Müasir beynəlxalq aləm və onun yaratdığı siyasi imic hər zaman dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Artıq məlum məsələdir ki, daimi inkişafda olan elm və texnalogiya, eləcə də KİV-nin sürətli gücləndirilməsi informasiyanı tez bir zamanda, hətta hadisə yerində əldə etmək imkanı yaradır. KİV-lər yer kürəsində baş verən bütün hadisələrin virtual yayımına, qolobal məsələləri insanlar üçün gündəlik infrormsiya hədəfi kütləsinə çevirməyi bacarır. Ölkəmizdə faliyyət göstərən mediya qurumları, qəzet və jurnal xəbərləri, radio və televiziya proqramları da dünyada baş verən siyasi-ictimai hadisələri, iqtisadi və mədəni, eləcə də idman yeniliklərini operativ şəkildə çatdırmağı və obyektiv bir biçimdə dəyərləndirməyi əsas götürərək oxucu və tamaşaçı auditoriyası ilə tanış edir.
Bütün inkişaf dövrlərində milli medyanın qarşısında duran əsas vəzifələrdən biri də ölkə və müasir dünya siyasətinin xarakteristikasını tamaşaçıya olduğu kimi çatdırmaqdır. Bu sahədə faliyyət göstərən televiziya verilişlərinin rolu olduqca əhəmiyyətlidir. Bunlar arasında AzTv kanalında yayımlanan “Bizim Planet” verilişini xüsusi qeyd etmək olar. Həftənin şənbə günü tamaşaçı auditoriyası ilə görüşən “Bizim Planet” anatilik informasiya proqramı kimi təqdim edilir. Politoloq Rufiz Qonaqovun təqdimatında hazırlanan proqram millət vəkilləri, politoloqlar, diplomatlar və siyasi şərhçilərin diskursiyaları və müzakirələri əsasında davam etdirilir. Verilişdə beynəlxalq və regional məsələlər, o cümlədən müstəqil Azərbaycan Respublikasının yürütdüyü xarici siyasəti faktlara əsaslanaraq öz əksini tapır və şərh edilir.
Verilişin bu dəfəki buraxılışında yenə də həftə ərzində baş verən hadisələr nəzərdən keçirilib şərh olundu. Millət vəkili, politoloq Aydın Mirzəzadə və siyasi şərhçi, “Trend” İctimai Agentliyinin baş direktorunun müavini Arzu Nağıyevin iştirak etdiyi “Bizim Planet” verilişində bu dəfə Ermənistanda keçiriləcək növbəti seçkilər və bununla bağlı aparılan kompaniyalar, Qərbin ikili standart siyasəti, qaçkın və köçkün problemləri, dünyada baş verən antiseminiz kimi mövzular müzakirə olunub.
Bildiyimiz kimi Ermənistanda yeni konstitusiyaya əsasən, ölkə prezidenti ümumxalq seçkiləri vasitəsilə deyil, Parlament tərəfindən seçiləcək. Bununla da sarkisyan rejimi öz mütləqiyyətini qoruyub saxlayacaq. Formal xarakter daşıyan bu cür seçkilərdə şəffaflığın olmaması təsdiqi dünya ictimaiyyətini bir daha əmin edir ki, bu ölkədə demokratik siyasi münasibətərdən söhbət gedə bilməz.
Sözü gedən verilişdə də ilk növbədə toxunulan bu mövzu ətrafında millət vəkili, politoloq Aydın Mirzəzadə iki məqamı xüsusi qeyd etdi. Birincisi, Ermənistan hakimiyyətində Sarkisyan soyadına olan maraq, ikincisi sarkisyan partiyasının namizədliyini irəli sürdüyü Armen Sarkisyanın Moskvaya olan səfəri və xalqdan yox məhz Moskva üzərindən seçilməsini açıq aydın bildirməsi idi.
Ümumiyyətlə, Ermənistanda demoqrafik vəziyyətin pisləşməsi, ölkə iqtisadiyyatının olmaması, cəmiyyətinin maraqlarının düşünülməməsi, xalqın narazılığına səbəb olan cinayətkar rejimin davam etdirilməsi təlatümləri artdırır. Ermənistandakı bu cür acınacaqlı vəziyyətin davam etməyəcəyi faktını bu ölkənin sabiq prezidentlərinin də vurğuladığını qeyd edən politoloq Rufiz Qonaqov məsələnin kökündə həm də Dağlıq Qarabağ separatçı rejimi dayandığını diqqətə çəkdi. Hakimiyyətini Dağlıq Qarabağ kartı üzərində quran bu separatçı rejimə havadarlıq edən dövlətdlər və uzun illərdir ki məsələnin həllinə yönəldilmiş beynəlxalq təşkilatların üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirməməsi siyasi şərhçi Arzu Nağıyev tərəfindən xüsusi vurğulandı.
Veriliş boyu mövzu ətrafında müzkirə aparan politoloqların şərhlərindən də aydın olduğu kimi həm ermənistan xalqı, həm serparatçı rejim, həm də onlara dəstək olan “super güclər” özləri də yaxşı bilirlər ki bu vəziyyət uzun müddət davam edə bilməz və qarşıda onları gözləyən biabrçı süqut yaxın gələcəkdə rellaşacaq. Bu münaqişəni yaradan da, onu öz sifətlərinə yaraşan şəkildə davam etdirən də Ermənistan dövləti və lobbisidir. Bu gerçəklər dəflərlə həm Prezident İlham Əliyev tərəfindən beynəlxalq siyasi tiribunalarda, həm Ermnistanı işğalçı ölkə kimi tanıyan və qəbul edən beynəlxlaq qurum və təşkilatların özləri tərəfindən də qeyd edilib. İkinci bir tərəfdən Azərbaycanın qlobal səviyyədə həyata keçirdiyi bütün islahatlar, inkişafı və artmaqda davam edən nüfuzu Dağlıq Qarabağ probleminin həll olunmasına güclü zəmin yaradır. Belə bir inkişaf qarşısında isə Ermənistan dövlətinin və yalançı siyasətinin əldə edəcəyi heç bir nəaliyyətdən söhbət gedə bilməz.
Beynəlxaq aləmin uzun illərdir şahidi olduğu və son dövlərdə daha da çoxalan iqçilik, millətçilik, Avropada qaçqın və köçkün problemləri, miqrantlara qarşı zorakılıq, bütün Qərb aləmində hökm sürən islamafobiya və ikili standartlar “Bizim Planet” verilişinin bu dəfəki buraxılışında geniş müzakirə edilən məslərdən idi. Mövzular ətrafında özünəməzsus şəkildə aparılan şərhlərdən belə bir nəticəyə gəlmək olar ki, bu gün nə Avropada, nə də Amerikada dini, irqi ayrı-seçkilik, insan hüquqlarının kütləvi şəkildə pozulması heç bir beynəlxalq təşkilatın hesabatında öz əksini tapmır. Avropanın ən inkişaf etmiş ölkələrində insan hüquq və azadlıqlarının pozulması, hakimiyyəti tənqid edən jurnalistlərin sıxışdırılması kimi faktlar dünyanın gözü qarşısındadır. Yaxın müttəfiqlərinin yürütdüyü siyasəti görmək belə istəməyən dırnaqarası demokratik Amerikanın isə ötən əsrdən bu günə kimi ərəb ölkələrinin məhvi üçün başlatdığı və davam etdirərək münaqişə ocaqlarının qızışdırılmasındakı rolu göz qabağındadır. Burada diktatorların devrilməsi adı altında insanların qətlə yetirilməsi, minlərlə günahsızın hələ də qanının axıdılması davam edir. Əsas məqsəd isə həmin ölkələri öz əsarətləri altına almaq və islamafobiyanı gücləndirməkdir. Qərbin bir sıra dövlətlərində multikulturalizmdən tamamilə imtina olunub. Avropada millətçilik gücləndirlir, neofaşizim meydana gəlir. Son zamanlar güclənən antiseminizm bunu bir daha təstiq edir.
Bütün bunların əkisnə isə Azərbaycan genetik foktorunda olan hümanizim prinsiplərindən əsla vaz keçməyib. Ölkəmizdə dinlərin bərbərliyi, tolerantlıq, multikulturialist dəyərlər, bütün xalqlara və dövlətlərə qarşı (Ermənistandan başqa) dostluq və bərabərlik münasibəti sarsılmaz siyasətlə həyata keçirilir.
Beynəlxalq aləmdə baş verən bütün hadisələrin müzakirəsini ön plana çəkən “Bizim Planet” verilişi yəqin ki hədəf götürdüyü tamaşaçı auditoriyası qarşısındakı missiyasını obyektiv fikir və şərhlərlə izah etmək bacarığına nail olub. Buna əsas verən səbəblərdən biri də verilişin uzun zamandır fəaliyyət istiqamətini dəyişmədən öz bucağı altında işqlanmasıdır.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM