Beynəlxalq münasibətlər "yeni'' çevriliş ərəfəsində
Elmi leksikonda yeni terminlərin yaranması təbii prosesdir. Başqa sahələrlə müqayisədə, beynəlxalq münasibətlərin dəyişikliyini əks etdirən yeni sözlərin yaranması müəyyən zaman tələb edir. Sadəcə linqvistik tendensiya olmayıb, bəşəriyyətin yeni mərhələyə keçid almasını ifadə edir. XX əsrin ikinci yarısında beynəlxalq münasibətlər sisteminin dinamikasını ifadə edən bir neçə yeni termin ("ikiqütblü dünya'', "soyuq müharibə'', çoxqütblülük, qloballaşma və s.) elmi dövriyyəyə daxil oldu. Həmçinin, əsas modifikator/söz kimi "post” termininin tətbiqi (postmodern, posttarix, postklassik, post-Vestfal və s.) geniş hal aldı.
Sosializm sisteminin çökməsii ilə böyük gözləntilər, ümidlər və eyni zamanda, ümidsizliklər doğuran yeni dünya nizamının formalaşması hələ də baş verməyib. Liberal kapitalizmi inkişafın son zirvəsi hesab edən "finalizm'' fəlsəfəsinin (Fukuyama) və digər proqnozların sınaqdan çıxmaması fonunda, inkişafın hazırkı tarixi mərhələsinin necə adlandırılması yönündə axtarışlar davam edir.
Son illər bir-birindən fərqli sahələrdə rast gəlinən "hibrid'' sözü, sanki baş verən epoxal dəyişikliklər dövrünün yeni simvolu olmağa iddia edir. İndiyə qədər "hibrid'' sözü əsasən biologiya ilə (lat. "hibrida'' – qarışıq) assosiasiya yaradırdı. Hazırda isə onun dünyada demək olar ki, bütün (texnoloji, siyasi, hərbi, iqtisadi, mədəni və s.) istiqamətlərdə baş verən proseslərin dərk edilməsində istifadə edilməsi diqqəti cəlb edir.
Informasiya-Kommunikasiya Texnologiyaları (İKT) inqilabı nəticəsində, hibridlər biologiyadan texnologiyaya adladı. Bu inqilabın başlıca trendlərindən biri – "hibrid texnologiyaların” yaranması və inkişafı dönməz prosesə çevrildi (məs., avtomobil markaları, həm su, həm də günəş enerjisi ilə işləyən hibrid elektrostansiyalar, həmçinin, kompyuter oyunların (məs, "Hybrid Animals''), media-saytların adı (http://hybrid.co/careers/ və s.).
Cəmi bir neçə ilə əvvəl möcüzə hesab edilən innovasiya hadisəsi baş verdi. "Hibrid materiyaya” əsaslanan "3D Rəqəmsal İstehsal”ın reallaşması – hibrid texnologiyaların, ağlagəlməz novasiyaların carçısıdır.
Beləliklə, təkanverici qüvvəsi İKT inqilabı, gen mühəndisliyi olan hibridləşmə meylləri qarşısıalınmaz prosesə çevrilib, bütün sahələri əhatə edir. Qarşıdakı onillikdə artıq insanı bütün canlılardan fərqləndirən, "intellektin hibridləşməsinə'', süni intellektin dünyaya ən böyük təhdid olacağına dair proqnozlar səslənir. Bu baxımdan, məsələ yalnız elmi-texniki xarakter kəsb etmir.
Məlum olur ki, "bəşəriyyət informasiya əsrinə daxil olar-olmaz, həm də paralel olaraq yeni – "hibrid eraya'' qədəm qoyub. Yeni reallıq – insanın nəinki həyatını, həmçinin, bütün təsəvvürlər sistemini transformasiyaya uğradır, dünyanı dərk etməyi çətinləşdirir (Thriving in the Emerging Human-Technology Civilization, by Parag Khanna and Ayesha Khanna. TED Conferences. 2012. 84 p.).
"Hibrid'' tendensiyanın ictimai və siyasi reallığa nüfuzu
Tədricən "hibrid'' sözü ictimai elmlər sahəsinə daxil oldu. "Qlobal ədalətə dair hibrid nəzəriyyə'' (Delston, Jill, "A Hybrid Theory of Global Justice". 2011), yaxud "reklam, marketinq və PR-ı birləşdirən nəhəng hibrid-metanəzəriyyə”lər formalaşdı. Mədəniyyət və incəsənətdə baş verənlərin dərkinə səy göstərildi. G. Reggionun insan və texnologiya münasibətlərinin hara aparacağını əks etdirən "Texnologiya ilə həyat. QatsiTrilogiyası'' ekranlaşdırıldı (Godfrey Reggio.The Qatsi Trilogy).
Siyasi sahəyə hibrid sözünün daxil olmasına gəldikdə, dünyada "demokratiya və azadlığın səviyyəsini "ölçən beynəlxalq monopolist'' təşkilat "Freedom House'' özünün metodologiyasında "hibrid rejimlər" kateqoriyasını icad etdi. "Azadlıq və demokratiya indeksi'' üzrə xallar/balları paylayanda demokratiyaya keçid dövrünü yaşayan ölkələr üçün "Hibrid rejimlər" göstəricisi müəyyənləşdirildi. (Democracy Score/ Regime Type:1-2.Consolidated Democracy; 3.Semi-Consolidated Democracy; 4.Transitional Government or Hybrid Regime (https://freedomhouse.org/report/nations-transit-2012/ methodology).
"Hibrid'' sözünün diffuziyası qeyd edilənlərlə bitmədi. Siyasətdən hərb elminə, oradan da xarici siyasətə və diplomatiyaya nüfuz etdi. Hərbi-siyasi reallığın "hibridləşmə'' trendində dönüş nöqtəsi Ukrayna hadisələri oldu. Onun ənənəvi müharibələrdən mahiyyətcə tamamilə fərqli olması "hibrid müharibə” kimi səciyyələndirildi. Əməliyyatların baş verməsi dinamikası (qəfil-ani alovlanması və gedişatının yeni xüsusiyyətləri – XXI əsrdə ilk dəfə tətbiq edilən yeni hərbi taktikanın-hibrid müharibə fenomeninin yaranmasından xəbər verdi.
Maraqlıdır ki, "hibrid müharibə'' termini Ukrayna hadisələrindən hələ on il əvvəl mövcud idi. Termini, onun müəllifi, hazırda ABŞ-ın müdafiə naziri olan General Jeyms Mattis, 2005-ci il avqust ayında, "Xarici Siyasətin Araşdırılması İnstitutu" adlı beyin mərkəzində çıxışında dilə gətirib. O, qeyd edib ki, "Biz qaydasız, asimmetrik döyüşlərdə hələlik üstün deyilik. ABŞ ordusunun öz klassik qüdrətini saxlamaqla yanaşı, "hibrid" gücə çevrilməsi günün tələbidir''.
Anlayışın nə üçün Ukrayna hadisələrindən sonra məşhur olmasına belə cavab vermək olar ki, Ukrayna hadisələrində həmin nəzəriyyə artıq reallığa çevrilmiş, təcrübədə isbatlanmışdı. Nizami ordu olmadığı halda mütəşəkkil manevr və həmlələrlə məqsədə nail olmaq, hərbi müdaxilə faktı baş verdiyi halda, onun əksini "sübut'' etmək, müharibə və sülh dövrü arasında fərqin aradan qalxması-bunlar absurdla səsləşən reallıq deyil, qlobal miqyaslı qarşıdurmanın bəzi yeni cizgiləridir.
Beləliklə, bütün sahələrdə hibrid fenomenlər formalaşmaqdadır. Ehtimal etmək olar ki, "post'' adlandırılan tarixi dövr bitməkdə, onu "hibrid'' mərhələ əvəzləməkdədir. Bununla belə, yeni mənalar kəsb edən (köhnə) sözə dair əvvəlki təsəvvürlər qalmaqda, mövcud reallığın xüsusiyyətləri qeyri-müəyyən olduğu üçün, "mistik'' assosiasiyalar yaratmaqdadır.
Hibrid diplomatiya: tərəqqi, tənəzzül yoxsa absurdun reallığı?
"Hibrid” sözünün ən son tətbiqlərindən biri, qeyd edildiyi kimi, diplomatiya və xarici siyasət oldu. Doğrudan da, əhatədəki hər şeyin "hibrid'' olduğu bir vaxtda xarici siyasətin bundan kənarda qalması təəccüblü olardı. Hibrid müharibədən fərqli olaraq, "hibrid diplomatiya" beynəlxalq münasibətlərdə hələlik konsepsiya kimi təqdim edilməmişdir. Mediada tətbiqlərinə baxmayaraq, xarici siyasətdə formalaşmaqda olan bu tendensiyanın səbəbləri və perspektivləri ilə bağlı hər hansı akademik təhlil yoxdur. Bu yazı həmin istiqamətdə edilən cəhdlərdəndir.
Klassik (Oksford lüğətindəki) tərifinə görə "diplomatiya – beynəlxalq münasibətlərin danışıqlar vasitəsi ilə aparılma vasitəsidir''. II dünya müharibəsindən sonra diplomatiya, əsrlər boyu malik olduğu bu mahiyyətini dəyişdi. Bir ölkənin başqa dövlətin yalnız rəsmilərinə deyil, birbaşa xalqına da yönəldilən "ictimai diplomatiya''ya doğru təkamül etdi. Onlarla yeni diplomatiya növü (1-ci, 2-ci, çoxşaxəli (Track One; Track Two; Multi-Track Diplomacy), "sərt və yumşaq'' istiqamətləri yarandı.
Yeni diplomatiya formalarının bu vüsətli inkişafı təsadüfi deyildi. "Soyuq müharibə'' dövründə ilk dəfə, iki fövqəldövlətdən birinin, hərbi müdaxilə olmadan (dolayısı ilə yeni diplomatiyanın ardıcıl tətbiqi nəticəsində) çökməsi kimi ibrətamiz hadisənın baş verməsi ilə bağlı idi. Həmin vaxtdan "xoş niyyətə'' xidmət edən ictimai diplomatiya ilə yanaşı, "bəd niyyətli'', hətta "aqressiv ictimai diplomatiya'' formaları ortaya çıxdı, görünməmiş miqyas aldı.
Beynəlxalq münasibətlərin getdikcə gərginləşməsi, ziddiyyətlərin həllində hərbi güc tətbiqinə üstünlük verilməsi diplomatiyanın missiyası məsələsi yenidən gündəmə gətirdi. Yaranmasından bəri, əsasən barış missiyasına xidmət etməli olan diplomatiya,başqa dövlətlərə müdaxilə etməyin yeni çeşidli yollarını, vasitələrini formalaşdıran və tətbiq edən sahəyə doğru təkamül etdi.
Hibrid diplomatiya dedikdə nə başa düşülür?
Beləliklə, hazırda bir tərəfdən, diplomatıyanın ənənəvi anlamda passivliyi və gücsüzlüyü baş vermiş fakt kimi qəbul edilir. Digər tərəfdən isə, onun missiyasına zidd olan fəaliyyətin gerçəkləşdirilməsi, istəniləın üsullarla (müdaxilə, sanksiyalar, rəngli inqilablar və s.) istədiyi məqsədə nail olması suallar doğurur.
Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, diplomatiya və onu müəyyən edən xarici siyasət artıq dərin dəyişikliyə uğramış, "hibridləşən'' siyasi reallığa adekvat şəkil almışdır. Hibrid diplomatiyaya bəzi fikirləri, onun qlobal siyasətdə müşahidə edilən formalarını nəzərə alaraq, tərifini verməyə cəhd edək:
– Hibrid diplomatiya-beynəlxalq münasibətlərdə öz maraq və məqsədlərinə nail olmaq üçün yalnız rəsmi deyil, çeşidli aktorları da cəlb etməklə, mövcud olan bütün resurs və metodları, bütün növ gücləri, vəziyyətdən asılı olaraq situativ, kompleks, sistemli və mütəşəkkil formada tətbiqini nəzərdə tutan yeni xarici siyasət strategiyasıdır;
– Hibrid diplomatiya – İldırım sürətli xarici siyasət, diplomatik və hərbi gücün sintezi nəticəsində formalaşan yeni fenomendir;
– Hibrid diplomatiyanın ən başlıca xüsusiyyəti – zaman və məkan konfiqurasiyasından asılılığı, fövqəladə və çevik dinamikaya malik olmasıdır. Belə ki, məs. bu gün tətbiq edilən strategiya, bir ay sonra işə yaramaya bilər.
– Özəl hərbi gücün, Xüsusi Əməliyyat Qüvvələrinin xarici siyasətə inteqrasiyası-hibrid diplomatiyanın ən başlıca əlaməti kimi çıxış edir;
– Beynəlxalq münasibətlərdə bir cür bəyanat vermək, başqa cür hərəkət etmək, nə üçün belə alındığını fərqli izah etmək, beynəlxalq hüquqda normaya çevrilən ikili standartlar siyasəti və s. – bunlar hibrid diplomatiyadır;
– Heç bir dövlətin tanımadığı "qondarma respublikalar'' və onların prezidentləri hibrid, xarici siyasətləri isə hibrid diplomatiyadır;
– Hər hansı dövlətin rəsmilərinin eyni mövzu yaxud münaqişələrlə bağlı bir cür, parlamentlərinin başqa cür, vətəndaş qurumalarının fərqli rəy bildirməsi-bunlar heç də anlaşılmazlıq olmayıb- hibrid diplomatiyadır;
– Münaqişələrin həlli prosesində hər iki tərəf də "haqlıdırsa'', səbəbkar var, günahkar isə yoxdursa - deməli hibrid diplomatiya tam gücü ilə işləyir;
– Beynəlxalq münasibətlərdə problem və münaqişələrlə bağlı heç bir real nəticəsi olmayan görüş və tədbirlərin "serial'' xarakter alması, "qaraya qara, ağa ağ'' deyilməməsi – hibrid diplomatiyadır;
– Hibrid diplomatiyanın daha ən mühüm əlaməti real faktlar, beynəlxalq ədalət prinsipi deyil, hibrid həqiqətlər ("fake'')dir. "Uydurma = hibrid həqiqət'' formulu ümumən qəbul edilmişdir;
– Hibrid diplomatiya – xarici siyasətdə dövlətin malik olduğu bütün-hərbi, siyasi, iqtisadi, mülki və informasiya vasitələrinin, həmçinin qeyri-diplomatik üsulların sintezdə tətbiqidir;
– Hibrid diplomatiyanı reallaşdıran həlledici aktor – mediadır. Transmilli media istədikdə, onun yaratdığı "hibrid-hiperreallıq'', gerçəkliyi yoxluğa çevirə bilir. Ayrı-ayrı bölgələrdə yaşanan insan faciələri transmilli media gündəmində yoxdursa, deməli ümumiyyətlə yoxdur. Yaxud əksinə, reallıqda olmayan bir hadisə transmilli mediada tirajlanırsa-deməli gerçəkdir;
– C.Oruellin yazdığı "Həqiqət nazirliyi'' statusunu alan transmilli media – hibrid diplomatiyada haqlı və haqsız, dost və düşmən, təcavüzkar və işğala məruz qalan, qurban və cəllad fiqurların yerini şahmat taxtasında olduğu kimi asanlıqla dəyişə bilir; Real informasiya iqnor edilir, dezinformasiya isə-həlledici silaha çevrilir;
Beləliklə, "hibrid diplomatiya'' – beynəlxalq münasibətlərdə baş verən problemləri həll etmək, onları yaradan ölkələrin öz adı ilə adlandırmaq əvəzinə, haqlı və haqsızlara münasibətdə ənənəvi təsəvvürləri alt-üst edən, hüquqi və siyasi-əxlaqi normalarına, ədalətə zidd xarici siyasətin legitimləşdirilməsidir. XXI əsrin ikinci onilliyi sona çatmaq üzrədir. İndiyə qədər beynəlxalq hüquq və ədalətin bərqərar olacağına ilə bağlı cüzi də olsa ümidlər qalmışdısa, artıq "bitdi'' deyə bilərik. Beynəlxalq ədaləti-hibrid həqiqət əvəzləmişdir.
Otuz il davam edən "güc'' davasının sonu. "Yumşaq, sərt, ağıllı, məcburedən güc''... uzun sözün qısası: Hibrid güc
Münaqişələrin həndəsi silsilə ilə artdığı dünyada yumşaq güc konsepsiyasını sərt tənqid etməyə başladılar. Əslində buna ilk cəhdi müəllifiin özü etdi. Jozef Nay "yumşaq güc” sözündən 10 ildən sonra qələmə aldığı: "Ağıllı olun'' (Get Smart) adlı yazısında qeyd etdi ki, "yanlış anlaşılmalara rəğmən bu yeni termini gündəmə gətirir. Bəli, "yumşaq güc təklikdə heç nə edə bilməz. Ağıllı güc bu ikisinin birgə tətbiqini "qələbə strategiyasına'' çevirir.
J.Nayı sərt tənqid edən E.Vilyams öz fikrini daha sərt ifadə edərək yazdı ki, bu konsepsiya düşüncə və fəaliyyətdə qarışıqlıq yaradır. Heç bir ölkədə nə yumşaq, nə də sərt güç nazirliyi var. Sadəcə Xarici İşlər və Müdafiə Nazirlikləri var.
"Güc'' davasına son nöqtəni məşhur RAND beyin mərkəzi qoydu. "Güclərin birgə tətbiqi nə yumşaq, nə ağıllı, nə də "intellektual güc'' deyil, "məcburedən güc"dür ("power to coerce"; P2C). Mərkəzin 2016-cı ildə hazırladığı hesabatda qoyulan sual və onun cavabı "təqdirəlayiqdir'': "Hansı alternativ güclər, dost olmayan (düşmən) ölkələri ABŞ-ın istəyinə riayət etməyə məcbur edə bilər? Müharibə etmədən rəqiblərlə savaşmağın 3 yolu var: 1. sanksiyalar; 2. müxalifətin dəstəklənməsi; 3. hücumçu kiber-əməliyyatların tətbiqi.'' Vəssalam.
Bəzi müəlliflərə görə proseslərin inkişafı hibrid əməliyyatlardan, hibrid diplomatiyaya doğru gedir (http://russiancouncil.ru/analytics-and-comments/analytics/ot-gibridnykh-operatsiy-k-gibridnoy-diplomatii/). Hesab edirik ki, reallıqda tamamilə buna əks istiqamətli olan proseslər baş vermişdir. Əvvəlcə həmin əməliyyatların xarici siyasətin konsepsiya və ideologiya formasında təməli hazırlanmış, sonra gerçəkləşdirilmişdir. "Güc” konsepsiyalarına dair gətirdiyimiz qısa xatırlatma bunun məhz belə olduğunu göstərdi.
Tahirə Allahyarova,
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM