Dondurmaya vurulan bu qatqıdan xəbəriniz var?

11:10 / 21.06.2014

 Eyyub Hüseynov: “Problem yalnız dondurmaların markalanmasında deyil, həm də tərkibindədir”
Havaların daha da istiləşməsi dondurmalara olan tələbatı artırıb. İsti havaların bəlkə də bir nömrəli qidası olan dondurma hər gün istehlak edilməsi vacib olan süd məhsulları arasında xüsusi yer tutur. Amma təəssüf ki, yaz-yay mövsümündə seçib sevə-sevə aldığımız dondurmalar arasında saxta məhsulların artdığı müşahidə edilir. Bu isə insan həyatı üçün təhlükəlidir.

Mütəxəssislərə görə, dondurmadakı yağlılıq 3 faizdən az olmamalıdır. Ekspertlər hesab edirlər ki, Azərbaycandakı dondurmaların 80 faizi quru süddən hazırlanır, 50 faizinə isə kərə yağı əvəzinə bitki yağı vurulur. Dondurma satışda 5 gün qala bilər, ancaq bir aya qədər saxlanılır. Bir neçə gün əvvəl İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “S.A.B.A. Şirkəti” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə, istehlakçıların çaşdırılmasına səbəb olan dondurmaların istehsal edildiyi müəyyən olunub. 

Nazirliyin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, yoxlama zamanı "Charlie", "Saturn" və "Lunnıe Noçi" əmtəə nişanlı dondurmaların ön tərəfindəki markalanma məlumatlarının, habelə "Stakanik", "Ice dream", "SSSR" və "QOST" adlı dondurmaların adları və ön tərəfindəki markalanma məlumatlarının istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada yalnız xarici dildə verildiyi müəyyən edilib. Bundan başqa, "Saturn" əmtəə nişanlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə məlumatın verilmədiyi, "Baton" karamelli və "Lovetta" adlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi aşkarlanıb. Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "S.A.B.A. Şirkəti" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Biz də bu dondurmaların satışda olub-olmadığını öyrənmək üçün bir neçə ərzaq mağazasına baş çəkdik. Satışda müxtəlif adda, o cümlədən SSRİ dondurmasına da rast gəldik. Satıcıdan bu dondurmanın harada istehsal olunduğunu soruşduq. O, SSRİ  dondurmasının harada istehsal olunmasından xəbərsiz olduğunu dedi. Mağazalarda daha çox yerli və Türkiyə istehsalı olan dondurmalara rast gəldik. Rusiya istehsalı olan dondurmalar isə azlıq təşkil edirdi. Satıcılar daha çox yerli dondurmaların satıldığını dedilər. Ancaq bəzi dondurmalar vardı ki, onların istehsal tarixi yox idi. Satıcıdan dondurmanın istehsal tarixinin niyə olmadığını soruşduqda isə o, dondurmaların firmadan o cür gəldiyini və istehsal tarixinin olub-olmamasına diqqət etmədiklərini bildirdi.  

Bu cür saxta, rus adları olan və istehsal tarixi olmayan dondurmalarla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da fikrini aldıq. E.Hüseynov dondurmaların həm markalanmasında, həm də tərkibində problemlər olduğunu dedi: “Mənim Londondan qonağım gəlmişdi. O, SSRİ dondurmasını görən kimi gedib onun şəklini çəkdi. Təəccüblə məndən soruşdu ki, Azərbaycan vətəndaşları SSRİ-dən ötrü yəni bu qədər çox darıxıblar ki, dondurması brend kimi ortalığa çıxıb? Mən çox pis oldum. Əlbəttə ki, bu mənim pis işləməyimin nəticəsidir. Çox təəssüf ki, ölkədə istehlakçılar üçün məlumat standartı yoxdur. Baxmayaraq ki, Elmlər Akademiyasında bu işlərə, markalanmaya nəzarət edən qurum var, o da neçə illərdir bir iş görə bilməyib. İndi Qulu Məhərrəmli Elmlər Akademiyasında monitorinq qrupunun rəhbəri təyin olunub. Tanınan jurnalist Qulu Məhərrəmli din normalarının gözlənilməsi və markalanma mərhələsində ciddi dəyişikliklər aparacaq. Bizim əməkdaşlığımız da başlayacaq. Problem yalnız dondurmaların markalanmasında deyil, həm də tərkibindədir. Hər həftə bizə istehlakçılar tərəfindən dondurmaların keyfiyyəti barədə 5-6 telefon zəngi daxil olur. 

Dondurmaların ərzaq məhsulu olaraq son mühüm parametrlərindən biri yararlılıq və saxlanma müddətidir. Dondurmaların mənfi 18 dərəcədən yüksək olmayan temperaturda saxlanma şkalası belədir: Süni dondurmalar 1 ay, qaymaqlı dondurmalar 1,5 ay, plombirlər 2 ay,  pirojna, tort və kekslər 15 gün, meyvəli, giləmeyvəli və aromatik dondurmalar isə 1, 5 ay müddətində saxlana bilər. Lakin mənfi 18 dərəcədən aşağı temperaturda dondurmanın ən çox saxlanma müddəti 10 ay ola bilər. Bu, standartların müəyyən etdiyi normalardır. İstehlakçılar bilməlidir ki, dondurmanı dilin üstünə qoyanda təzə qaymaq dadı verməlidir. Çünki süd məhsuludur. Lakin Azərbaycanda satılan dondurmaların 70 faizinə standartların əksinə olaraq yağlılığını artırmaq üçün kərə yağı əvəzinə piylər, marqarinlər və bitki yağları qarışdırılır. Ona görə də boğazda acılıq dadı verir”.

E.Hüseynov 8-ə yaxın dondurma sexində monitorinqlər apardığını dedi: “Biz monitorinqlər apardıq və yalnız “İceland” dondurma sexinin qida təhlükəsizlik nişanına uyğun gəldiyini müəyyən etdik”./musavat.com/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM