Azərbaycandan Türkiyəyə önəmli dəstək

08:25 / 24.01.2018

Qardaş ölkənin mediası rəsmi Bakının Afrin əməliyyatına verdiyi dəstəyə geniş yer ayırıb 

Strategiya.az kaspi.az-a istinadən yazını təqdim edir.

Türkiyə üçün strateji dəyərə malik Afrin əməliyyatı dünyanın diqqət mərkəzindədir. Qardaş ölkə üçün təkcə təhlükəsizlik deyil, həm də iqtisadi baxımdan önəmli olan bu bölgə neçə gündür ki, hərbi əməliyyatlara şahidlik edir. Əksəriyyət hesab edir ki, cənubda İdlib, şərqdə Azezinin yerləşdiyi Afrin PKK terrorçularının işğalında qaldıqca, vəziyyət təhlükəli olaraq qalacaq. Belə bir mürəkkəb durumda Türkiyənin yanında yer alan, onu müdafiə edən ölkələr barmaqla sayılacaq qədərdir. 

Bütün hallarda olduğu kimi, bu dəfə də Azərbaycanda qardaş ölkənin atdığı addımları və siyasəti dəstəkləmə kampaniyası geniş vüsət alıb. Azərbaycan politoloqları, ekspertlər, millət vəkilləri sosial şəbəkələrdə yazdıqları statuslarında birmənalı olaraq Türkiyənin atdığı addımları dəstəkləyirlər. Türkiyə Suriyanın şimalındakı kürd bölgələrinin - Kobani və Afrin xəttinin birləşdirilməsi, beləliklə, özünün cənub sərhədlərində kürd qurşağının yaradılması cəhdlərini milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir. Statuslarda xüsusi qeyd edilir ki, Afrin məsələsinin Türkiyənin təhlükəsizliyi üçün xüsusi əhəmiyyəti var. Belə ki, ilk növbədə Türkiyə 911 km-lik Suriya ilə sərhədində terror ordusunun yaradılmasının qarşısını almış olacaq. Eyni zamanda PYD/YPG/PKK ittifaqının Aralıq dənizinə çıxmaq imkanlarını məhdudlaşdıracaq, özünün Hatay və Kilis bölgələrinə buradan bilavasitə gələn təhdidləri önləmiş olacaq. Suriya ilə sərhəddə 10 min km. ərazinin Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətinə verilməsi, sərhəd bölgəsində 30 km güvənli bölgənin yaradılması, terrorçuların Amanos dağlarından sızaraq Türkiyəyə keçməsinin qarşısının alınması, "Fərat qalxanı"nın güvənlyinin davamlılığı, ABŞ-ın Suriyada möhkəmlənməsinin qarşısının alınması da bu əməliyyatın başlıca məqsədlərindəndir.

Afrin ilə Kobanini birləşdirərək kürd dəhlizi yaratmaqla, Türkiyənin ərəb dünyası ilə əlaqəsinin kəsilməsinə çalışırlar. Bu səbəbdən Afrin əməliyyatı mühasirəni yarmaq baxımından önəmlidir. ABŞ və Rusiya ilə münasibətlərə gəlincə, artıq bu dövlətlər öz mövqeyini bildirib. 

Yeri gəlmişkən, rəsmi Bakı da əməliyyat başlayandan bəri qardaş ölkəyə dəstəyini nümayiş etdirib. "Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir". Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Türkiyə ordusunun Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatına münasibət bildirərkən söyləyib. H.Hacıyev deyib ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək və ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorumaq məqsədi daşıyır: "Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə çoxsaylı günahsız insanlar həlak olub. Azərbaycan Türkiyənin terror təhdidinə qarşı əsaslı təhlükəsizlik narahatlıqlarını tam şəkildə anlayır. Biz qardaş Türkiyə xalqının bir daha heç zaman xain terror hücumlarına məruz qalmamasını arzu edir və diləyirik".

Rəsmi Ankara da bu bəyanata adekvat reaksiya verib. "Türkiyə Silahlı Qüvvələri tərəfindən yanvarın 20-də PKK terrorçularına qarşı Suriyanın Afrin rayonunda başladılan hərbi əməliyyat ölkəmizin sərhədlərinin qorunması məqsədilə həyata keçirilir. Terrorçular əmin olsunlar ki, digər hərbi əməliyyatlarda olduğu kimi, Afrin əməliyyatını da Türkiyə ordusu qələbə ilə başa vuracaq". Bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yeni rəhbəri Hami Aksoy bildirib. Azərbaycanın Afrin əməliyyatlarında Türkiyəyə verdiyi siyasi dəstəkdən məmnunluqlarını vurğulayan Hami Aksoy qeyd edib ki, qardaş Azərbaycan hər zaman Türkiyənin yanındadır: "Türkiyəyə bir çox dövlətlər dəstək verir. Ancaq onların arasında qardaş Azərbaycanın bizim yanımızda olması çox vacibdir. Türkiyənin hər zaman Azərbaycana verdiyi dəstək kimi, qardaş Azərbaycan da hər an bizim yanımızda olduğunu bəyan edir. Bu bizi çox sevindirir və qardaşlığımızın bariz nümunəsidir". XİN rəsmisi deyib ki, Türkiyə hökuməti Afrin əməliyyatları ilə bağlı mütəmadi olaraq ictimaiyyətə məlumat verir: "Bu gün də Afrin əməliyyatlarının gedişatı ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri üzrə müşavirinin köməkçisi, səfir Sedat Önal media üçün mətbuat konfransı keçirəcək. Mətbuat konfransında Afrin əməliyyatları ilə bağlı ətraflı məlumat veriləcək, jurnalistləri maraqlandıran suallar cavablandırılacaq".

Onu da qeyd edək ki, qardaş ölkənin mətbuatı, telekanalları Azərbaycanın Türkiyənin keçirdiyi əməliyyata dəstək verməsini geniş şəkildə işıqlandırılıb. Nüfuzlu nəşrlər Azərbaycanın bu dəstəyinin böyük önəmi olduğunu, ölkəmizin sözün əsl mənasında qardaş və onlar üçün strateji dövlət olduğunu qeyd ediblər. Məsələn, "Sabah" qəzeti "ABD'li sözcüden Afrin açıklaması" başlıqlı məqalədə qeyd edir ki, bir sıra ölkələr, o cümlədən Azərbaycan "Zeytun budağı" əməliyyatında Türkiyəyə dəstək nümayiş etdirib. Məqalədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bəyanatı tam şəkildə əks olunub. Ən önəmlisi odur ki, Azərbaycan haqqında bəzən qərəzli, qeyri-obyektiv məlumatları öz səhifələrində yerləşdirən "Sözçü" qəzeti də rəsmi Bakının mövqeyinə geniş yer ayırıb. Bildirib ki, Türkiyə üçün zəruri dəstək rəsmi Bakıdan gəlib. "Qardaş ölkənin Xarici İşlər Nazirliyi "Zeytun budağı" əməliyyatında Ankaranın yanında olduğunu bəyan edib".

"NTV"də dərc olunan "Azerbaycan'dan Zeytin Dalı Harekatı'na destek" başlıqlı məqalədə də bu mövzudan bəhs edilib. Xüsusi qeyd edilir ki, Azərbaycan da terrordan əziyyət çəkən bir ölkədir. Bu səbəbdən də rəsmi Bakı haqlı olaraq Türkiyənin haqq işini müdafiə edib. Öz növbəsində "Haberler.com" saytı, İHA, "Anadolu" agentlikləri də məsələyə geniş yer ayırıblar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM