Əksər hallarda küçə kənarlarında park edilmiş avtomobillərdə uşaqların tək qalması halları ilə rastlaşırıq. Hər hansı iş səbəbi ilə uşağını avtomobildə nəzarətsiz qoyan və qısa müddətdə dönəcəyini söyləyən valideyn elə həmin zaman kəsiyində bu riski üzündən övladının başına gələ biləcək bədbəxt hadisə ehtimalları barədə düşünmür. Uşaqlar üçün real təhlükənin baş verməsinə zəmin yaradan belə hallar valideyn məsuliyyətsizliyinin bir nümunəsidir.
Rusiyada belə halların qarşısını almaq üçün avtomobil salonlarında 7 yaşadək uşaqların tək saxlanılmasına qadağa qoyulub. Bununla bağlı ölkə qanunvericliyinə edilmiş dəyişikliyin məqsədi uşaqların təhlükəsizliyini təmin etmək və valideynlərin məsuliyyətini artırmaqdır.
Yeri gəlmişkən qeyd edək ki, ötən il Türkiyədə maşında tək qalan 2 uşaq dünyasını dəyişib. Hadisələrin hər ikisi birbaşa valideynlərin məsuliyyətsizliyi səbəbindən olmasa da, böyüklərin məsuliyyətsizliyi, diqqətsizliyi səbəbindən baş verib. Belə ki,Türkiyənin İzmir şəhərində 3 yaşlı uşaq məktəbəqədər müəssisənin maşınında yaddan çıxaraq qalıb və nəticədə uşaq havasızlıqdan dünyasını dəyişib. Digər oxşar hadisə isə Türkiyənin Şanlıurfa adlanan bölgəsində baş verib. Böyüklərin nəzarətindən yayınan 4 yaşlı uşaq əmisinin avtomobilinə girərək burada yatıb və sonda havasızlıqdan dünyasını dəyişib.
Milli Məclisin deputatı Musa Quliyev Trend-ə bildirib ki, xoşbəxtlikdən Azərbaycanda indiyədək avtomobildə tək qalan uşaqların başına hər hansı bədbəxt hadisə gəlməyib. Bununla belə, uşaqların avtomobildə tək saxlanılmasını çox təhlükəli sayan deputat uşaqların nəinki maşınlarda, eləcə də bütün yerlərdə nəzarətsiz qoyulmasını düzgün saymayıb: "Uşaq tək qaldıqda özü qapını açaraq hara isə gedə bilər. Digər tərəfdən, valideynlər isti günlərdə kondisioneri işlədə-işlədə qoyub gedirlər. Bu da uşağın zəhərlənməsi baxımından çox təhlükəlidir. Bütün bunları nəzərə almaqla demək olar ki, uşağı yalnız avtomobildə deyil, ümumiyyətlə, bütün yerlərdə nəzarətsiz qoymaq olmaz”.
M.Quliyev əlavə edib ki, Azərbaycanda yetkinlik yaşına çatmayanların təhlükəsizliyi ilə bağlı məsələlər qanunvericlikdə öz əksini tapıb.
Onun sözlərinə görə, Azərbaycanda qanunvericilikdə uşağın nəzarətsiz qalmasına görə cərimə sanksiyasının olması alqışlanan haldır.
Deputat bu fikirdədir ki, bu, həm uşağı qorumaq üçün atılan, həm də valideynin məsuliyyətini artıran bir maddədir.
Ekspert Ərşad Hüseynov bildirib ki, hazırda Azərbaycan qanunvericiliyində avtomobillərin salonlarında uşaqların tək saxlanılması ilə bağlı qadağa yoxdur.
Belə bir qadağanın olmamasını həmin məsələnin indiyədək gündəmə gətirilməməsi, aktuallaşdırılmaması ilə izah edən Ə.Hüseynov əlavə edib ki, belə bir qadağanın qoyulması məsələsinə gələcəkdə baxmaq olar.
Avtomobillərdə uşaqların tək saxlanılmasını azyaşlıların həyatı üçün böyük risk sayan ekspert bu məsələdə valideynlərin, böyük yaşlıların öz məsuliyyətini başa düşməsini vacib sayıb:
"Valideynlər, böyüklər uşağı avtomobildə tək qoymalı deyillər. Getdikləri zaman uşağı da özləri ilə götürməlidirilər. Avtomobillərdə uşaqların nəzarətsiz qalması onların özləri üçün çox böyük təhlükədir. Çünki avtomobildə hər hansı nasazlıq, yanğın və digər hadisələr baş verə bilər. Bu zaman da uşaq köməksiz vəziyyətdə qala bilər. Digər tərəfdən, uşaq avtomobildə tək qaldıqda onun işinə müdaxilə edə və avtomobili duracaq vəziyyətindən çıxara bilər. Yaşı 7-dək olan uşaqlar bunu asanlıqla edə bilərlər”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib ki, Azərbaycan qanunvericliyinə görə, 15 yaşadək uşaqların sürücünün yanında əyləşməsi qadağandır: "Əgər yaşı 15-dək olan uşaq sürücünün yanında əyləşibsə, bu zaman sürücü 30 manat cərimə olunur. Yaşı 12-dək (12 yaş da daxil olmaqla) olan uşaqların arxa oturacaqda əyləşməsi üçün xüsusi oturacaq olmalı və belə yaşda olan uşaqlar üçün xüsusi təhlükəsizlik kəmərindən istifadə olunmalıdır. Buna əməl etməyən valideynlər İnzibati Xətalar Məcəlləsi əsasında 3 bal və ya 60 manat cərimələnirlər".
Konkret olaraq, avtomobildə uşaqların nəzarətsiz saxlanılmasına gəldikdə, A.Veysəlova qeyd edib ki, Azərbaycan qanunvericiliyində valideynlər üçün təkcə bu hala görə məsuliyyət müəyyənləşdirilməyib: "Qanunvericilikdə ümumilikdə uşaqların təhlükəli şəraitdə saxlanılmasına görə valideyn məsuliyyətləri müəyyənləşdirilib. Valideyn məsuliyyəti Azərbaycan Respublikası Konstitusiyası, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənir. Uşaqların, xüsusilə həddi-buluğa çatmamış azyaşlıların nəzarətsiz qoyulması ilə bağlı İnzibati Xətalar Məcəlləsində, eyni zamanda Cinayət Məcəlləsində valideynlər üçün məsuliyyət növləri müəyyən olunur. Məsələn, ana 1 saatlıq mağazaya getdiyini deyir. Bu saatda da uşaq oyanır, qazı açır, qazın iyi mənzilə dolur və uşaq zəhərlənir. Yaxud hər hansı istirahət yerində valideyn uşağı nəzarətsiz oynamağa göndərirsə, sonra hər hansı hadisə baş verirsə, bu hala görə də valideyn məsuliyyət daşıyır. Çünki uşaq valideyninin müşayiəti altında oynamalıdır. Yalnız avtomobil salonunda tək qalmağa deyil, bütün bu hallara görə İnzibati Xətalar Məcəlləsində olan maddədə qeyd edilir ki, uşağın təhlükəsizliyi üçün valideyn məsuliyyət daşıyır, bu məsuliyyəti yerinə yetirmədikdə cərimələnir”.
A.Veysəlova qeyd edib ki, təəssüf ki, hələ də uşaqların nəzarətsiz qalması hallarına rast gəlinir: "Qanunvericilikdə uşaqların təhlükəsizliyi məsələsi öz əksini tapıb. Uşaqlarla bağlı qanunvericilik təkmilləşdirilir. Amma eyni zamanda, valideynlər arasında hüquqi maarifləndirmə işinin daha da gücləndirilməsinə ehtiyac var. Çünki bir çox hallarda valideynlər etdikləri məsuliyyətsizliklərə görə onları hansı məsuliyyətlərin gözlədiyini bilmirlər. Biz məktəblərdə valideynlərlə görüşlər keçirəndə bunu bir daha müşahidə edirik. Bu məsələlərlə əlaqədar fəaliyyəti daha da gücləndirmək üçün xüsusi broşuralar hazırlamışıq və onları məktəblərdə valideynlərə paylayırıq”.
A.Veysəlova əlavə edib ki, Azərbaycanda valideyn məsuliyyətsizliyi dedikdə, bir çox hallarda bunun yalnız anaya şamil olunduğunu fikirləşirlər: "Lakin valideyn məsuliyyəti yalnız anaya aid deyil. Burada atanın da məsuliyyəti var. Bəzən görürsən ki, uşaq hər hansı təhlükə ilə üzləşdikdə günahkar olaraq, ən çox ana qınaq obyektinə çevrilir. Burada hər iki valideynin məsuliyyəti eynidir. Əgər ana evdə hər hansı işlə məşğul olursa, bu zaman ata uşağı təhlükədən qorumaq üçün ona nəzarət etməlidir”.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM