Abxaziyada erməni-abxaz qarşıdurması: ermənilərin qeyri-adi "mədəni muxtariyyət" və ərazi tələbləri

11:36 / 21.01.2018

XX əsrin 80-ci illərinin sonunda Azərbaycanın Dağlıq Qarabağ ərazisində separatçılıq hərəkatına başçılıq edən erməni təşkilatı "Krunq'' indi də BMT-nin qanunvericiliyinə əsasən Gürcüstanın ərazisi hesab olunan Abxaziyada "ermənilərin milli-mədəni muxtariyyəti''nin yaradılması ilə əlaqədar müraciət yayıbdır. Müraciətdə deyilir: "Abxaziya dünyanın kiçik, lakin çoxmillətli ölkələrindən biridir. Qədim zamanlardan erməni əhalisi Abxaz dövlətinin təşəkkülündə fəal iştirak etmişdir. Abxaziyadakı ermənilər öz qonşuları olan abxazlarla Bizans imperiyasına, ərəblərə və Türkiyəyə qarşı vuruşmuşlər. Biz ermənilər Abxaziyanın sərhədlərini Suram Kedaya qədər genişləndirmişik. Rusiya imperiyası dövründə bizim hüquqlarımız pozulmuş, əhalimizin mədəni inkişafına mane olunmuş, erməni dilində məktəblərin açılmasına qadağa qoyulmuşdu. Ona görə də burada erməni kilsələrinin tikilməsi də qeyri-mümkün olmuşdur''. Müraciətdə həmçinin bildirilir ki, erməni əhalisi "gürcü faşizmi'' ilə mübarizədə fəal iştirak etmişdir. "Minlərlə erməni Abxaziyanın qəhrəmanına çevrildi, lakin onlar ölkənin müstəqilliyindən sonra yeni abxaz faşizmi ilə üz-üzə qaldılar'' [1]. "Böyük və əməksevər erməni əhalisi hələ də abxaz hökümətinin basqısına məruz qalır. Qubernatorlar Abxaziyadakı erməni əhalisinin sayını azaltmağa çalışır, bizə kilsə tikmək imkanı vermir, erməni məktəblərinin, teatrlarının, mədəniyyət mərkəzlərinin tikintisinə yol vermirlər'' [1] – deyə sənəddə qeyd edilib. Həmçinin bildirilir ki, "Yerli xalqların milli mədəni muxtariyyətə malik respublika elan etmək hüququ vardır'' [1].

Milli-mədəni muxtariyyətin yaradılmasında əsas məqsəd ermənilərə xarici və daxili ticarətdə azad qərarlar qəbul etmək, siyasi məsələlərlə bağlı sərbəst şəkildə müqavilələr bağlamaq hüququ verilməsinə, onların milli kimliyinin qorunmasına, erməni dilinin, mədəniyyətinin inkişafına, erməni gənclərinin təhsil almaq hüququnun reallaşmasına nail olmaqdır. Sənəddə həmçinin bir məqam da vurğulanıb ki, ermənilər Abxaziyada yaşayan milli azlıq hesab olunmadıqlarından belə bir muxtariyyətin tələbi qənaətbəxşdir və onlar Qulripş, Oçamçir, Tkvarçeli rayonlarının muxtariyyətini tələb edirlər. Qeyd etmək lazımdır bu müraciət Abxaziya parlamentində erməni deputatları L.Qallustiyan və R.Yailiyan tərəfindən müzakirəyə çıxarılacaq.

Bu günlərdə artıq de-fakto olaraq Abxaziyada erməni-abxaz qarşıdurması baş verməkdədir. Ermənilər separatçılıq fəaliyyətlərini daha da gücləndirir, Abxaziyanın daxili işlərinə fəal şəkildə müdaxilə edirlər.Bunu işğal olunmuş Abxaziyanın "Ayidgilara'' təşkilatının sədri Aydemir Xişba da təsdiq edir. O, kavkazplus.com saytına verdiyi müsahibəsində Abxaziyada yaşayan erməniləri respublikanın daxili işlərinə fəal şəkildə qarışmaqda günahlandırır. "Abxaziyanın müstəqilliyi uğrunda mübarizədə buradakı ermənilər fəal iştirak edirdilər. O zaman onlar etnik gürcülər və meqrellərə qarşı amansız rəftar edirdilər'' [2] – deyə Xişba qeyd edir. Sədrin sözlərinə görə, "yerli'' abxazların fikrincə, ermənilər Abxaziyanın müstəqilliyi uğrunda "mübarizə'' aparıblar. "İndi onların əsil iç üzü açılıb. Abxaziyadakı ermənilər bütün iqtisadi fəaliyyət sahələrini ələ keçirməklə dövlət şirkətlərini idarə edirlər'' [2] – deyə Xişba qeyd etmişdir. O, həmçinin bildirmişdir ki, Abxaziya parlamentinin erməni deputatları işğal olunmuş ərazinin siyasətinə fəal qarışır, Gürcüstan vasitəsilə Abxaziya ilə Rusiya arasında dəmiryolunun çəkilməsini dəstəkləyirlər. "Abxaziyanın siyasi qüvvələri bu məsələyə qarşı çıxmalarına baxmayaraq "Abxaz Dəmiryolu Konsorsiumu'' adlı layihə mövcuddur ki, bu layihə vasitəsilə Abxaziyadakı ermənilər bütün dəmiryolunun Moskva iş adamlarının əlinə keçməsinə çalışırlar'' [2]. Xişba hesab edir ki, ermənilər Abxaziyada bu planı həyata keçirmək üçün lazımi məqamın gəlməsini gözləyirlər. Əhalinin sayına görə, bu gün yerli abxazlara nisbətən ermənilərin sayı daha artıqdır. "Ayidgilara'' təşkilatının sədri Aydemir Xişba deyir ki, hazırda Abxaziyada 100 min erməni yaşayır, abxazların sayı isə gündən-günə azalmaqdadır. "Biz "Ayidgilara''nın üzvləri abxazlara əvvəlcədən xəbərdarlıq etmək istəyirik ki, ermənilər həmişə Qara dəniz sahillərinə can atmaq istəyiblər və onlar indi bu məqsədlərinə daha yaxındırlar. Artıq Abxaziyanın daxili siyasətində erməni faktoru var. Nəyə görə biz özümüz üçün mübarizə aparmayaq? Sizə elə gəlmirmi ki, Abxaziyada abxazlara nisbətən ermənilərin məktəbi sayca daha artıqdır? Artıq abxazların bu məsələ ilə bağlı lazımi addım atmağının vaxtı gəlib çatmışdır'' [2] – deyə Aydemir Xişba qeyd etmişdir.

''Кавказ'' qəzeti bildirir ki, müharibədə gürcülərə qarşı 1992-1993-cü illərdə fəal iştirak etmiş Baqramyan batolyonunun əsas məqsədi Abxaziyada erməniləri kütləvi şəkildə yerləşdirmək olmuşdur.

Vahid Ömərov,

AMEA Qafqazşünaslıq İnstitutu Gürcüstanşünaslıq şöbəsinin müdiri

Mənbə:

1. სომხები საკუთარი ავტონომიისთვის აფხაზეთის ნაწილს ითხოვენ17.01.2007http://www.postalioni.com/2017/01/%E1%83%A1%E1%83%9D%E1

2. დაპირისპირება დეფაქტო აფხაზეთში "სომხები აფხაზეთის საქმეებში სულ უფრო აქტიურად ერევიან”/ 11.02.2016http: //kvira.ge/235873


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM