Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun Budağı” əməliyyatı ölkə ictimaiyyəti, eləcə də bölgədə sülh və sabitlik tərəfdarı olan xarici qüvvələr tərəfindən ciddi şəkildə dəstəklənməkdədir.
Qeyd etmək lazımdır ki, Azərbaycanda bu əməliyyata rəsmi şəkildə göstərilən dəstək və ictimaiyyətin rəyi də Türkiyədə böyük rəğbətlə qarşılanıb. Yerli KİV-lər, o cümlədən Türkiyənın aparıcı televiziya kanalları Azərbaycan Xarici İşlər Nazirliyinin “Zeytun Budağı” əməliyyatı barədə açıqlamasına dair informasiyanı geniş şəkildə yayıb. Yerli media Azərbaycanın bu dəstəyini qardaşlıq münasibətinin təzahürü kimi təqdim edib.
Rəsmi məlumata görə, “Zeytun Budağı” əməliyyatı Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarını zərərsizləşdirmək məqsədi ilə həyata keçirilir. Bu bölgədəki terrorçu qruplaşmalar təkcə Türkiyə üçün yox, Suriyanın yerli əhalisi, eləcə də regionun digər ölkələri üçün də ciddi təhlükə mənbəyidir. Çoxsaylı faktlar əsasında deyə bilərik ki, xüsusilə PYD-YPG və İŞİD terror qruplaşmaları qadınları və azyaşlıları müxtəlif vasitələrlə, o cümlədən zor gücünə öz sıralarına qatmaqda davam edir. Bildirilir ki, İŞİD qüvvələrinin hazırda ən sıx yerləşdiyi məntəqə Afrin bölgəsidir.
Ən son məlumatlara görə, Türkiyə Hərbi Hava Qüvvələri və artilleriyası terrorçu qrupların düşərgə, anbar və döyüş nöqtələrinə dəqiq zərbələr endirib. Nəticəsində antiterror əməliyyatının ilk iki günündə PYD-YPG-yə məxsus 108 hədəf məhv edilib. Terrorçu hədəflərinin vurulmasına iştirak edən 72 qırıcı aerodromlara qayıdıb və bu prosesdə yerli mülki əhali arasında tələfat olmayıb.
Qeyd edək ki, yanvarın 21-də axşam saatları Türkiyənin Kilis şəhərinin mərkəzinə Suriya istiqamətindən qısa fasilələrlə dörd raket atılıb, bir neçə bina zədələnib. Raketlərdən üçü iki evə və bir iş yerinə, digəri isə boş əraziyə düşüb. Hadisə nəticəsində bir nəfər yüngül yaralanıb. Binalarda meydana gələn kiçikmiqyaslı yanğınlar söndürülüb. Ərazidə bir sıra təhlükəsizlik tədbirləri görülüb. Kilis vilayətinin bir sıra sərhədyanı kəndləri 15 gün müddətində xüsusi təhlükəsizlik zonası elan olunub. Bölgə sakinlərindən başqa, digər şəxslərin əraziyə girişinə qadağa qoyulub. Elə həmin gün günorta saatlarında isə Suriya ərazisindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb. Nəticədə 4-ü ağır olmaqla 46 vətəndaş yaralanıb. Təkcə bu iki fakt deməyə əsas verir ki, əgər Türkiyənin dövlət sərhədi qonşuluğunda terrorçu qrupların möhkəmlənməsinə imkan versə, bu, yaxın gələcəkdə böyük fəsadlara yola aça bilər.
Digər mühüm məqam ondan ibarətdir ki, ölkə ictimaiyyətində və əməliyyatlara qatılan hərbi kontingentdə böyük ruh yüksəkliyi var. Əhali quru qoşunların hərəkət etdiyi bölgələrdə küçələrə çıxaraq hərbiçiləri alqışlarla yola salıb. Bunun başlıca səbəbi Türkiyənin təxminən yarım əsrə yaxın bir zaman kəsiyində terrordan böyük əziyyət çəkməsidir. Ümumiyyətlə, Türkiyə terror səbəbindən ən çox insan itkisinə məruz qalan və maddi zərər çəkən ölkədir.
Türkiyə tərəfi antiterror əməliyyatı aparılan bölgədə mülki əhaliyə dəyə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını almaq üçün də ciddi tədbirlər görməkdədir. Əməliyyatların başladığı bir vaxtda Türkiyə Qızıl Ay Cəmiyyəti Suriya ilə sərhəd bölgələrdə düşərgələr salıb.
Bundan başqa, maddi baxımdan zəngin olan, eləcə də ictimaiyyətə təsir etmək gücünə malik dərnəklər və fondlar Türkiyə Silahlı Qüvvələrinə hər cür yardıma hazır olduqları barədə bəyanatla çıxış etməkdədirlər. Ölkənin əsas müxalifət partiyalarından olan Millətçi Hərəkat Partiyası (MHP) da bu əməliyyatlarda Türkiyə hökumətinə tam şəkildə dəstək verib. Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı MHP sədri Dövlət Baxçalı ilə görüşüb və müzakirələr aparıb. Prezident Rəcəb Tayyib Ərdoğan yanvarın 21-də Bursada yerli sakinlərlə keçirdiyi görüşdə əminliklə deyib ki, bu əməliyyat çox qısa müddətdə tamamlanacaq.
Türkiyə tərəfi yaranmış vəziyyətlə bağlı region ölkələri ilə bərabər, bölgədə maraqları olan tərəflərlə də müzakirələri davam etdirir. Xarici işlər naziri Mövlud Çavuşoğlu və İraqın xarici işlər naziri İbrahim əl-Cəəfəri Bağdadda birgə mətbuat konfransı keçiriblər. Nazirlər regional proseslər və iki ölkə arasındakı münasibətlərə dair fikir və mülahizələrini bölüşüblər.
Bundan başqa, əməliyyat barədə Suriya hökumətinə yazılı şəkildə məlumat verilib.
Sabir Şahtaxtı
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM