Güzəştli mənzillərin tikintisi dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir

16:10 / 25.01.2018

Ölkəmizdə güzəştli mənzillərin tikintisinə başlamaqda əsas məqsəd əhalinin aztəminatlı hissəsinə belə mənzilləri orta bazar qiymətindən aşağı qiymətə və uzunmüddətli kreditlə təklif etməkdir.

Təbii ki, bu addım dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi insanların mənzil problemlərinin həllinə və sosial rifahının yüksəldilməsinə yönəlib. Güzəştli mənzillərin tikintisi yeni iş yerlərinin yaradılmasına və inşaat sektorunun inkişafına da çox böyük təkan verəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılması da məhz bu aktual məsələyə xidmət edir. Artıq uyğun qiymətə mənzil tikintisi sahəsində paytaxtda xeyli işlər görülüb. Yeri gəlmişkən, bu tipli mənzillərin tikintisi nəinki Bakı şəhərində, həm də digər rayon və şəhərlərdə də aparılacaq.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan və xarici dairəvi avtomobil yolunun kənarında yerləşən Yasamal Yaşayış Kompleksinin ümumi sahəsi 11,6 hektardır. Kompleks böyük bir ərazini əhatə etməklə, çox əlverişli – şəhərin ekoloji cəhətdən təmiz bir məkanında salınır.

MİDA-nın mətbuat katibi Diana Dadaşova AZƏRTAC-a müsahibəsində bildirib ki, layihəyə görə kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin 2-bloklu 9-mərtəbəli, 12-sinin isə 1-bloklu 12-mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 31-33 kvadratmetr, ikiotaqlı mənzillərin 50-58 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetrdir.

Mənzil almaq istəyənlərin əksəriyyətinin təmirli evə üstünlük verdiyini nəzərə alaraq, bütün mənzillər vətəndaşlara tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə təklif olunacaq.

Nəzərə çatdırılıb ki, Yasamal Yaşayış Kompleksində mənzilə sahib olmaq istəyən vətəndaşlar üçün kompleks haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib. www.yasamal.mida.az  ünvanında yerləşən internet səhifə rahatlığı və funksionallığı ilə seçilir. Həmin səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin hər bir binası, eləcə də, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, interyer nümunələri, tikinti ərazisinin baş planı ilə tanış ola bilər. Vətəndaşlar üçün, həmçinin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun illik 4 faizlə verilən güzəştli ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı da yaradılıb. Xatırladaq ki, bu, ölkədə mənzil satışı ilə bağlı ən sərfəli ödəniş formasıdır.

D.Dadaşovanın sözlərinə görə, MİDA-nın müştərilərə təklif etdiyi mənzillər yerləşdiyi ərazi üzrə orta bazar qiymətindən aşağı olacaq. Məsələn, güzəştli ipoteka üzrə 30 illik kreditlə birotaqlı mənzil üçün aylıq ödəniş təqribən 130-150 manat, ikiotaqlı mənzil üçün 200-250 manat, üçotaqlı mənzil üçünsə 300-350 manat nəzərdə tutulub. Göründüyü kimi, bu qiymətlər paytaxtda kirayəyə verilən mənzillərin qiymətindən də faktiki olaraq aşağıdır.

İnternet səhifəsində Yasamal Yaşayış Kompleksinin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən amillər, yəni sakinlərin rahatlığı üçün yaradılan şərait, nəqliyyat infrastrukturu, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat da əldə etmək mümkündür. Burada, həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, “MİDA” MMC ilə əməkdaşlıq edən agent banklar və vətəndaşları maraqlandıran digər zəruri məlumatlar da yer alıb.

Yasamal Yaşayış Kompleksinin layihələndirilməsində müasir şəhərlərin aktual problemlərindən sayılan yaşıllaşdırma və infrastruktur məsələlərinə xüsusi önəm verildiyini qeyd edən D.Dadaşova kompleksin ərazisində şam ağaclarından ibarət 5 hektara yaxın yaşıllıq zonasının salındığını bildirib. Eyni zamanda, Yasamal Yaşayış Kompleksində tikilialtı sahə ərazinin 30 faizini belə təşkil etmir: ərazinin böyük hissəsi geniş həyətlər, yaşıllıq zonaları, həmçinin uşaq meydançaları, stadion və insanların rahat və sağlam yaşayışına xidmət edəcək digər infrastruktur üçün ayrılıb.

Yasamal Yaşayış Kompleksində mənzil almağın üstün cəhətlərindən söz açan MİDA rəsmisi deyib ki, layihə müəllifləri müasir şəhərsalma prinsiplərinə riayət etməklə, piyadaların və nəqliyyat vasitələrinin, o cümlədən yaşlılar, əlillər və uşaqların rahat, maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək üçün lazımi infrastruktur yaradıblar. Kompleksə 4 istiqamətdə marşrut xətlərinin çəkilməsi də nəzərdə tutulub. Belə ki, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları, 4-cü mikrorayon ərazisi, Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi, həmçinin “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkət edəcək marşrut xətləri sakinlərin mənzil başına vaxtında çatmalarına şərait yaradacaq.

Qeyd edək ki, bu sahədə digər yeniliklərdən biri də, güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşların real vaxt rejimində və şəffaf qeydiyyatının aparılması üçün “Elektron hökumət” portalında “Güzəştli mənzil” sisteminin yaradılmasıdır.

D.Dadaşova bununla bağlı bildirib ki, bugünədək “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 7600-dən artıq vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin edilib. Növbəti mərhələdə “Güzəştli mənzil” sistemində yeni satış modulu istifadəyə veriləcək. Hazırda aparılan müvafiq texniki tamamlama və test işləri yekunlaşdırıldıqdan sonra Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışı ilə bağlı elan veriləcək və vətəndaşlara mənzilləri sistem vasitəsilə seçmək imkanı yaradılacaq. Bu da ölkəmizdə mənzil satışının təşkili sahəsində bir yenilikdir. “Bu gün kompleksin 29 çoxmənzilli yaşayış binasının, məktəb, uşaq bağçası və digər sosial obyektlərinin tikintisi, habelə ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel aparılmaqdadır. Tikintidə 20-dən artıq şirkət iştirak edir, ümumi inşaat prosesinə 3000 nəfərə yaxın işçi cəlb olunub. Kompleksin ilk 15 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının konstruksiya və hörgü işləri artıq başa çatdırılıb, həmin tikililərdə tamamlama-bəzək işləri davam etdirilir. Kompleksin digər binalarının tikintisi müxtəlif icra mərhələlərində olmaqla aparılır. Yasamal Yaşayış Kompleksində ilk mənzillərinin bu ilin yay aylarında gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək”.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin uyğun qiymətə mənzil tikintisi üzrə növbəti layihəsi Bakı şəhərinin Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektarlıq ərazidə inşa olunacaq Hövsan Yaşayış Kompleksidir. Ötən müddət ərzində bu yaşayış kompleksinin ərazisi üzrə şəhərsalma əsaslandırılması hazırlanıb, binaların layihələndirilməsi işləri aparılıb.

Bu barədə məlumat verən agentliyin mətbuat katibi diqqətə çatdırıb ki, ötən ilin dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hövsan Yaşayış Kompleksinin ilk 7 mərtəbəli yaşayış binasının təməlqoyma mərasimində iştirak edib. Kompleks 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Bunlardan yeddisinin 7-mərtəbəli 18 girişli, dördünün isə 10-mərtəbəli 1 girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır.

“Hövsan Yaşayış Kompleksi ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi təmin ediləcək. Kompleksin ərazisində sakinlərinin bütün ehtiyaclarını ödəmək məqsədilə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır”, - deyə D.Dadaşova bildirib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM