Növbəti hərracda böyük rəqabət: 9 əmlak üzrə 31 sifariş verilib

13:50 / 30.01.2018

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yanvarın 30-da keçirilən növbəti hərracda böyük rəqabət müşahidə olunub.

Komitədən bildirilib ki, ümumilikdə bu hərracda 22 dövlət əmlakının özəlləşdirilməsinə vətəndaşlar tərəfindən 44 sifariş verilib. Bunlardan 9 əmlak üzrə 31 sifariş qəbul edilib. Sifarişlərdən 8-i isə elektron qaydada verilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi isə hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradır. Belə ki, nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması buna əyani sübutdur. Qeyd edilməlidir ki, rəqabətli keçən 9 əmlakın ilkin start qiyməti 47 min 300 manatdan 61700 manata qədər yüksəlib.

Hərraca çıxarılan nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu prosesi daha da rəqabətli edib. 11 nəfərin sifariş verdiyi "Nissan Sunny” markalı avtomobilin ilkin start qiyməti 2 min 300 manata olsa da ən son 8700 manata özəlləşdirilib. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi "Cherry Eastar” olub. 6 sifarişin verildiyi adı çəkilən nəqliyyat vasitəsinin ilkin start qiyməti 1600 manat olmasına baxmayaraq 5350 manata sahibini tapıb. Bundan başqa "Nissan Maxima” markalı avtomobil də alıcıları özünə cəlb edib. Həmin nəqliyyat vasitəsinin ilkin start qiyməti 2 min 600 olsa da ən son 5300 manata özəlləşdirilib.

Qeyd edilməlidir ki, özəlləşən kiçik dövlət müəssisəsi 47 saylı mağazadır. Yevlax şəhərində yerləşən əmlakın ümumi faydalı sahəsi 70 kvadratmetr təşkil edir. Obyekt xidmət sahəsində investor üçün yaxşı gəlir gətirə bilər.

Qeyri-yaşayış üzrə özəlləşdirilən əmlaklardan 6-ı Bakıda qalanları isə Mingəçevir şəhərində, Ağdaş və Abşeron rayonlarında yerləşir. Paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi əlverişli obyekt olmaqla investor üçün gəlir mənbəyidir. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 60 kvadratmetrdir. Eyni zamanda, Bakının Yasamal rayonunda yerləşən, sahəsi 70 kvadratmetrə yaxın olan qeyri-yaşayış sahəsi də xidmət sahəsində, ofis kimi fəaliyyət göstərməyə imkan verir. Bundan başqa ümumi faydalı sahəsi 31 kvadratmetr olan, Mingəçevir şəhərində yerləşən qeyri-yaşayış sahəsi də özəlləşən əlverişli əmlaklardandır.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Özəlləşmə prosesində 8 elektron xidmətin tətbiqi də əmlak sahibi olmaq istəyən vətəndaşları, investorları özünə cəlb edir.

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur. Ümumilikdə hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, şəffaflığın təmin olunması investorların cəlb edilməsinə istiqamətlənib.

Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, təcrübə göstərir ki, özəlləşən müəssisələrə yüksək standartlara uyğun avadanlıq gətirməklə fəaliyyəti yenidən bərpa olunur. Həmin müəssisələr yeni iş yerlərinin açılmasına, müasir xidmətlərin göstərilməsinə, rəqabət qabiliyyətli məhsul istehsalına şərait yaradır. Həmçinin bölgələrin iqtisadi potensialının artmasına, dövlət və vətəndaş mənafelərinin təmin edilməsinə də müsbət təsirini göstərir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM