Ermənistan prezidenti Serj Sərkisyan hakimiyyətinin ömrünü uzatmaq üçün kəndirbaz kimi tamaşa göstərir. Sərkisyan 2013-cü ildə ikinci dəfə prezident seçildi və cari ilin fevral ayında müddəti bitir. Hakimiyyətdə qalması üçün 2015-ci il dekabrın 6-da Konstitusiya islahatı barədə referendum keçirildi və Ermənistan prezident üsul idfarəsindən rəsmən parlament üsul idarəsinə keçdi.
Ötən il Ermənistnın daxili ictimai-siyasi həyatında ən çox müzakirə edilən məsələ baş nazir postuna kimin gələcəyi idi. Bütün siyasi qüvvələr bu namizədin prezident Serj Sərkisyanın olacağını bilsə də, digər namizədlərin, xüsuilə də indiki baş nazir Karen Karepetyanın da bu post üçün iddialı olduğu bilinirdi. Karepetyan əvvəlki hökumətin böhran yaşamasından və hökumətin buraxılmasından sonra baş nazir təyin edilmişdi və olduqca çətin bir dövrdə fəaliyyət göstərir.
Baş nazir postuna Serj Sərkisyanın gələcəyi məlum olduqdan sonra Ermənistanın dördüncü prezidentinin kim olacağı əsas müzakirə mövzusu oldu. Qeyd edək ki, Konstitusiya islahatından sonra Ermənistanda prezident yeddi illiyinə seşilir və bir dəfə seçilmə haqqı vardır.
Prezidentliyə namizədlər arasında Konstitusiya Məhkəməsinin Sədri Qaqik Arutyunyanın,[i]"Fleş'' kompaniyasının sahibi, işadamı Barseq Beqleryanın,[ii] Ermənistanın Birləşmiş Krallıqda səfiri olmuş Armen Sərkisyanın adı hallansa da, nəhayət hakim Respublika Partiyası Armen Sərkisyan barəsində qərar verdi və prezident Serj Sərkisyan rəsmi olaraq Armen Sərkisyanın prezidentliyə namizədliyini irəli sürdü.
Hələ Armen Sərkisyanın namizədliyi elan olunmazdan əvvəl prezident Serj Sərkisyan dördüncü prezidentin heç bir zaman siyasətlə məşğul olmayan birisinin olması gərəkdiyini bildirmişdi.[iii]Əlbəttə, prezident Serj Sərkisyan dördüncü prezidentin heç bir zaman siyasətlə məşğul olmayan birisi olmasını arzulayarkən diplomatik davranmışdır. Əslində isə Serj Sərkisyan baş nazir postuna sahib olduqdan sonra onun fəaliyyətinə mane olmayan, birtərəf, sözə baxımlı, loyal birinin prazident olması gərəkdiyini demək istəmişdir. Bütün bu xarakterik xüsusiyyətlərin Armen Sərkisyanın şəxsində təşəkkül etdiyinə inanan Prezident Serj Sərkisyan onun namizədliyini dəstəkləmişdir.
Armen Sərkisyan kimdir?
Armen Sərkisyan 1953-cü il iyunun 23-də İrəvanda doğulub. İki oğlu və üç nəvəsi var. İrəvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsindən məzun olmuşdur. 1976-84-cü illərdə bu universitetdə dərs demiş, teorik fizikanın kompyuter modelləşdirilməsi kompleksi şöbəsini təsis etmişdir. 1984-1985 və 1989-1991-ci illərdə Kembric Universitetinə və London Universitetinin riyaziyyat instituna tədqiqatçı və pedaqoq olaraq dəvət edilmişdir.
1992-1995-ci illərdə Ermənistanın Birləşmiş Krallıqda səfiri işləyib, 1995-1996-cı illərdə Ermənistanın Avropa İttifaqında missiyasının rəhbəri olub.
1 noyabr 1996 – 28 fevral 1997-ci illərdə baş nazir postunda olub. Bu tarixlərdə müdafiə naziri olan Vazqen Sərkisyanın təzyiqi ilə baş nazir postundan istefa etdiyi bildirilir.
1998-2000-ci illərdə yenidən Ermənistanın Birləşmiş Krallıqda səfiri işləyib.
2000-ci ildə Eurasia House International təşkilatını təsis edib və prezidenti olub. Müxtəlif illərdə British Petroleum, Alcatel, Telefonica kompaniyalarında konsultant olaraq işləyib.
Hazırkı dövrdə Armen Sərkisyan Serj Sərkisyan üçün prezidentliyə ideal namizəddir. Baş nazir postundan Vazqen Sərkisyanın təzyiqi nəticəsində (bəzi mənbələr müdafiə naziri Vazqen Sərkisyanın baş nazir Armen Sərkisyanı iş otağında döydüyünü və ağır xəsarət yetirdiyini bildirir[iv]) istefa etməsi diqqətə alınarsa, qətiyyətsiz və siyasi iradəsi zəif birisi kimi xarakterizə edilə bilər. Bizneslə məşğul olub. Ermənistanda hakimiyyət uğrunda gedən mübarizədə aktiv iştirak etməyib.
Konstitusiya dəyişikliyi barədə referendumdan sonra Ermənistan prezidentinin simvolik səlahiyyətlərə sahib olması diqqətə alınarsa, Armen Sərkisyan hazırkı prezident Serj Sərkisyan, bir ay sonrakı baş nazir Serj Sərkisyan üçün ciddi təhlükə yaratmır.
Hatəm Cabbarlı,
siyasi elmlər doktoru
[i] Армен Ханбабян, Кто может стать следующим президентом Армении https://regnum.ru/news/polit/2303226.html, 20 июля 2017.
[ii] ''Паст'': Президентом Армении может стать Барсег Бегларян http://www.times.am/?p=234031&l=ru 13 / 01 / 2018.
[iii] Президентом Армении станет человек, который никогда не занимался политикой https://regnum.ru/news/polit/2368402.html, 17 января 2018.
[iv] Избиение одного Саркисяна другим: не пора ли поставить точку в этой истории? http://armenianreport.com/pubs/177015/, 21 Января 2018.
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM