Bu gün Azərbaycan artıq dünya birliyində özünəməxsus yer tutan, öz daxilində sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa nail olmuş, genişmiqyaslı regional və beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısına çevrilmiş bir ölkədir. Dünyada baş verən mürəkkəb proseslər, müşahidə olunan təhdidlər fonunda Azərbaycan özünün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu inamla nümayiş etdirib, xalqla rəhbərinin birliyini təmin edib, möhkəmləndirib və qoruyub saxlayır. Bütün bu uğurların təməlində Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu davam etdirərək Azərbaycan dövlətçiliyi və xalqı naminə göstərdiyi fəaliyyət dayanır.
Son 15 ildə dövlətimizin başçısının həyata keçirdiyi daxili və xarici siyasət kursu Azərbaycanın sabitliyini, təhlükəsizliyini və davamlı inkişafını təmin edib. Ölkə daxilində siyasi, sosial, iqtisadi, mədəni, elmi, dini və digər sahələrdə aparılmış islahatlar nəticəsində cəmiyyətin həyatının bütün sferalarında ciddi keyfiyyət dəyişikliyi baş verib. Dövlətimizin başçısının siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub Nəqliyyat Dəhlizi kimi böyük və mühüm beynəlxalq layihələrin reallaşmasında aparıcı qüvvəyə çevrilib. Bu gün Azərbaycan öz multikultural və tolerant cəmiyyəti ilə dünya miqyasında mədəniyyətlərarası dialoqa töhfə verən, nümunəvi ölkədir.
Belə bir halda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiya ilə ona verilmiş hüquqdan istifadə edərək, bu il aprel ayının 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib və müvafiq Sərəncam imzalayıb.
Fürsətdən istifadə edərək, növbədənkənar prezident seçkilərini məqsədəuyğun edən səbəblərlə bağlı fikirlərimi bölüşmək istəyirəm.
2016-cı ilin sentyabr ayında Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumda Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılıb. Bu, yeni bir tarixi mərhələnin başlanğıcı olduğu üçün dövlət başçısı növbədənkənar seçkilər yolu ilə seçicilərə etimad votumu üçün müraciət edir.
Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli və siyasi-iqtisadi resursların yeni dövr üçün daha mütəşəkkil şəkildə səfərbər edilməsi baxımından vacibdir. Şübhəsiz ki, gündəlikdə olan islahatların səmərəsinin artırılması, kadr və struktur islahatlarının aparılması, müvafiq qanunvericilik aktlarının qəbul edilməsi məqsədilə Prezident seçkilərinin aprel ayına təyin edilməsi məqsədəuyğun hesab edilib.
Həmçinin 2018-ci ildə Azərbaycanda onlarla beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsi planlaşdırılıb. Aprel ayının sonundakı Formula-1 yarışlarından başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi, Azərbaycan Ordusunun, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı silsilə tədbirlər, Bakı Beynəlxalq Humanitar Forumu və bu qəbildən olan digər tədbirlərin seçkilər öncəsi və seçkilər dövründə təşkili seçki prosesinə də əlavə çətinliklər yarada bilərdi. Bu səbəbdən, seçkilərin belə mühüm tədbirlərdən əvvəl yekunlaşdırılması daha məqsədəuyğundur
Müasir dövrümüzdə beynəlxalq münasibətlər sistemində mövcud olan tendensiyaların intensivliyi, Azərbaycanın yerləşdiyi regionda və daha geniş coğrafiyada baş verən proseslər hər an müəyyən suallar yarada bilər. Bu da hazırlıq səviyyəsinin artırılmasını və xarici siyasətdə çevikliyin nümayiş etdirilməsini tələb edir.
Eyni zamanda, Cənubi Qafqaz regionunda və qonşu regionlarda cərəyan edən neqativ proseslərin getdikcə kəskin xarakter alması və Azərbaycanın da yerləşdiyi bölgəyə təsir göstərməsi ehtimalı mövcuddur. Həmin neqativ təsirləri neytrallaşdırmaq məqsədilə atılan qabaqlayıcı addımlardan biri də Prezident seçkilərinin vaxtının irəli çəkilməsidir.
Bu gün Azərbaycan siyasi mühitində cənab İlham Əliyevlə müqayisə oluna biləcək, ona rəqib ola biləcək ikinci bir siyasətçi, dövlət xadimi, lider yoxdur. Azərbaycan xalqı dövlət başçısının fəaliyyətinə ən yüksək qiyməti verir və ona sonsuz etimad göstərir. Həm ölkə daxilində, həm də xaricdə heç kim şübhə etmir ki, mahiyyət etibarilə Prezident seçkilərinin ilin hansı ayında olur-olsun keçirilməsi onun nəticələrinə nəzərəçarpacaq təsir göstərə bilməz.
Novruz Məmmədov,
Azərbaycan Respublikası Prezidentinin
xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM