Fevralın 15-də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə məşhur qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev) 125 illik yubiley gecəsi keçiriləcək.
Beynəlxalq Muğam Mərkəzindən verilən məlumata görə, 1893-cü ildə Bakıda doğulmuş, 3 yaşında görmə qabiliyyətini itirmiş, lakin öz fitri istedadı, əzmi və iradəsi sayəsində müstəqil olaraq qarmon çalmağı öyrənən, 10 – 12 yaşlarında artıq 14 dilli qarmonda müxtəlif oyun havalarını gözəl ifa etməyi bacaran, Əhəd Əliyev 20-25 yaşlarında artıq mahir qarmon ifaçısına çevrilib.
1927-ci ildə Müslüm Maqomayev gənc və istedadlı Əhədi ilk dəfə Azərbaycan Radiosunda çıxış etməyə dəvət edir. Tezliklə Kor Əhədin musiqi qabiliyyəti – qarmonda, sazda, tarda, pianoda və tütəkdə çaldığı musiqi nömrələri Üzeyir Hacıbəylinin də diqqətini cəlb etdi və böyük bəstəkar “Arşın mal alan” operettasındakı toy səhnəsində “Tərəkəmə” rəqsini çalmaq üçün operaya Əhəd Əliyevi solist kimi qəbul etdi.
1931-ci ildə Üzeyir bəyin təşəbbüsü ilə yaradılan ilk notlu Xalq çalğı alətləti orkestrində Əhəd Əliyev də solist kimi çıxış edirdi. Elə həmin ildə Azərbaycan radiosunun nəzdində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaranan və görkəmli tarzənimiz, xalq artisti Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblının üzvlərindən biri də Əhəd Əliyev oldu.
Əhəd Əliyevin təklifi ilə Bakıda yaşayan yəhudi əsilli Arxip Karpuşkin qarmonun texniki-akustik göstəricilərini genişləndirən texniki rekonstruksiya işi aparmış və bunun nəticəsində Azərbaycan oyun havalarını, muğamları və xalq mahnılarını daha dolğun, incəlikləri və xırdalıqları ilə ifa etmək mümkün olmuşdu.
Filarmoniyanın nəzdində bəstəkar Qənbər Hüseynlinin rəhbərlik etdiyi Sazçı qızlar ansamblının yaranmasında, sazçı qızların seçilməsində, öyrədilməsində də Əhəd Əliyevin böyük rolu var idi.
Əhəd Əliyev həm də bacarıqlı musiqi təşkilatçısı idi. Əhəd Əliyev 1934-35-ci illərdə Əbilov adına klubda “Şərq qarmonçalanları ansamblı” yaratmış və ona rəhbərlik etmişdi.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti ongünlüyündə iştirak edən nümayəndələrin tərkibinə Əhəd Əliyev də daxil edilmişdi.
Əhəd Əliyevin qarmonda ifa etdiyi oyun havaları, sazda çaldığı aşıq mahnıları təkcə dinləyicilərin deyil, o illərin məşhur sənətkarları – Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Yavər Kələntərlini, Cahan Talışinskayanı, tarzən Qurban Pirimovu da valeh edirdi.
Əhəd Əliyev 1942-ci ildə 49 yaşında Bakıda vəfat edib.
Tədbiri xalq artisti Möhlət Müsümovun rəhbərlik etdiyi Azərbaycan Televiziyası və Radiosunun Əhməd Bakıxanov adına Xalq çalğı alətləri ansamblı müşayiət edəcək.
Gecədə xalq artistləri Mələkxanım Eyyubova, Ənvər Sadıqov, Aftandil İsrafilov, Əməkdar artistlər Zakir Mirzəyev, Fərqanə Qasımova, Ehtiram Hüseynov, Sahib Paşazadə, Cahangir Qurbanov, Əməkdar müəllim Qəzənfər Abbasov, solistlər Teyyub Teyyuboğlu, Aydın Əliyev, Əhsən Rəhmanlı (sənətşünaslıq üzrə fəlsəfə doktoru), ”Çeşmə”folklor qrupu (bədii rəhbər Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı), Məhəmməd Abışov (gözdən Əlillər üçün 38 nömrəli musiqi məktəbinin şagirdi), Aleksandriya Sevinc Sultanzadə ( Beynəlxalq müsabiqələr laureatı, Kor Əhədin nəticəsi) çıxış edəcəklər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM