“Hüseyn Cavidə qayıtmaqla özümüzə qayıdırıq” - Fotolar

10:03 / 03.02.2018

“Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib 

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Kaspi Təhsil Şirkəti, "Kaspi” qəzeti və Artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdiyi "Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.
 
 
Tədbiri giriş sözü ilə Mətbuat Şurasnın sədri, millət vəkili Əflatun Amaşov açaraq, Azərbaycanın böyük şairi haqqında məlumat verib. O bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatının mühüm simalarından biridir. Görkəmli şairin Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olduğunu deyən Ə.Amaşov məlumat verib ki, böyük dramaturq bir müddət Məhəmməd Tağı Sidqinin təşkil etdiyi yeni tipli "Məktəbi tərbiyə”də, ardınca Təbrizdə mədrəsədə, 1909-cu ildə isə İstanbul Universitetində filologiya ixtisası üzrə təhsil alıb: "Təhsil aldıqdan sonra böyük şair Azərbaycana qayıdıb, öz Vətənində müəllimlik fəaliyyəti ilə məşğul olub. 1926-cı ildə müalicə üçün Almaniyaya yollanıb. 1937-ci ilin sərt, amansız "repressiya küləyi” ondan yan keçməyib, Sibirə sürgün olunub. Sürgün həyatı yaşayarkən 1941-ci ilin şaxtalı qış ayında İrkutskda həyatla vidalaşıb. Onun vəfatından uzun illər sonra ulu öndər Heydər Əliyevin səyi nəticəsində görkəmli şairin məzarı tapılaraq Azərbaycana gətirilib. Onun nəşinin Azərbaycana gətirilməsində o zaman Naxçıvan Vilayət Partiya Komitəsinin katibi vəzifəsini icra edən Həmid Cəfərovun rəhbərliyi ilə kiçik bir qrup iştirak edib. Buna görə Həmid müəllimə, bu ideyanın təşəbbüskarına, icraçılarına minnətdarlığımı ifadə edirəm”.
 
 
 
Millət vəkili Ə.Amaşov bildirib ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında, fəsləfə tarixində əbədi iz qoyan sənətkarlardan biridir: "Hüseyn Cavid elə sənətkardır ki, onun əsərləri əbədi olaraq tariximzə həkk olunub. Fikrimcə, o, yalnız "Şeyx Sənan” əsərini yazsa idi, yenə də Azərbaycan ədəbiyyatı tarixində əbədi qalacaqdı. "Şeyx Sənan” ədəbiyyatımızda ilk mənzum dram idi. Bununla yanaşı, o, "Azər” poemasını, "Peyğəmbər”, "Topal Teymur”, "Siyavuş”, "Xəyyam” əsərlərini yazsaydı, yenə də ədəbiyyat tariximizdə əbədi qalacaqdı. Çünki bu əsərlər tarixi faktlar üzərində qurulan möhtəşəm əsərlərdir”.
 
 
 
MŞ sədri Ə.Amaşov görkəmli şair H.Cavidin adı ilə bağlı müsabiqənin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını da ifadə edib. Xüsusilə, Kaspi Təhsil Şirkətinin və "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevanın adını qeyd edən millət vəkili bildirib ki, bu cür tədbirlər tarixi şəxsiyyətin adının əbədi yaşamasına xidmət edir. Onun sözlərinə görə, həm müsabiqənin keçirilməsi, həm də ona həsr olunan şeirlərdən ibarət antologiyanın nəşr edilməsi H.Cavid irsinə sahiblik etməkdən, ona olan hörmət və ehtiramdan qaynaqlanır: "Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dəstəyi ilə Hüseyn Cavidin şeirləri Türkiyədə kitab halında çap olundu. Bu hadisə də mühüm amil kimi qiymətləndirilməlidir. Buna qədər Hüseyn Cavidin şeirləri Türkiyədə çap olunmamışdı. Bütün bunlar Hüseyn Cavid irsini, onun yaradıcılığını, ruhunu uca tutmaqdan irəli gəlir”.
 
MŞ sədrinin çıxışından sonra tədbirdə Hüseyn Cavidin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.
 
 
 
Kaspi Təhsil Şirkətinin və "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevatədbir iştirakçılarına və müsabiqəyə qatılanlara öz minnətdarlığını bildirib. Qeyd edib ki, H.Cavid çox xoşbəxt sənətkardır, böyük ədəbiyyat adamıdır. Onun sözlərinə görə, əgər 50 milyonluq Azərbaycan xalqı, həmçinin türk dünyası H.Cavidə qiymət verir, onun əsərlərini dəyərləndirirsə, bu, yazıçı üçün böyük xoşbəxtlikdir: "Hüseyn Cavid hər zaman bəşəri ideyalarla yaşayıb. Şəxsiyyətləri mühit yetişdirir. Bu baxımdan Hüseyn Cavidin formalaşmasında onun yaşadığı mühitin böyük təsiri var. Cavidin taleyi elə yazılmışdı ki, onun atası mütləq Şahtaxtı kəndindən köçməli idi. Cavid o dövrdə hürufi ocağı, hər qarış torpağında övliya məzarı olan Naxçıvanda dünyaya gəlməli, buranın insanları ilə ünsiyyətdə olmalı idi. Atasının min bir əziyyətlə dilə tutub yazdırdığı molla məktəbindən də qaçmalı, Məhəmməd Tağı Sidqinin məktəbinə gəlməli, dünyəvi elmlərlə tanış olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkurənin qovşağının bünövrəsində qurmalı idi. Çünki dahi şairimizin taleyi əvvəldən görəvli idi. Buna görə də o, Azərbaycan, ardınca Təbriz, daha sonra isə Türkiyə mühitini görüb təhsil almalıydı. Hüseyn Cavidin taleyinə türk dünyasının ən böyük filosoflarından, insanlarından dərs almaq yazılmışdı. O, məfkurənin nədən başlandığını və digər prinsipləri öyrənməli, bunları öz əsərlərində təcəssüm etdirməli idi. Bax, bu zaman Cavidin böyüklüyü görünəcəkdi”.
 
 
 
S.Vəliyeva bildirib ki, H.Cavidin istər bədii, istər publisistik, istərsə də nəsrlə yazdığı əsərlərdə məfkurə hakimliyi var. Natiqin sözlərinə görə, o, nə yazıbsa, orada iki xətt olub. Bunlardan biri Tanrıya, digəri də milli məfkurəyə bağlılıqdır. "Kaspi” qəzetinin təsisçisi qeyd edib ki, H.Cavidin əsərlərində Allaha müraciətlər insanların diqqətini cəlb edir: "Bu çox vacibdir. Hüseyn Cavid yazılarında öz ideyalarına sadiq qalıb. O, nə yazıbsa, xalq onunla qürür duyub. Ümumiyyətlə, Caviddən danışanda, onun acı taleyinə yanmamaq mümkün deyil. Böyük dramaturq Allahına, Tanrısına bağlı idi. Onun böyüklüyü də onda idi. O, sonuna qədər öz əqidəsinə, məsləkinə, arxalandığı məfkurəyə sadiq qaldı. Bu gün biz Hüseyn Cavidə qayıtmaqla özümüzə qayıdırıq”.
 
 
 
Ümummilli lider Heydər Əliyevin görkəmli şairin məzarının Azərbaycana gətirilməsi istiqamətində fəaliyyətindən söz açan S.Vəliyeva qeyd edib ki, ulu öndər H.Cavidin ailəsini böyük məqbərə altına toplayıb: "Ümummilli lider Heydər Əliyev Hüseyn Cavid ideologiyasını dəstəkləməklə, bu ailədən olduğunu sübut etdi. Bu, böyük şairə verilən böyük qiymət, tarixi xidmətdir”.
 
Müsabiqə haqqında məlumat verən S.Vəliyeva vurğulayıb ki, müsabiqəyə çoxsaylı şeirlər göndərilib. Onun sözlərinə görə, qaliblərin müəyyənləşdirilməsi üçün görkəmli söz adamlarından ibarət münsiflər heyəti təşkil olunub. S.Vəliyeva görkəmli şairimizin əsas prinsipinin ədalət olduğunu diqqətə çatdıraraq, qaliblərin seçilməsində də məhz bu prinsipə əməl olunduğunu söyləyib. O, bütün qalibləri təbrik edərək, bu səpkidə tədbirlərin davamlı olacağını dilə gətirib.
 
 
 
Bakı Dövlət Universitetinin (BDU) professoru Cahangir MəmmədliS.Vəliyevanın "Hüseyn Cavid - 135” kitabına yazdığı ön sözdə "Şeir vəhydir, əlaqədir. Tanrı ilə insanın əlaqəsidir”, fikirlərini xatırlatmaqla, öz çıxışına başlayıb. Bildirib ki, Tanrı ilə əlaqə H.Cavidin əsərlərində özünü bariz şəkildə göstərir. Professor C.Məmmədli H.Cavidin nəşinin qalıqlarının uzaq Sibirdən doğma Vətəninə gətirilməsi barədə ümummilli lider H.Əliyevin verdiyi qərarı da müqəddəs hesab edib. Onun sözlərinə görə, bu qərar da müqəddəs məfhumlar sırasına daxil oluna bilər: "Bu kimi hadisələri hər dəfə xatırlayarkən, görkəmli siyasətçi Heydər Əliyevin nə üçün ümummilli lider statusuna malik olduğunun mahiyyətini yenidən dərk edirsən. Ulu öndərin zamanında nümayiş etdirdiyi cəsarət, milli qeyrət, təəssübkeşlik onun qərarının müqəddəsliyini bir daha təsdiqləyir. Klassikləri sevmək, onlara böyük hörmət nümayiş etdirmək ulu öndər Heydər Əliyevin təbiətində var idi. Hazırda da bu, bir məktəb kimi Azərbaycan hakimiyyətində onun davamçıları tərəfindən yaşadılmaqdadır. Bu istiqamətdə "Kaspi” qəzetinin və şəxsən Sona Vəliyevanın da çox böyük əməyi var. Bunun üçün ona milli mənada öz təşəkkürümü bildirirəm”.
 
 
 
Xalq şairi Sabir Rüstəmxanlıtədbiri Azərbaycanın mədəni həyatında əhəmiyyətli hadisə kimi qələmə verib. Bildirib ki, H.Cavidin xatirəsinə həsr olunmuş müsabiqənin elan edilməsi, ora 100-dən artıq əsərin təqdim olunması mühüm hadisədir. Xalq şairi buna görə Kaspi Təhsil Şirkəti və "Kaspi” qəzetinin birgə işini bəyəndiyini dilə gətirib: "Kaspi Təhsil Şirkəti və "Kaspi” qəzetinin təşkilatçılığı ilə klassiklərimizin, xüsusən də milli varlığımızı, milli kimliyimizi dərk etməyimizdə bizə kömək etmiş, bugünkü dövlətimizin mənəvi, siyasi və mədəni təməlini qoymuş Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin və onların davamçılarının, o cümlədən Hüseyn Cavidin xatirəsini əbədiləşdirmək, əsərlərini çap etmək istiqamətində böyük işlər görülüb. Buna görə adıçəkilən qurumların kollektivinə, xüsusən də Sona xanıma təşəkkürümü bildirirəm”.
 
S.Rüstəmxanlı görkəmli şair H.Cavidin nəşinin qalıqlarının Azərbaycana gətirilməsi tarixini yaxşı xatırladığını, həmin gün Bakının çalxalandığını dilə gətirib. Qeyd edib ki, həmin günün qəhrəmanı hazırda tədbirin və müsabiqənin iştirakçılarından biri olan Həmid Cəfərov idi: "Hüseyn Cavidin Azərbaycana qaytarılması tarixi bir gün idi. Hesab edirəm ki, bu barədə danışmağa hər kəsdən çox Cavidin nəşini Azərbaycana gətirən Həmid Cəfərovun haqqı var. Həmin zamanla müqayisədə yaşadığımız bu günu də tarixi bir gün kimi qələmə vermək olar. Çünki hər hansı şair və yazıçının yubileyinə müsabiqə təşkil edilməsi və bu qədər çox müraciətin olmasını xatırlamıram. Hesab edirəm ki, Hüseyn Cavid Azərbaycan tarixində iz qoymuş və əbədi yaşayacaq sənətkardır”.
 
Çıxışlardan sonra təkrar söz alan millət vəkili Ə.Amaşov müsabiqəyə təqdim olunan yaradıcılıq nümunələri barədə məlumat verib. Bildirib ki, Azərbaycanın müxtəlif bölgələri ilə bərabər, İrandan, Türkiyədən də şeirlər müsabiqəyə göndərilib. Millət vəkilinin sözlərinə görə, ümumilikdə 108 əsər araşdırılıb və onlardan iyirmisi münsiflərə təqdim olunub. O bildirib ki, münsiflər heyətinin rəhbəri Sona Vəliyeva, üzvlər isə akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Kamran Əliyev, xalq şairi Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi, H.Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı, "Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, professor Rüstəm Kamal və tənqidçi Əsəd Cahangir olublar. Qeyd edilib ki, qaliblər üçün diplom və pul mükafatı ayrılıb.
 
Bu qısa məlumatın ardınca müsabiqə qalibləri mükafatlandırılıblar. Müsabiqənin münsiflər heyətinin qərarına görə, Nuri Əlizadə I, Dilsuz Mustafayev II, Bəhruz Niftəliyev III yerləri tutublar. Fərqanə Mehdiyeva xüsusi mükafata layiq görülüb. Digər 9 nəfər isə diplomlarla təltif ediliblər. 
 
 
 
Müsabiqədə I yer tutmuş Nuri Əlizadəçıxış edərək tədbirin təşkilatçılarına və iştirakçı olan hər bir kəsə səmimi minnətdarlığını çatdırıb. O, keçirilən tədbirin sadəcə müsabiqənin nəticələrinin elan olunması mərasimi deyil, eyni zamanda söz, poeziya, sənət bayramı olduğunu vurğulayıb. Bildirib ki, bu qalibiyyət poeziyanın, sözün qələbəsidir: "Bu söz bayramını daha mötəbər edən onun bəşəri ideyalarla yaşayıb yaradan Hüseyn Cavidin adı ilə bağlı olmasıdır. Əgər Hüseyn Cavid romantikası olmasaydı, yəqin ki, bu məclisin əgər-əksiyi olardı. Hüseyn Cavid romantikası, onun şeirlərinin gözəlliyi sadəcə bizlərin deyil, bütün türk dünyasının ürəyini riqqətə gətirir. Hüseyn Cavid yaradıcılığının ağuşunda biz də özümüzü rahat, qürurlu hiss edirik. Mənə verilən fürsətdən yararlanaraq bu qüruru, sevinci və fərəhi bizlərə yaşadanlara minnətdarlığımı bildirirəm”.
 
Sonda bütün mükafatçılarla birlikdə xatirə şəkli çəkdirilib.
 
Rufik İSMAYILOV
 
 











 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM