Bakı şəhərində qadağan olunmuş ərazilərdə park edilən maşınların yeni üsulla cərimələnməsindən o qədər də çox vaxt keçməyib. Yol polisi bu kimi qayda pozuntusuna yol verən sürücülərin maşınlarını cərimə meydançasına aparmadan cərimələməyə başlayıb.
Lakin Milli.Az-a müraciət edən oxucular deyirlər ki, qanunsuz parklanmaya görə maşınlara artıq yerində protokol tərtib edilmir.
İddia olunur ki, maşınların kompüter vasitəsilə yerində şəkilləri çəkilərək protokollaşdırılması üsulundan imtina edilib. Yol polisi yenə də köhnə üsula qayıdıb, yəni evakuatorla maşınları cərimə meydançasına aparmaq qaydasından istifadə edirlər. Bu, onu göstərir ki, maşınların evakuatorla aparmadan yerində cərimələnməsi, sanki, kampaniya xarakteri daşıyırdı. Bunun əziyyətini çəkən isə sürücülərdir. Məsələ burasındadır ki, yeni qaydaya görə, onlar əlavə evakuator, cərimə meydançası pulu ödəmirdilər, maşınlara isə ziyan dəymirdi.
"Taksi sürücüləri yol polisinə borclu qalmır"
Şəhər mərkəzində, İstiqlaliyyət küçəsində bir neçə sürücü ilə söhbətdən də məlum oldu ki, yol polisi, əsasən, maşınların evakuatorla aparılmasına daha çox həvəs göstərir. Oruc adlı sürücü bildirdi ki, maşını yol kənarında saxlayıb bir mağazaya girmək mümkün deyil. Saniyə keçməmiş polis evakuatoru maşını aparır. Sürücü iddia edir ki, taksi sürücüləri də bu işdə yol polisinə köməklik edirlər. Yol polisi onların qadağan olunmuş yerlərdə saxlayıb müştəri gözləməsinə güzəştini özünəməxsus formada qaytarır. Taksi sürücüləri qadağan olunmuş yerdə maşın saxlayan kimi yol polisinə xəbər verərək onlara borclu qalmırlar.
Namiq adlı sürücü isə deyir ki, qayda pozan sürücülər yerində cərimə edilsinlər. Maşının evakuatorla aparılıb əlavə xərcə salınmasına nə ehtiyac var?
Ekspertlər hesab edirlər ki, qadağan olunmuş yerlərdə saxlanılan avtomobillərin evakuatorla aparılması müəyyən insanlara əlavə pul vəsaitlərinin əldə etməsinə şərait yaradır.
Xərc çəkib gətiriblərsə....
Hüquqşünas Müzəffər Baxış Milli.Az-a açıqlamasında bildirdi ki, əvvəl qadağan olunmuş yerlərdə dayanan maşına elə yerində protokol tərtib edilməsi mütərəqqi hal idi. Bu yolla qayda pozan sürücünün inzibati məsuliyyətə cəlb edilməsini təmin edirdilər. Dünyanın əksər ölkələri bu metoddan istifadə edir. Ancaq belə iddialar var ki, maşınlar evakuatorla aparılanda bundan müəyyən insanlar pul vəsaitləri əldə edirlər.
Hüquqşunas hesab edir ki, sürücülərin evakuatorlarla bağlı dedikləri Azərbaycan reallığına uyğundur: “Dayanma-durma qaydalarını pozma İnzibati Xətalar Məcəlləsinin 158-1-ci maddəsinin tələbinə görə 40 manata qədər cərimələnir, Nazirlər Kabinetinin qərarını görə 20 manat da daşınma xərcidir, cərimə meydanında da hər saata görə müəyyən məbləğ ödənilməlidir. Maşıın evakuatorla aparılanda oradakı əməkdaşlar daha artıq pul vəsaiti alırlar. Evakuatorla aparanda qazanc daha çox olur. Həm də evakuator maşınları böyük qiymətlə alınıb. Xərc çəkib gətiriblərsə, bundan təyinatına görə də istifadə etməlidirlər”.
"Biz öz cibimizi fikirləşirik"
M.Baxış qayda pozan sürücülərə qarşı sadaladığı mütərəqqi üsuldan geniş istifadə edilməməsini belə əsaslandırdı: "Mütərəqqi üsuldan istifadə etmək üçün gərək özümüz mütərəqqi olaq axı. Biz, ilk növbədə, hüquqi dövlət prinsiplərini tətbiq etməliyik, qanunun aililiyini təmin etməliyik, amma bunu dərk eləmirik. Bunların tətbiqi insanların normal yaşamasına gətirib çıxarır. Bütün dünya mütərəqqi üsuldan istifadə etdiyi halda, biz öz cibimizi fikirləşirik. Ona görə də mütərəqqi metodların tətbiqində bəhanələr gətiririk, maneçilik törədirik.
İXM 407-ci maddəsində dayanma-durma qaydaları pozulursa, həmin maşın evakuatorla aparıla bilər. Vətəndaşın maşını evakuatorla aparılarsa, niyə bort-kompüter vasitəsilə protokol tərtib olunmaması ilə bağlı məhkəmə iddiası qaldırsa belə, təmin edilməyəcək"
Sürücülərə sərt xəbərdarlıq
Bakı Şəhər Yol Polisi İdarəsinin rəis müavini, yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev Milli.Az-a açıqlamasında bildirdi ki, sürücülər əgər maşınlarının mühafizə olunan dayanacaqlara aparılmasını istəmirlərsə, ilk növbədə, qaydanı pozmasınlar, dayanıb-durmanı qadağan edən yerlərdə maşın salxlamasınlar.
Rəis müavininin sözlərinə görə, Bakı şəhərində tıxacların, sıxlığın yaranmaması üçün, eyni zamanda dayanma-durmanı qadağan edən yol nişanlarının təsir zonasında dayanmış avtomobil sürücülərinə qarşı iki formada tədbir görülür. Avtomobilin sürücüsü yanında yoxdursa, evakuasiya edilərək mühafizə olunan dayanacaqlara aparılır, həmçinin yol patrul maşınlarına quraşdırılmış bort-kompüter vasitəsilə inzibati protokol tərtib edilərək maşının ön şüşəsinə qoyulur. Bort-kompüter vasitəsilə dayanıb-durmanı pozan sürücülərə qarşı şəhərin müxtəlif yerlərində inzibati protokol tərtib edilir.
“Hər iki istiqamətdə yol polis əməkdaşları uğurla işləyir. Bəzən qayda pozan avtomobilin yanında yol polisi dayanaraq sürücünü 3 saat gözləyir. Mən polisi bir sürücüyə görə saxlaya bilmərəm ki, həmin maşının sürücüsü gəlsin. Gələcəkdə də sürücülər gözləməsinlər ki, qaydanı pozduqlarına görə ancaq bort-kompüter vasitəsilə inzibati protokol tərtib ediləcək. Hər iki üsulla, evakuator və bort-kompüter vasitəsilə qayda pozan sürücülərə qarşı mübarizə aparılacaq”, - deyə alay komandiri sərt xəbərdarlıq etdi.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM