Strategiya.az AzərTAc-a istinadən xəbər verir ki, 61 ölkənin nümayəndələrinin iştirak etdiyi görüşün açılışında Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, həmçinin Rusiya Federasiyası Prezidentinin Povoljye federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi Mixail Babiç çıxış ediblər.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və BMT baş katibinin müavini Yuriy Fedotov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Munun tədbir iştirakçılarına müraciətlərini oxuyublar.
Görüşdə əsas müzakirə mövzuları narkotiklərin doğurduğu qlobal təhlükə ilə mübarizə və transmilli cinayətkar qruplar tərəfindən qeyri-qanuni miqrasiyadan istifadənin qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlıq olub.
Azərbaycan Respublikasının nümayəndə heyətinə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev başçılıq edib.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə məruzə ilə çıxış edib. Çıxışda qlobal səviyyədə narkotiklərin qanunsuz dövriyyəsi sahəsindəki yeni təhlükəli meyillər qeyd olunub. Xüsusilə vurğulanıb ki, hərbi münaqişə zonalarında və "boz zonalar" adlanan - milli və beynəlxalq nəzarətin həyata keçirilmədiyi ərazilərdə narkotik istehsalının genişləndirilməsi narkobiznesin və beynəlxalq terrorçuluğun çiçəklənməsi üçün əlavə əlverişli şərait yaradır.
Qeyd olunub ki, belə "boz zonalar"dan biri Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində və ona bitişik yeddi rayonda yaranmışdır. Bunun nəticəsində Azərbaycan ilə İran arasındakı dövlət sərhədinin Ermənistan tərəfindən nəzarət edilən 132 kilometrlik sahəsi vasitəsilə Avropaya, o cümlədən Qara dəniz hövzəsi ölkələrinə güclü narkotik axını həyata keçirilir.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında görülmüş hərtərəfli tədbirlər və bu sahədə əldə olunmuş uğurlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün geniş Dövlət Proqramı" barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Baş nazir İldar Xalikov, Tatarıstan Respublikası Prezidenti Aparatının rəhbəri Asqat Səfərov, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyevlə ikitərəfli görüşlər keçirib.
Tatarıstan Prezidenti Rüstəm Minnixanov ilə görüşdə Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında sıx dostluq münasibətlərinin olduğu vurğulanıb.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidentinin ölkəmizə səfərlə bağlı dəvətini Prezident Minnixanova təqdim edib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tədbirin qlobal narkotik təhlükə və qeyri-qanuni miqrasiya ilə mübarizənin gücləndirilməsində rolunu yüksək qiymətləndirilib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM