Jurnalistlər üçün inşa edilmiş ikinci binadakı mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib - Yenilənib

17:52 / 30.01.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binadan mənzil alan KİV nümayəndələrinə yanvarın 30-da sənədlərin və açarların təqdim edilməsi mərasimi keçirilib.

 Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə keçirilən tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov iştirak edib.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli tədbirdə çıxış edərək jurnalistlər üçün tikilən ikinci binanın ötən ilin iyulunda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildiyini diqqətə çatdırıb, bu gün mənzillərin sənədlərinin və açarlarının sahiblərinə təqdim olunacağını vurğulayıb. Mənzillərin artıq yaşayış üçün tam hazır olduğunu deyən V.Səfərli jurnalistləri təbrik edib. KİVDF-nin icraçı direktoru dünyada analoqu olmayan belə bir nəcib təşəbbüsə görə bütün jurnalistlər adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə təbriklərini çatdıraraq, dövlətimizin başçısının ölkəmizdə mətbuata və jurnalistlərə daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb.

Son illər bəzi üzdəniraq jurnalistlərin Azərbaycanda media siyasətinin “iflasa uğraması” barədə əsassız fikirlər səsləndirdiklərini təəssüf hissi ilə qeyd edən Əli Həsənov həmin şəxslərin Qərbin müəyyən mərkəzləri tərəfindən ayrılan qrantlar aldıqlarını və onların maraqlarına xidmət etdiklərini diqqətə çatdıraraq deyib: “Çox təəssüf ki, bəziləri qəbahətə yol verərək Azərbaycanda media siyasətinin iflasa uğradığını bildiriblər. Məgər öz ölkəsinin vətəndaşlarını dövlətin daxilində və xaricində baş verən hadisələrlə tanış etmək istiqamətində fəaliyyət göstərən jurnalistlərə qayğı göstərmək, onların maddi-mənəvi problemlərinin həllinə yardım etmək bu qədər mənfi haldır ki, bunu dövlətin informasiya siyasətinin iflası kimi dəyərləndirirlər? İflasa uğrayan Azərbaycan dövlətinin jurnalistlərə yönəlmiş humanist siyasəti deyil, illərdir milyonlarla valyuta xərcləyib Azərbaycan mediasını öz təsiri altına salmaq istəyən dairələrin siyasətidir”.

Həmin “qrant mediası”nın nümayəndələrinin Qərbin müxtəlif mərkəzlərinin təşəbbüsü ilə “Non TAP”, yəni, Azərbaycanın strateji maraqlarına qarşı aksiya keçirmək istədiklərini vurğulayan Prezidentin köməkçisi deyib ki, xarici qrant siyasətini həyata keçirmək istəyənlərin formalaşdırmağa çalışdığı jurnalistika budur. Əgər hər hansı bir ölkənin müstəqil mediasını təsir altına alaraq onu öz dövlətinə qarşı istifadə etmək inkişaf göstəricisidirsə, Azərbaycan dövlətinə belə inkişaf lazım deyil.

Əsası “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatının sağlam təməl üzərində inkişaf etdiyini bildirən Əli Həsənov diqqətə çatdırıb ki, ölkəmizdə media siyasətinin iflasa uğradığını, müstəqil medianın məhv olduğunu deyənlər baxıb görsünlər, Azərbaycanda bu gün inzibati qaydada media üzərində təsiri olan hansısa bir dövlət qurumu varmı? Azərbaycan bəlkə bölgənin yeganə və ilk dövləti idi ki, Mətbuat və İnformasiya Nazirliyini ləğv edərək jurnalistlərin məsuliyyətini, öhdəliyini, yaradıcılıq normalarını onların özlərinin yaratdığı ictimai quruma – medianın özünütənzimləmə orqanı olan Azərbaycan Mətbuat Şurasına verdi. Bu gün Azərbaycan dövləti jurnalistlərə yardım edir. Dövlət jurnalistlərin bəlkə də çox çətinliklə, yaxud heç vaxt ala bilməyəcəyi mənzillər tikib onlara hədiyyə edir. Siz bu mənzili ala da, almaya da bilərsiniz. Əgər hansısa qüvvələr bunu Azərbaycan mediasının iflası kimi dəyərləndirirsə, əlbəttə, bu, çox böyük qəbahətdir.

1998-ci ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə mətbuat üzərində nəzarətin tamamilə ləğv edilməsinin Azərbaycanda azad medianın inkişafında mühüm rol oynadığını deyən Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev hakimiyyətinin ilk günlərindən Ümummilli Liderin mətbuata qayğı siyasətini uğurla davam etdirir. Bu gün Azərbaycanda media ilə münasibətlər şəffaf şəkildə - Azərbaycan Mətbuat Şurası vasitəsilə nizamlanır. Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına mənzillər tikilib onların istifadəsinə verilir. Bu gün Azərbaycanda yazılı mediaya da yüksək qayğı göstərilir. Çünki yazılı media hər bir ölkənin salnaməsini yaradır. Bu gün ölkəmizdə yazılı media Azərbaycan cəmiyyətinin müxtəlif sahələrdə zəngin irsinin qorunmasına xidmət edir.

Əli Həsənov bildirib ki, ölkəmizdə mətbuatın inkişafına göstərilən yüksək diqqət və qayğı, medianın sərbəst fəaliyyətinin təmin olunması istiqamətində görülən işlər Azərbaycanda media siyasətinin “iflasa uğradığını” deyənlərin qərəzli olduqlarını sübuta yetirir. 2004-cü ildən bu günə qədər Prezident İlham Əliyevin həyata keçirdiyi media siyasətindən, dövlətimizin başçısının jurnalistlərə diqqət və qayğısından hansı mətbuat orqanı müstəqilliyini itirib?! Belə hal yoxdur. Prezident İlham Əliyev bu günlərdə Davosda çıxışında da bildirdi ki, Azərbaycanda söz, mətbuat, siyasi fəaliyyət azadlığının, digər vətəndaş hüquqlarının, ictimai normaların pozulduğunu kim iddia edirsə, biz onlarla açıq dialoqa hazırıq. Belə iddiaların heç bir əsası yoxdur. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə Azərbaycan dövlətinin mediaya yardımları şəffaflaşdırıldı, sistemləşdirildi, bu proses konseptual platforma üzərində quruldu. Fondun kimə və nəyə yardım göstərdiyi şəffaf şəkildə cəmiyyətə bəyan olunur. Cəmiyyətə şəffaf şəkildə bəyan olunan siyasət yaxşıdır, yoxsa gizli şəkildə, kabinetlərdə bir-iki xarici agentlə birlikdə ayrılmış qrantlar? Belə gizli qrantların və dövlətin şəffaf yardımının fərqini hamı yaxşı bilir və əlavə izahata ehtiyac yoxdur. Odur ki, biz Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü informasiya, media, siyasi plüralizm siyasətini dövlətimizin uğurlarından biri kimi dəyərləndirir və bu siyasətə qarşı yönəlmiş ittihamları qəbul etmirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalistlərə təbriklərini çatdıran Əli Həsənov bildirib ki, dövlətimizin başçısı əhalinin, o cümlədən jurnalistlərin problemlərinin dövlət tərəfindən həll edilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Prezidentinin bu nəcib təşəbbüsləri, dövlətimizin uğurla həyata keçirdiyi nəhəng layihələr, o cümlədən TANAP, TAP və s. layihələr Azərbaycan xalqının, vətəndaşlarımızın maraqlarına xidmət edir.

2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini, həmçinin bu il növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan Əli Həsənov deyib ki, KİV nümayəndələri bununla əlaqədar təşkil olunacaq tədbirlərdə, ölkəmizin uğurlarının təbliğində, eləcə də prezident seçkilərində yüksək fəallıq nümayiş etdirəcək, jurnalistlərin dostu olan dövlətimizin başçısının ətrafında sıx birləşəcəklər.

Sonra mənzillərin sənədləri və açarları jurnalistlərə təqdim edilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM