"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 52-ci kitabı çapdan çıxıb

13:55 / 07.02.2018

"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 52-ci kitabı çapdan çıxıb.

Çoxcildliyin bu kitabında toplanan materiallar 2012-ci ilin iyulundan sentyabrınadək olan dövrü əhatə edir.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabında dövlətimizin başçısının XXX Yay Olimpiya Oyunlarının keçirildiyi London şəhərinə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına, Belarus Respublikasına, Fransaya səfərlərinə, habelə Tacikistan Respublikası Prezidentinin, Türkiyənin Baş nazirinin, NATO-nun Baş katibinin Bakıya səfərləri zamanı apardığı danışıqlara, mətbuata bəyanatlarına, imzalanan sənədlərə dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarında Ermənistanın işğalçılıq siyasəti barədə məlumat verib, dünya ictimaiyyətini Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Nəşrin bu cildinə Azərbaycan Prezidentinin Rusiya, İtaliya, İspaniya, Meksika, Türkiyə, İran, Gürcüstan, Polşa, Litva və digər dövlətlərin, ATƏT, Avropa İttifaqı və Dünya Turizm Təşkilatının, xarici şirkətlərin yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair materiallar daxil olunub. Kitabda dövlətimizin başçısının neft-qaz mövzusunda yazan jurnalistlərin Bakı şəhərində keçirilən Beynəlxalq Media Forumunun iştirakçılarına müraciətinin, Azərbaycanın Yəhudi icmasına Yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrikinin mətnləri yer alıb.

Çoxcildliyin 52-ci kitabına daxil edilən materiallardan biri də dövlətimizin başçısının 2012-ci il avqustun 14-də Ramazan ayı münasibətilə iftar mərasimindəki çıxışıdır. Prezident İlham Əliyev çıxışında deyib: “Gənc nəsil milli dəyərlər əsasında tərbiyə edilməlidir, xüsusilə indiki zəmanədə. Qloballaşan dünyada bəzi hallarda sərhədlər silinir. Bəzi hallarda ölkələr arasında sərhədlər, mənəvi sahədə sərhədlər pozulur, sərhədləri keçirlər. Buna yol vermək olmaz. Bizi xalq kimi qoruyub saxlayan milli mənəvi dəyərlərimizdir, islami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır. Əgər biz bundan sonra da ölkəmizin uğurlu inkişafını istəyiriksə, bu məsələlərə mütləq diqqət göstərilməlidir. İqtisadi islahatlar daha da sürətlə gedə bilər, ləng də gedə bilər. Bu, o qədər də böyük problem yaratmaz. Ancaq əgər milli dəyərlərimizdə hər hansı bir boşluq yaranarsa, yaxud da ki, milli mənəvi əsaslarımız zərər görsə, onda, əlbəttə, ölkə böyük çətinliklərlə üzləşər”.

Dövlətimizin başçısının Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqinə, Lənkəran, Şəki şəhərlərinə, Cəlilabad, Zaqatala, Qax, Qəbələ rayonlarına səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, infrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində iştirakına, paytaxtımızda aparılan abadlıq-quruculuq işləri ilə tanışlığına dair informasiyalar da bu cilddə toplanıb. Nəşrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycanın uğurlu daxili və xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafına, ictimai-siyasi həyatın digər sahələrinə dair nitq və çıxışlarına yer verilib.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 52-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM