. Elə buna görə, o zaman bu şəxsiyyət haqqında hamı deyirdi: «Məhəmməd Tağı Pisyan hər hansı bir yerdə təhlükəsizlik məsulu olsa, o yerdə qız uşağı gecə yarısı başında qızıl xonça tək-tənha aləmi gəzər». Bundan əlavə, Pisyan topluma yeni idarəetmə sistemi gətirdi. Misal üçün, Xorasan vilayətində dövlət məktəbləri, banklar, vergi sistemi, ədalət komitəsi və s. yaratdı. Bütün bunların nəticəsi olaraq Pisyan ancaq Azərbaycanda yox, əslində bütöv İranda çox şöhrət qazandı. Əlbəttə, onun barəsində çox sözlər demək olar və düşünürəm ki, qeyd etdiyim fikirlərim oxucularımızda bu şəxsiyyət haqqında fikirlərin formalaşmasına kömək edəcək. 

- Almaniyanın məşhur generalı Hindinburq Məhəmməd Tağı Pisyana maraq göstərməkdə əsas məqsədi nə idi? 

- O zaman İranda mərkəzi hökumət çox zəif idi, dünya ictimaiyyəti Məhəmməd Tağı Pisyanı gələcəkdə bir güclü hərbi və siyasi lider kimi görürdü. Elə bu səbəbə görə, bir çox dünya ölkələrinin liderləri çalışırdılar ki, Pisyanla yaxın əlaqə saxlasınlar. Elə buna görə də, onun bir çox tanınmış siyasi və hərbi şəxsiyyətlərə yaxın əlaqəsi vardı. Çünki, o, alman və ingilis dillərin bilirdi. Amma alman generalını, xüsusi olaraq Məhəmməd Tağı Pisyanın hərbçilik qabiliyyəti maraqlandırırdı. Belə nəql edirlər ki, Pisyanın Həmədanda rus ordusu üzərində qələbə qazanması alman generalının heyrətinə səbəb olub. Bu hadisədən sonra alman general ilə Pisyan arasında yaxın əlaqə, hətta dostluq rabitəsi yarandı və alman general Məhəmməd Tağı bəyi Almaniyaya dəvət etdi.

- Tarixi mənbələrdə onun Azərbaycan türkü olması təsdiqlənibmi? 

- Biz tarixi qaynaqlardan danışanda əsas azərbaycanlıların yazdıqları qaynaqları götürməliyik. Azərbaycanlıların yazdığı qaynaqlara görə, Pisyan Azərbaycan türküdür. 2009-cu il Təbriz camaatı Məhəmməd Tağı Pisyanın xatirəsini əbədiləşdirmək üçün Təbrizin hava limanının üç yol ayrıcında heykəlini qoydular. Amma unutmamalıyıq ki, hakim millət, yəni, fars millətinə aid olan irqçi tarixçilər həmişə çalışıblar bizim tarixi şəxsiyyətlərimizin barəsində yanlış məlumat yayılmasına çalışırlar. Misal üçün, bir neçə il bundan qabaq bir irqçi fars mollası Babək Xürrəmdinin barəsində bir kitab yazıb, onun Səbzvarlı və fars olduğunu vurğulayır və bu iddiasının üzərində ciddi cəhdlə dayanırdı. O, həmçinin iddia edir ki, Babəkin həqiqi adı Abdullah və onun hərəkatı isə bir dinçi hərəkat imiş, qaldırdığı qırmızı bayraq da Kərbəlada şəhid olanların mübarizə rəmzi sayılırmış. Bu misalı çəkməkdə məqsədim bundan ibarətdir ki, biz icazə verməməliyik ki, irqçi tarixçilər öz saxta və cəfəng məlumatları ilə bizim cavanlarımızın fikir və düşüncələrinə təsir etsinlər. 

- Pəhləvi rejiminin Məhəmməd Tağı Pisyandan çəkinməsinin əsas səbəbini nə ilə bağlayırsınız? 

- Buna üç əsas səbəb var idi: Birinci səbəb ondan ibarət idi ki, Məhəmməd Tağı Pisyan İranda özünə çox yaxşı ad qazanmışdı və bununla əlaqədar ona kütlə içində böyük iman vardı. Bu nöqtəyi-nəzərdən, o, Rza şaha çox ciddi rəqib sayılırdı. İkinci səbəb bundan ibarətdir ki, o yaşayan zaman fars millətçiləri, irqçi qüvvələr Pisyanı türk olduğuna görə, onu özlərinə lider kimi qəbul edə bilmirdilər. Elə buna görə Pisyanın qarşısında fars irqçi qüvvələr Rza şahı dəstəkləyirdilər. Və nəhayət, üçüncü səbəb bundan ibarətdir ki, Pisyan Rza şah kimi bisavad deyildi, bir neçə dil bilirdi, xaricdə təhsil almışdı, sülalə və monarxiya (səltənət, istibdad) rejiminə qarşı idi və İranda cümhuriyyət yaranmasını müdafiə edirdi. Bütün bunların nəticəsində irqçı qüvvələr və onları təmsil edən Rza şah ona qarşı idilər. 

- Maraqlıdır ki, onun məzarı bir necə dəfə dəyişdirilib. Sizcə, onun məzarı rejim üçün bu qədərmi təhlükə yaradırdı? 

- Pisyan qətlə yetiriləndən sonra onun ölümü də Pəhləvi rejiminə bir böyük problemə çevrildi. Onun nəşi Məşhədə gətirildi və Xorasanlılar tərəfindən çox böyük təntənə ilə Nadir şahın məzarının yanında dəfn olundu. Beş il onun ildönümü Xorasan və Azərbaycan vilayətlərində keçirildi. Elə bu məsələ də İranın irqçi rejimin qorxutdu. Rejimin əmri ilə Məhəmməd Tağı Pisyanın qəbri açıldı, cəsədi ordan çıxarıldı və ümumi qəbiristanlığa köçürüldü. Pəhləvi rejimində belə bir qorxu yaranmışdı ki, bu kütləvi tədbir Pəhləvi rejiminə qarşı inqilaba çevrilə bilər. Onlar fikir edirdilər, Pisyanın nəşinin Nadir şahın məzarının yaxınlığında dəfn edilməsi ona xüsusi siyasi status verir və bu da İranda xalqların, xüsusən də azərbaycanlıların rejimə qarşı mübarizəsində ilham qaynağına çevrilmə təhlükəsi yaradırdı. Elə bu səbəbə görə bir neçə dəfə generalın məzarını dəyişdilər. Bundan sonra ona rəsmi şəkildə yas mərasimi keçirilməsi qadağan olundu. Amma Müsəddiq İranda baş nazir seçiləndə azərbaycanlıların, xüsusən Xorasan türklərinin istəyinə təslim olub və yenidən onun cəsədinin Nadir şahın məqbərəsinə köçürülməsinə razılıq verir. Bəziləri deyirlər ki, Məhəmməd Tatı Pisyanın son savaşı Qoçan təpələrində yox, əslində, məzarının təzədən Nadir şah məqbərəsinə köçürüləndə olub. Onun cəsədinin yenidən ora gətirilməsi ilə Pəhləvi rejiminə böyük zərbə vurdu. 

Elnur Eltürk

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM