Peşə xəstəliklərindən necə qorunaq? - MƏSLƏHƏT

17:00 / 29.01.2018

Orqanizmin möhkəmləndirilməsi, fiziki aktivliyin artırılması, hər növ stressin azaldılması... 

 

Bir çoxlarımız günün böyük hissəsini işdə keçiririk. Bəzən hətta elə olur ki, işlərin çoxluğundan yemək yeməyi belə unuduruq. Ayaqüstü yeyilən qidalar, normadan az yuxu, bütün günü ofisdə kompüter başında hərəkətsiz formada saatlarla iş... Ola bilər ki, işin forması peşələrə görə fərqli olsun, amma çoxları işləyərkən sağlamlığını o qədər də diqqətə almır. Bütün bunlar isə sağlamlığımıza mənfi təsirini göstərir, bəzən peşə xəstəliklərinin yaranmasına gətirib çıxara bilir. Hər peşə isə öz xüsusiyyətlərindən dolayı sağlamlığımızda bir xəstəlik yarada bilir. Bəs hansı peşə sahibləri hansı peşə xəstəlikləri ilə üzləşirlər? Bu cür xəstəliklərdən necə qoruna bilərik?
 
Bu suallarımıza Peşə Xəstəlikləri Klinikasının baş həkimi Sevda Xəlilova cavab verdi. O, ilk olaraq iş prosesi zamanı yarana biləcək peşə xəstəliklərindən söz açdı: "Əmək prosesində peşə zərərlərinin orqanizmə təsiri nəticəsində yaranan xəstəliklərə peşə xəstəlikləri deyilir. Bu xəstəliklər şərti olaraq 5 qrupa bölünür: kimyəvi, fiziki, bioloji amillərin, tozun və gərginliyin təsirindən yaranan xəstəliklər. Bundan başqa, etioloji qruplar da mövcuddur ki, bunlara peşə təbiətli allergik xəstəliklər aiddir".
 
Mütəxəssis bildirdi ki, adətən peşə xəstəlikləri kəskin və xroniki olur: "Xroniki peşə xəstəlikləri əlverişsiz istehsal amillərinin uzunmüddətli təsiri nəticəsində yaranır. Kəskin peşə xəstəlikləri yüksək konsentrasiyalı zəhərli maddələrin qəfildən birdəfəlik təsiri nəticəsində yaranır. Yəni, kəskin zəhərlənmələr və allergik xəstəliklər əmək fəaliyyətinin müddətindən asılı deyil. Xroniki peşə xəstəlikləri isə 10-15 il müddətində tədricən inkişaf edir".
 
Həmsöhbətim peşə xəstəlikləri ilə bağlı bəzi maraqlı məqamları da vurğuladı: "Bütün bu qeyd etdiklərimlə  yanaşı, bəzi peşə xəstəlikləri var ki, onlar hətta əmək fəaliyyətini dayandırdıqdan sonra da inkişaf edə bilir. Bunlara misal olaraq pnevmokoniozlar, peşə təbiətindən asılı olan onkoloji xəstəliklər aiddir".

 

S.Xəlilova son iyirmi il ərzində peşə xəstəliklərinin miqdarında xeyli azalma müşahidə edildiyini söylədi: "Sovet dövründə Azərbaycanda zəhərli və təhlükəli istehsal sahələrinin çoxluğu bu sahələrdə çalışanlar arasında peşə xəstəliklərinin də artmasına səbəb olub. Müasir dövrdə sovetlər dövründən miras qalmış zərərli və təhlükəli istehsal sahələrinin yeni və müasir tələblərə cavab verən istehsal sahələri ilə əvəz edilməsi, peşə xəstəliklərinin də miqdarını xeyli azaldıb". 
 
S.Xəlilova bildirdi ki, elə  peşələr var ki, ağır iş rejimi olmasa belə, zamanla o işdə işləyən əksər şəxslərin orqanizmində bənzər neqativ hallar müşahidə edilir: " Məsələn, müəllimlər, müğənnilər də peşə xəstəliyinə düçar olurlar. Onların əsas işi danışıq, oxumaqla bağlı olduğu üçün  peşə xəstəliyi səs telləri ilə bağlı olur. Hətta müğənnilərin boğazlarında "müğənni düyüncükləri" deyilən düyünlər yaranır. Uzun müddət soyuq şəraitdə ayaq üstə dayanmaq tələb edən peşələrdə çalışanlarda aşağı ətrafların varikoz damar genişlənməsi ola bilir. Psixiatrlar uzun müddət psixi xəstələrlə təmasda olduqları üçün çalışdıqları mühit, şərait onlarda peşə xəstəliyi - nevrozlar əmələ gətirir. Bu, psixoloqlara aid deyil. Laboratoriyada işləyənlər təhlükəli virus və bakteriyalarla təmas zamanı hər hansı virusa yoluxa bilərlər. Ancaq burada problemin həkim səhvindən, yoxsa şəraitdən dolayı yaranmasını araşdırmaq lazımdır". 
 
Həkimin sözlərinə görə, peşə xəstəlikləri erkən aşkar edildikdə onu tam müalicə etmək mümkündür: "Adətən belə xəstəliklərin müalicəsi üçün həmin şəxs öz peşəsindən müvəqqəti uzaqlaşdırılır. Bu müddət ərzində o, lazımi müalicə qəbul edir. Vaxtında düzgün diaqnozun qoyulması və müalicənin tətbiqi çox mühümdür. Bəzən xəstənin müalicədən sonrakı sağlamlıq durumundan asılı olaraq işçi, öz peşəsinə qayıda bilir. Xəstəliyin inkişaf etmiş və gecikmiş formalarında isə vəzifəsindən uzaqlaşdırmaqla, qismən müalicə etmək mümkündür. İşçi əmək qabiliyyətini itirdikdə isə həkim sosial ekspert komissiyasına göndərilir və əmək qabiliyyətinin itirilmə dərəcəsinin təyin edilir".
 
Mütəxəssis peşə xəstəliklərindən necə qorunmağın yolları barədə də danışdı: "Peşə xəstəliklərinin profilaktikası məqsədi ilə ilk növbədə qanunverici akt və bu kimi digər sənədlərə mütləq  riayət edilməlidir. Əsas məqamlardan biri də sanitar texniki tədbirlərin həyata keçirilməsi məsələsidir. Peşə xəstəliklərindən qorunmaq üçün iş fəaliyyəti zamanı kollektiv və fərdi qorunma vasitələri, qoruyucu geyimlər, eynəklər, əlavə qidalanmalar da çox vacibdir. Ölkəmizdə işçilər "Bədbəxt hadisə və peşə xəstəliklərinə görə" icbari sığortalanıblar. Hər bir peşənin yerinə yetirilməsində insan orqanizminə təsir göstərən amillər müxtəlif olduğu kimi, onların törətdikləri xəstəliklər də müxtəlif olur. Məhz buna görə də zərərli amillərin azaldılması, ümumi xəstəliklərin qarşısının alınması, orqanizmin möhkəmləndirilməsi, fiziki aktivliyin artırılması hər növ stressin azaldılması peşə xəstəliklərinin qarşısının alınmasının əsas yoludur". /kaspi.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM