Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verərək 28.01.2018-ci il tarixdə vəkilliyə qəbul üzrə keçiriləcək imtahan hazırlıq işləri barədə məlumat verib.
Strategiya.az-ın xəbərinə görə, iclasda həmçinin “Vəkil vəsiqəsi”nin yeni nümunəsinin təsdiqi məsələsi müzakirə olunmuş və qərara alınıb ki, artıq vəkillərə verilən vəsiqələr 3 il müddətinə deyil, qeyri-müəyyən müddətə - vəkilin səlahiyyəti müddətinə verilsin.
Eyni zamanda iclas ərzində fərdi qaydada fəaliyyət göstərmək istəyən vəkillərin müraciətlərinə, vəkillərin mükafatlandırılması məsələlərinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul olunub.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti eyni zamanda aşağıdakı məsələləri Vəkillər Kollegiyasının üzvlərinin diqqətinə çatdırır:
Məlum olduğu kimi Vəkillər Kollegiyasının 13.01.2018-ci il tarixli iclasında aşağıdakı iki məsələ qaldırılmış və bununla bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müraciət ünvanlanması ilə bağlı qərar qəbul olunmuşdu.
Qeyd olunan problemlərin həlli ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi ilə Qeydiyyat və notariat baş idarəsi arasında əldə olunmuş razılığa görə:
1. Belə ki, notariat qurumlarında vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi üçün müvəkkillər tərəfindən vəkillərə verilən etibarnamələrin təsdiqi ilə bağlı, qanunvericilikdəki boşluqlar səbəbindən, anlaşılmazlıqlar yaranırdı.
Bu, əsasən onunla bağlı idi ki, bir sıra hallarda vəkillər notariat orqanlarına qeyd edilən məsələ ilə əlaqədar müraciət edərkən, onların üzərində bu və ya digər səbəbdən vəkilin səlahiyyətlərini təsdiq edən vəsiqələr olmurdu. Belə olan halda, notariat orqanları qeyd edilən hüquqi hərəkətin icrasını həyata keçirə bilmirdilər.
Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin cari reyestr məlumatları elektron-notariat sisteminə əlavə olunması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə təqdim olunmuşdur. Növbəti günlərdən etibarən artıq üzərində vəkil vəsiqəsi olmayan və ya vəsiqəsinin müddəti keçmiş vəkillər öz şəxsiyyət vəsiqələrini notariat orqanlarına təqdim etməklə müvafiq əməliyyatlar apara biləcəklər.
2. Məlumdur ki, vəkillər öz müvəkkillərinə hüquqi yardım göstərmək üçün onlarla müqavilə bağlayıb order alırlar. Məsləhətxanada vəkillərə verilən orderlər müdirin möhürü və imzası ilə təsdiqlənir, fərdi vəkillər isə orderləri özləri təsdiqləyirlər. Məlumdur ki, hər bir order unikal reyestr nömrəsi olan sənəddir. Təcrübədə məhkəmə təmsilçiliyi ilə bağlı orderin əsli məhkəmələrə təqdim olunur. Sonradan məhkəmədə baxılan iş ilə bağlı vəkillər sübutların toplanılması məqsədilə notariat orqanlarına sorğu verilməsi və ya təmsilçilik üzrə etibarnamənin alınması üçün həmin orderlərin surətini ya məsləhətxana müdirlərinə təsdiqlətdirir və ya fərdi vəkildirsə, özü təsdiqləyib, notariusa təqdim edir.
Lakin bu günədək notariuslar həmin orderlərin təsdiq olunmuş surətlərini “müəyyən edilmiş qaydada təsdiq olunmadığı” üçün (Qeyd: MPM-nin 73.5-ci maddəsi) qəbul etmirdilər.
Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əldə olunmuş razılığa əsasən, bundan sonra vəkil qurumlarının müdirləri və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərin özləri tərəfindən təsdiq edilmiş orderlərin surətləri notariat orqanları tərəfindən qəbul olunacaq və hər hansı əlavə notarial təsdiqə ehtiyac olmayacaq.
Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsindən verilən məlumata görə bu barədə tapşırıq ölkə üzrə bütün notariat orqanlarına ən yaxın günlərdə göndəriləcək.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM